22 Dekabr 2024 09:19
107
CƏMİYYƏT
A- A+
Bir ovuc torpaq...

Bir ovuc torpaq...


 Bazar günü etüdü

 

Torpaq! Necə də ülvi, necə də gözəl ad. Bu söz dilimizdə çiçək açan kimi sanki bulaq suyuna çevrilib şırıl-şırıl ürəyimizə axır, qanımıza hopur. Bu şirin, şəkər söz dodaqlarımızdan qopub dünyaya yayıldıqca gözlərimiz önündən şumlanmış torpaq sahələri, yaşıllığa bürünmüş geniş çöllər, dağlar, dərələr gəlib keçir. Ürəyimiz, qəlbimiz könül oxşayan belə gözəl mənzərələrdən rahatlıq tapır.

Torpaq şumlananda onun qoxusunu hiss etmisinizmi? Yağışdan sonra onun ətrini ürəkdolusu ciyərlərinizə çəkmisinizmi? Belə xoş anları yaşamısınızmı? Torpağın bu qoxusunu, bu ətrini insan unuda bilmir. Deməli, qoxusundan doymadığımız güllər, çiçəklər də ətrini torpaqdan alır.

Torpaq əcdadlarımızdan bizə miras qalmış əmanətdir. Torpaq həm əkin-biçin yerimiz, həm də namus və şərəfimizdir. Torpaq ucadan uca olan Vətənimizdir. O Vətən ki, biz onun qoynunda dünyaya göz açır, yaşayır, boy atır, güc alırıq. Torpaqla ilk "görüşümüz" körpəlikdən başlayır. Bələkdən çıxmış ay parçası kimi ağappaq ayaqlarımız torpağa dəyəndə sevinirik. Sevinə-sevinə də güclənirik. Sevincimizi qığıltılara çevirib asta-asta torpağa səslənirik. Deyirik ki, torpaq, sən nə qədər ətirli və şirinsən, nə qədər gözəl və bərəkətlisən. Səsimizdən, nəfəsimizdən, qığıltımızdan, pıçıltımızdan xoşu gəlir. Bu anlarda onun qəlbindən, ürəyindən sevinc yüksəlir.

Torpağı sevməmək mümkün deyil. Axı torpağa həm də ana deyirik. Torpağımızı da, anamızı da göz bəbəyimiz kimi qoruyuruq. Onu qoruduqca mətinləşirik, məğrurlaşırıq, mübarizləşirik, qəhrəmanlaşırıq. Damarlarımızda axan qanımız coşub-daşır. Torpaq uğrunda canımızdan da keçməyə hazırıq. Türk şairi Cemal Kuntay gözəl deyib: "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir". Hisslərimizi coşduran, qəlbimizi riqqətə gətirən bu misra özündə Vətənə, torpağa məhəbbəti, qəhrəmanlığı, şəhidliyin müqəddəsliyini əks etdirir. Bu misrada torpağa sevgi ilə yanaşı, onu qorumağa güclü bir çağırış da var.

Kövrək addımlarımızı atdığımız torpaq bizim üçün anamız qədər müqəddəs və əzizdir. Müqəddəs olduğu üçün onu əzizləyə-əzizləyə ürəyimizdən şırıltı ilə axıb gələn, qəlbimizdən süzülən qürurlu səslə, isti nəfəslə "Ana torpaq" deyirik. Bu sözdən böyük iftixar, yenilməzlik duyuruq. Mehribancasına, ruhuna toxunmadan, xətrinə dəymədən "Ana" və "Torpaq" sözlərini birləşdiririk. Onu ucalıqlara qaldırıb doğmalaşdırırıq, ülviləşdirib müqəddəsləşdiririk.

"Ana torpaq" kəlməsi bizə əziz olduğu qədər də doğmadır. Doğma olduğu qədər də əzizdir. Bu əzizlik, bu doğmalıq ruhumuzdan qidalanır, ürəyimizdən süzülüb gəlir. Bizə ana olan torpaq ilıq  qoynunda ürək açıqlığı ilə hamımıza yer ayırır, əlimizdən tutub böyüdür. Bar-bərəkətini, naz-nemətini kimsədən əsirgəmir. Elə buna görə ikisini də ürəkdən sevirik, ikisinə də qəlbən, ruhən bağlanırıq. Bu bağ möhkəmdir, bu bağ polad kimi əyilməz, dağlar kimi vüqarlı, bulaq suyu kimi tərtəmizdir. Buna görə də iftixarla  "Ana torpaq" deyirik.

Heç ana ilə torpağın danışdığını eşitmisinizmi? Bu barədə haradasa, nəsə oxumusunuzmu? Dünyaca məşhur Çingiz Aytmatovun "Ana tarla" povestini oxuyanda heyrətlənməyə bilmirsən. Ana torpaqla danışır, onunla dərdləşib söhbətləşir. Ana torpağın dilini başa düşür, torpaq da ananın. Beləcə bir-birlərini anlaya-anlaya dərdləşirlər. Deməli, ikisi də bir kökdən qopub, bir boydan boylanıb. Əzəmətli bir ağacın ayrılmaz budağı, qartalın qoşa qanadıdırlar. Buna görə də onları qoşalaşdırıb "Ana torpaq" deyib əzizləyirik.

Babalarımız torpaqlarını həmişə göz bəbəkləri kimi qoruyublar. Qoruyublar ki, Vətənləri olsun. Qoruya-qoruya  da torpağı seviblər. Sevə-sevə də əkib-becəriblər. Ulu Dədə Qorqud deyirdi ki, torpağı əkib-becərə bilmirsənsə, qorumağa dəyməz, qoruya bilmirsənsə, əkib-becərməyə dəyməz. Torpaq zaman-zaman yadellilərdən qorunub. Cəsur oğullar həmişə torpaq uğrunda vuruşub, çarpışıblar. Biliblər ki, torpaq qan ilə suvarılanda Vətən olur.

Müdriklərimiz özlərindən sonrakı nəsillərə vəsiyyət edərək "Ana  dilinizi, vicdanınızı və Vətəninizi qoruyun" demişlər. Hər birimiz üçün müqəddəs olan vətənimizi qorumaq ən şərəfli borcumuzdur. Şərəfli borcunu elə şərəflə də yerinə yetirən ordumuzun qəhrəman zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ana Torpağımız, Vətənimiz uğrunda döyüşlərə getdilər. Cəsarətlə, qəhrəmanlıqla vuruşaraq yurdumuzu erməni işğalından azad etdilər. Bu gün Vətənimiz göz bəbəyimiz kimi qorunur. Ana torpağımız rahat nəfəs alır. Qoy Vətənimiz həmişə var olsun,  Ulu Tanrı hamımıza yar olsun!

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

 

 

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!