22 Dekabr 2024 08:41
118
SİYASƏT
A- A+
Azərbaycanın prinsipləri dəyişməzdir

Azərbaycanın prinsipləri dəyişməzdir

 

Müstəqil xarici siyasət yürüdən Azərbaycan atdığı hər bir addımla prinsiplərinin dəyişməz olduğunu təsdiq edir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdikdən sonra ölkəmizin beynəlxalq aləmdə rolu daha da artıb.

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu reallığı bir daha vurğuladı. Dövlət başçısı Azərbaycanın istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev müsahibəsində olduqca əhəmiyyətli, çox vacib mesajlar verdi. Müsahibədə dövlət başçısı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur". Prezident İlham Əliyev Qərblə Rusiya arasında gərginliyin aradan qaldırılması ilə bağlı Azərbaycanın mövqeyini açıqladı. Geniş müsahibədə respublikamızın hazırkı gərgin beynəlxalq münasibətlər sistemindəki roluna nəzər saldı.

Dövlət başçısı sülh danışıqlarının gedişi, Ermənistanın silahlanması, Fransanın müstəmləkəçilik siyasəti, ölkəmizə qarşı Qərbin apardığı qarayaxma kampaniyasının iflasa uğaradılması və digər mühün məsələlər barədə dolğun və əhatəli məlumatlar verdi. "Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?" sualına cavabında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq: "Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqəsi sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil". Dövlətimizin başçısı Fransanın bu məsələdə liderlik etdiyini, ikinci yerdə Hindistanın, üçüncü yerdə isə ABŞ-nin olduğunu qeyd etdi. Bildirdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, ABŞ isə bunu etiraf etmir.

Dövlət başçısı Ermənistana və onun havadarlarına Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcəyi mesajını verdi: "Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək".

Azərbaycan yalnız öz ərazilərində deyil, bütün dünyada sülhün, sabitliyin bərqərar olmasını, dostluğun, qarşılqlı əməkdaşlığın qurulmasını və möhkəmlənməsini arzulayır və hər zaman bunlara səy göstərir. Prezident İlham Əliyev müsahibəsində xatırlatdı ki, prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb: "Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik". İkinci Qarabağ müharibəsi başlayandan sonra onların açıq şəkildə işğalçıların tərəfini tutduqlarını qeyd edən dövlət başçısı nəzərə çatdırdı ki, bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil: "Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər".

İşğalçı Ermənistanın tərəfini saxlayan Fransa "ədalət", "demokratiya" deyə dünyaya səs salmağa çalışsa da, əslində, buna inanan yoxdur. Çünki əsrlərdir ki, qəsbkarlıq siyasəti həyata keçirir. Müstəmləkəsi altında saxladığı ölkələrin təbii ehtiyatlarını amansız istismar edir,  yerli xalqlara divan tutur, onları qanuni haqqlarından, hüquqlarından məhrum edir. Zəngin təbii sərvətlərə malik olan həmin ölkələrin əhalisinin böyük hissəsi hətta yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Həmin xalqların haqlarını tələb edən nümayəndələri isə Makron hökuməti tərəfindən həbs edilir, işgəncələrə məruz qalırlar: "Təbii ki, biz hüquqları olmayan bu xalqlara ürəkağrısı ilə yanaşırıq. Avropanın mərkəzində - Korsikada onlar Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?" - dövlət başçısı dedi. Bildirdi ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub, amma indi belə deyil, hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir.

 Dünya ictimaiyyəti işğalçılıq, müstəmləkəçilik siyasəti yürüdən dövlətləri görür, tanıyır. Onların siyasətinin iflasa uğradığı da artıq göz önündədir. Azərbaycan isə belə dövlətlərin yaratdıqları süni maneələrə rəğmən öz yolu ilə inamla, əminliklə addımlayır.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!