22 Dekabr 2024 00:37
153
CƏMİYYƏT
A- A+
"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, "Regional İnkişaf" İctimai Birliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı" layihəsi çərçivəsində 16-29 yaşlı gənclər arasında "Nə? Harada? Nə zaman?" və "Kviz" oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Murad Qasımlı layihənin məqsədi, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıtmaları istiqamətində ölkəmizin haqlı mövqeyi barədə xüsusilə gənclərin biliklərinin və məlumatlılığının artırılmasının əhəmiyyətini, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar şurasının üzvü, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, akademik Elşad Qurbanov çıxışlarında layihənin əhəmiyyəti, Qayıdış konsepsiyasının reallaşdırılmasında gənclərin üzərilərinə düşən vəzifələr, bu sahədə dövlət tərəfindən yürüdülən siyasətin həyata keçirilməsinə hər bir vətəndaşın töhfə verməli olduğunu vurğulayıb, gəncləri beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları istiqamətində ölkəmizin haqlı mövqeyi barədə düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıblar.

Qarabağ problemi həll olunduqdan sonra Prezident İlham Əliyevin siyasətində Qərbi Azərbaycana qayıdış məsələsinin əsas siyasi istiqamətlərdən birinə çevrildiyini deyən çıxışçılar bununla bağlı ciddi işlər görüldüyünü diqqətə çatdırıblar. Bugünkü bilik yarışının da bu istiqamətdə atılan addımlardan biri olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə dövlət qurumları özünəməxsus şəkildə dəstək verməyə çalışır. Azərbaycan gəncliyinin 44 gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfərdən danışan natiqlər gənclərin bundan sonra da fəallıqlarını davam etdirmələrinin, Qayıdış konsepsiyasının icrasında fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Daha sonra "Nə? Harada? Nə zaman?" və "Kviz" oyunlarına start verilib. İlkin mərhələdə qeydiyyatdan keçmiş 30 komanda "Nə? Harada? Nə zaman?" intellektual oyununda mübarizə aparıb. Dörd turdan ibarət "Nə? Harada? Nə zaman?" intellektual oyununun sonunda münsiflər heyəti tərəfindən komandaların cavabları sayılıb. Nəticələrə əsasən, "Zəngəzur" komandası I, "Xudafərin" komandası II və "Köhnə qvardiyaçılar" komandası III yerə layiq görülüb.

Növbəti mərhələdə komandalar "Kviz" oyununda iştirak edərək 15 mövzu üzrə sualları cavablandırıb. Münsiflər heyəti tərəfindən nəticələr hesablanıb. "Zəngəzur" komandası I, "Xudafərin" komandası II və "Köhnə qvardiyaçılar" komandası III yerə sahib olub.

Sonda qalib komandalar müxtəlif mükafatlar və sertifikatlar ilə təltif edilib.

Qeyd edək ki, ötən ildən icrasına başlanılan layihənin əsas məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması hüququnun təmin olunmasını, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətini, xüsusən də gəncləri bu amal uğrunda səfərbər etməkdir. Gələcəkdə gənclərimizin bu məsələyə daha çox diqqət yetirmələri və ölkəmizin haqlı mövqeyini daha geniş kütləyə çatdırmaları üçün bu istiqamətdə daha çox intellektual oyunların, təhsil proqramlarının və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!