22 Dekabr 2024 08:19
124
SİYASƏT
A- A+
Paşinyan "sülh" adı altında riyakarlıq edir

Paşinyan "sülh" adı altında riyakarlıq edir


2024-cü ilin əvvəllərindən etibarən Azərbaycan ilə Ermənistan arasında normallaşma istiqamətində atılan müəyyən addımlar ilin sonuna doğru sülh müqaviləsinin bağlanacağına olan ümidləri də artırmışdı.

Lakin artıq dekabr ayının üçüncü ongünlüyündəyik və ötən müddətdə məhz Ermənistan tərəfinin, baş nazir Nikol Paşinyanın sülhpozucu davranışları nəticəsində sənəd imzalanmır. Halbuki iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Azərbaycanın obyektiv səbəblərdən irəli gələn şərtlərini yerinə yetirməsi kifayətdir. Amma sözü ilə əməli üst-üstə düşməyən Paşinyan Qərbin maşası qismində bölgəni müharibəyə sürükləmək yönündə fəaliyyət göstərir.

 

Konstitusiyanın dəyişdirilməsi istək deyil, obyektiv şərtdir

 

Ermənistanla Azərbaycan arasında sülh sənədinin 17 maddəsinin 15-i razılaşdırılıb, yalnız ikisi qalıb. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digər maddə isə başqa ölkələrin nümayəndələrini Azərbaycan sərhədində yerləşdirməməklə bağlıdır.

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində Prezident İlham Əliyev söylədi ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var: "Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir".

Ermənistan 44 günlük müharibədə kapitulyasiyaya məcbur edildi. İşğalçı və təcavüzkar ölkənin hərbi, siyasi, diplomatik cəbhələrdə darmadağın edilməsi, iqtisadi çöküşü, sosial böhran yaşaması İrəvanı sülh müqaviləsini bağlamağa məcbur edir. Ancaq xislətlərindəki erməni hiyləsinə xas davranaraq Ermənistan tərəfi gələcəkdə də Azərbaycana qarşı ərazi iddiası qaldırmağa, yəni əlyeri saxlamağa görə konstitusiyasını dəyişməmək üçün manevrlər etməyə çalışır.

Azərbaycanın sülh müqaviləsinin bağlanması üçün irəli sürdüyü ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir. Prezident İlham Əliyev bu məqamla əlaqədar söylədi ki, hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?

Faktdır ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üçün missiyalandırılan ATƏT-in Minsk qrupu onilliklər boyu məsələ ilə bağlı heç bir irəliyəyönük addım atmayıb. Əksinə, münaqişənin Ermənistanın xeyrinə dondurulmasına çalışıb. Azərbaycanın 2020-ci ildə BMT-nin məlum qətnamələrini yerinə yetirərək döyüş meydanında münaqişəni həll etməsi ATƏT-in bu yarıtmaz qurumunun fəaliyyətinə də de-fakto son qoyub. Bu isə gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürmək istəyində olan Ermənistanın işinə yaramır və Paşinyan ölü qurumu diriltmək üçün cəhdlər edir.

Müsahibəsində bu məqama toxunan Prezident İlham Əliyev vurğuladı ki, Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etmək istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

 

"Onlara heç kim kömək etməyəcək"

 

Azərbaycanın davamlı sülh səylərinin fonunda İrəvan Qərbdən aldığı siyasi və hərbi dəstəklə barışa yox, revanşa hazırlaşır. Cənubi Qafqazda müharibə ssenarisi planlaşdıran kollektiv Qərb Ermənistandan plastarm kimi istifadə edərək bölgəyə hərbi güclərini yerləşdirir. Hazırda Qərbə forpostluq edən və eyni zamanda KTMT üzvü olan Ermənistan bir əlində iki qarpız tutmağın ağır nəticəsi ilə üzləşəcəyini hesaba almır.

 Sözügedən müsahibəsində Ermənistanın silahlanması prosesinin sıçrayışla getdiyini söyləyən Prezident İlham Əliyev dedi ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir: "Məncə, bu, fəlakətə aparan yoldur... ...Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək".

Vurğulandığı kimi, hələ də torpaqlarımızda gözləri olan ermənilər hazırkı məqamda sülhdən başqa çıxış yollarının olmadığını bilsələr də, gələcəkdə yenə ərazilərimizə iddia etmək üçün özlərinə müəyyən zəmin saxlamağa çalışırlar.

Paşinyanın bu günlərdə yerli mediaya verdiyi müsahibəsində səsləndirdiyi riyakar fikirlər də bunu deməyə əsas verir. Guya özünü barış tərəfdarı kimi göstərən Paşinyan  ağızdolusu sülhdən dəm vurub. 2019-cu ildə "Qarabağ Ermənistandır nöqtə" deyəcək məntiqdə, təfəkkürdə, niyyətdə olan Paşinyanın cəmi 5 il ərzində necə deyərlər, haqqa gəlməsi inandırıcı deyil. O da var ki, bu yola Paşinyan öz istəyi ilə yox, "dəmir yumruğ"un hesabına gəlib.

Bugünkü sülh çağırışlarında da qətiyyən səmimi olmayan Ermənistanın baş naziri Azərbaycan kimi Minsk Qrupunun buraxılması tələbini səsləndirmir. Baş nazir müsahibəsində guya qarşılıqlı məhkəmə iddialarını lazımsız saydığını söyləyir, amma əməldə bunun əksini görürük. Onun sözlərinə görə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq. Sərhədlərin delimitasiyası uzun prosesdir və buradan da aydın görünür ki, deməli, Paşinyan üçüncü qüvvələrin olmaması barədə səsləndirdiyi fikirlərində də səmimi deyil. Əslində, həmin qüvvələrin varlığında maraqlıdır.

Gətirdiyimiz nümunələrdən də görünür ki, İrəvan normallaşma prosesinə mane olmaq üçün riyakar gedişlər edir, daha çox sülh müqaviləsinin bağlanmaması üçün fəaliyyət göstərir.

Ancaq bütün hallarda sülhdən yayınması və müharibəyə hazırlaşması Ermənistanı qaçılmaz fəlakətə sürükləyir. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam təmin edib, Qarabağda və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparır. Eyni zamanda həmin bölgələrə Böyük qayıdışı həyata keçirir. Əgər bundan sonra hadisələr "dəmir yumruğ"un işə düşməsi istiqamətində inkişaf edəcəksə, bunun məsuliyyəti yenə də Ermənistanın və onu silahlandıraraq qızışdıran Qərb ağalarının üzərinə düşəcək.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!