22 Dekabr 2024 08:32
124
CƏMİYYƏT
A- A+
"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

 Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planına uyğun olaraq "Şərq qapısı" qəzetinin hazırladığı "100 ilin qəhrəmanları" adlı kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə şəhidlərimizin və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı Sərəncam da göstərilən qayğının əyani təzahürüdür. Sərəncama əsasən muxtar respublikanın 100 illik yubileyi bu il ərzində geniş qeyd olundu, bir sıra tədbirlərlə daha yaddaqalan oldu.

Baş nazir qeyd edib ki, igid oğullarımızın qəhrəmanlıq hekayələrinin qələmə alınması, gələcək nəsillərə çatdırılması vacib amildir. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq üçün bu sahədə nümunəvi addımlar atılır. Qələmə alınan hər sətir o zaman xalqın sərvətinə çevrilir ki, o, qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin. Təqdimatına yığışdığımız bu kitab da məhz onlardan biridir. "Şərq qapısı" qəzetinin "100 ilin qəhrəmanları" layihəsi çərçivəsində ərsəyə gətirdiyi kitabda da igid oğullarımızın şücaəti öz əksini tapıb. Baş nazir Ceyhun Cəlilov şəhidlərimizin həyat və döyüş yolunu qələmə alıb, yaddaşa köçürməyi özünə borc bilən, kitabın ərsəyə gəlməsində əməyi olanlara, "Şərq qapısı" qəzetinin kollektivinə təşəkkürünü bildirib, Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin anası Xurşud Vəliyevaya "100 ilin qəhrəmanları" kitabını təqdim edib.

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.

"Şərq qapısı" qəzetinin baş redaktoru, "100 ilin qəhrəmanları" layihəsinin rəhbəri Sara Əzimova, Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, layihənin icraçısı Turan Məmmədlinin çıxışları dinlənilib. Qeyd olunub ki, "Şərq qapısı" qəzetinin "100 ilin qəhrəmanları" layihəsi çərçivəsində ərsəyə gələn kitabda şanlı Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın valideynlərinin (Naxçıvan Muxtar Respublikasında yaşayan) övladları haqqında xatirələri yer alıb. 44 cümləyə sığışdırılan hər bir xatirə şəhidlərimizə böyük sevgi və ehtiramın ifadəsidir.

Mərasimdə Naxçıvan Televiziyası və "Şərq qapısı" qəzetinin birgə hazırladığı "100 ilin qəhrəmanları" adlı videoçarxa baxış olub.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!