11 Yanvar 2025 09:20
290
Elm və texnika
A- A+
"Qara ölüm"ün ən qədim izləri tapılıb

"Qara ölüm"ün ən qədim izləri tapılıb


3290 illik Misir mumiyasının DNT-sində taun xəstəliyi aşkarlanıb


"Qara ölüm" adlandırılan taun tarixin ən ölümcül xəstəliklərindən sayılır. Milyonlarla insanın ölümünə səbəb olan taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edib. 

Orta əsrlərdə İpək yolu ilə yayılan taun ticarətlə yanaşı, həm də xəstəlikləri qitədən-qitəyə daşıdığını göstərib. Taun səbəbindən 1347-1351-ci illərdə Venesiya şəhərində gəmilərin 40 gün limana yaxınlaşmasına icazə verilməyib. "Quaranta giorni" (italyanca 40 gün) sözündən gələn karantin anlayışı yoluxucu xəstəliklərin qarşısını almağın effektiv yolu kimi qəbul edilib. Bu tədbir yalnız o dövrün deyil, müasir pandemiya idarəetməsinin də əsasını qoyub, xəstəliklərə qarşı kollektiv müdafiənin ilk praktiki nümunəsi olub.

Təkcə 1346-cı ildən 1353-cü ilə qədər 50 milyon insan taundan dünyasını dəyişib. "Yersinia pestis" virusu səbəbindən qeydə alınmış hallar 1346-cı ildən başlayır. Lakin son kəşf xəstəliyin həm tarixini, həm də coğrafiyasını dəyişdirib. Əvvəllər Avrasiyaya təsir etdiyi məlum olan epidemiyanın izləri ilk dəfə Afrika qitəsində tapılıb. Belə ki, italiyalı arxeoloqlar 3290 illik Misir mumiyasının DNT-sində "Qara ölüm"ə səbəb olan bakteriyalar aşkar ediblər.

Tədqiqatçı və genetiklərdən ibarət qruplar əvvəlki qazıntılar zamanı Rusiya ərazisində 5000 illik insan skeletlərinin qalıqlarında "Yersinia pestis"in izlərini tapsalar da, yeni tapıntı xəstəliyin Avrasiyadan kənarda da aşkar edildiyini göstərir. Mumiya, həmçinin taunun ilk dəfə Qərbə necə yayıldığına dair yeni ipuçları verir və Qədim Misirdə bu xəstəliyin  mövcudluğuna dair molekulyar sübutlar təqdim edir.

Son illərdə aparılan araşdırmalar "Qara ölüm"ün Avropaya çatmamışdan öncə Şimali Afrikadakı qədim imperiyalarda yayıldığına dair ipucları təqdim edərək, onun sadəcə Şərqdən Qərbə doğru sürükləndiyinə dair əvvəlki nəzəriyyələri təkzib edib.

Ebers papirusu kimi tanınan Qədim Misir tibbi mətni eramızdan əvvəl 1500-cü ilə aid edilir, "daşlaşmış" irin əmələ gətirən xəstəliyi təsvir edir. 2004-cü ildə isə ingilis arxeoloqları Nil siçovullarında və minlərlə il yaşı olan birələrdə xəstəliyin sübutunu tapıblar. Bunu insan infeksiyaları ilə sübut etmək mümkün olmasa da, daşıyıcı heyvanlarda xəstəliyin olması təsdiqlənmişdi.

Avrasiyanın qərbində məlum olan ən qədim "Qara ölüm" hadisəsi isə Turindəki Egizio Muzeyində tapılıb. Virusun qalıqları mumiya üzərində işləyən tədqiqatçılar sayəsində 3290 illik genomda aşkar edilib. Radiokarbon texnikası ilə aparılan araşdırma göstərir ki, tauna yoluxmuş mumiya Misirin Yeni Krallığı dövründə eramızdan əvvəl 1686-1449-cu illər arasında yaşayıb. Virus paleontoloqları onun əllə mumiyalandığını vurğulayıblar.

Radiokarbon üsulu toxumada karbon atomu izotoplarının izlərini, xüsusən də karbonun radioaktiv versiyası olan karbon-14-ü ölçür. Heyvanlar nəfəs aldıqları zaman karbon-14-ü udurlar, lakin bu karbon atomlarını uzun müddət ərzində, ölümündən sonra əsrlər boyu tədricən itirirlər. Arxeologiyada geniş istifadə olunan bu texnika sayəsində mumiyanın bədənində hələ də qalan karbonların yaşı müəyyən edilir və onun nə vaxt öldüyü müəyyən edilir.

Mütəxəssislər mumiyanın kişi cinsinə mənsub olduğunu qeyd ediblər. Mumiyada aşkarlanan virusun bubon taunu olduğu bildirilir. Bu, xəstəliyin insanlarda ən çox təsadüf edilən formasıdır. Bubon taunun insandan-insana ötürülməsi olduqca nadirdir. Virus, adətən, heyvanlardan keçir. Heyvanlar isə bu xəstəliyə birə dişləməsi nəticəsində yoluxurlar. İnfeksiya limfa düyünlərinə çox təsir edir, şişlik və ağrıya səbəb olur. Müalicə olunmayan xəstələrdə açıq yaraya çevrilir. Tauna yoluxmuş insanlar, adətən, 1-7 günlük inkubasiya dövründən sonra hərarət, titrəmə, baş və bədən ağrıları, halsızlıq, qusma və ürəkbulanma kimi simptomlarla qarşılaşırlar.

Taun epidemiyaları insanlığın ən ağır sınaqlarından biri kimi yadda qalıb. Amma bu qlobal fəlakətlər yalnız itkilər gətirməyib, eyni zamanda bəşəriyyətin inkişafına da səbəb olub. Əsrlər boyu təmizlənməyən küçələrdə baş qaldıran "Qara ölüm" şəhər planlamalarını dəyişib, kanalizasiya sistemlərinin qurulmasına, ictimai su mənbələrinin yaradılmasına, bugünkü gigiyena standartlarının təməlinin qoyulmasına səbəb olub. 

İnkişaf etmiş müasir tibb sayəsində xəstəlik artıq qorxulu hesab edilmir. Taunun qarşısını profilaktik tədbirlərlə almaq mümkün olmadıqda belə onu hazırda istifadə edilən antibiotiklərlə asanlıqla müalicə etmək olur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

20:40
13 Yanvar

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  

20:37
13 Yanvar

2013-cü ildə Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri Suriyada saxlanılıb

20:19
13 Yanvar

Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır  

20:03
13 Yanvar

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

19:38
13 Yanvar

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

19:27
13 Yanvar

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

19:08
13 Yanvar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18:43
13 Yanvar

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub 

18:23
13 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

18:08
13 Yanvar

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

17:45
13 Yanvar

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub

17:36
13 Yanvar

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

17:35
13 Yanvar

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

17:34
13 Yanvar

Nafiz Əhməd xəbərdarlıq edir: Dünya təhlükədədir

17:32
13 Yanvar

Çexiyada restoranda faciə baş verib  

17:29
13 Yanvar

BMT Suriyanı dəstəkləməyə hazırdır

17:27
13 Yanvar

Nazim Babayev ilin ilk medalını İspaniyada qazanıb

17:26
13 Yanvar

Boksçularımız ilin ilk hazırlığına Göygöldə başlayıblar

17:25
13 Yanvar

Milli Olimpiya Komitəsində görüş keçirilib

17:24
13 Yanvar

İran Prezidenti Moskvaya səfər edəcək

17:22
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!