20 Dekabr 2024 21:17
1417
Elm və texnika
A- A+
ADA Universitetinin və İqtisadiyyat Nazirliyinin birgə “Liderlik bacarıqlarının inkişafı” proqramı yekunlaşıb

ADA Universitetinin və İqtisadiyyat Nazirliyinin birgə “Liderlik bacarıqlarının inkişafı” proqramı yekunlaşıb

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “Liderlik bacarıqlarının inkişafı” proqramını başa vurub.

Bu barədə AZƏRTAC-a ADA-dan məlumat verilib.

Bu münasibətlə ADA Universitetində bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Mərasimin ilk çıxışçısı, ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva qeyd edib ki, peşəkar mühitdə durmadan dəyişən yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar fonunda dövlət qulluqçularının daimi inkişafının təmin edilməsi, onların liderlik bacarıqlarının inkişafı əhəmiyyətlidir. Bunları nəzərə alan İxtisasartırma Proqramı 30-dək dövlət qurumunu təmsil edən 3000-dən çox dövlət qulluqçusunun iştirakı ilə müxtəlif proqramlar təşkil edib və bu proqramlar özlüyündə qurumlararası bilik, bacarıq mübadiləsi platforması rolunu oynayıb.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili çıxış edərək kadr potensialının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə təşkil edilən proqramların yüksək rəqabətli insan kapitalının formalaşdırılmasındakı rolu qeyd edilib. A.Əlili proqramın səmərəli təşkilinə görə ADA Universitetinə təşəkkürünü bildirib.

Proqram iştirakçıları təlimlərin idarəetmə, liderlik, komanda quruculuğu və nitq bacarıqlarının təkmilləşdirilməsi baxımından faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, iki ay davam edən proqram 7 moduldan ibarət olub. Həmin modullar liderlik bacarıqları, etiket və protokol qaydaları, habelə komandanın uğurlu idarə edilməsi və motivasiya kimi mövzuları əhatə edib. Strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması, nitq bacarıqları və liderlik ünsiyyəti məsələləri də modulların mövzuları sırasında yer alıb.

Dövlət, özəl və akademik sektorun ekspertləri tərəfindən tədris edilən və interaktiv formatda keçirilən proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası” və real hadisə analizi kimi sessiyalarda iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

11:00
22 Yanvar

AMB inflyasiya proqnozunu açıqlayıb

10:52
22 Yanvar

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!