20 Dekabr 2024 22:07
643
Elm və texnika
A- A+
ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb  

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb  

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər mövqedə çalışan əməkdaşları üçün təşkil edilən “biznesin idarəedilməsi üzrə kompleks bacarıqların gücləndirilməsi proqramı” başa çatıb. Bu münasibətlə ADA Universitetində yekun mərasim keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Mərasimdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, şirkətlərin inkişafı insan resurslarının potensialından asılıdır. Sevindiricidir ki, Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının inkişafını təmin etmək üçün onları iş mühitindən universitet mühitinə keçid etməyə təşviq edib. ADA Universiteti isə onları uzunmüddətli öyrənmə prosesinə cəlb edib. İştirakçılar da öz növbələrində şirkətin gələcəyini qurmaq, onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzlaşan bacarıqlar əldə ediblər.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov çıxışında vurğulayıb ki, ötən illər ərzində şirkət tərəfindən əməkdaşların bilik və bacarıqlarının, həmçinin təcrübələrinin artırılması ilə bağlı təlim proqramlarında iştiraka xüsusi önəm verilib. Adətən əməkdaşların belə təlimlərdə iştirak üçün xarici ölkələrə göndərildiyini deyən Aydın Talıbov ADA Universiteti ilə tanışlıqdan sonra belə təlimlərin ölkəmizin hüdudları daxilində də yüksək səviyyədə verilə bilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra, proqram iştirakçılarından İnsan resursları direktoru Ziya Rəcəbov və Natəvan İbrahimova təəssüratlarını bölüşərkən söyləyiblər ki, sözügedən proqram universitet-sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir, insan kapitalına qoyulan səmərəli investisiyadır.

Dünya Bankının gender bərabərliyi üzrə aparıcı eksperti, dayanıqlı inkişaf üzrə müşavir Şəmsiyyə Mustafayeva təlimçi qismində fikirlərini bölüşərkən deyib ki, intensiv seanslar vasitəsilə liderliyin müxtəlif ölçüləri araşdırılıb, iştirakçılara nəzəriyyənin praktiki tətbiqinə cavab verən zəngin öyrənmə mühiti təqdim edilib.

Qeyd edək ki, rəhbər mövqedə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təşkil edilən birillik proqram 600-dan çox dərs saatını əhatə edib.

Yeddi modul üzrə iştirakçılar emosional zəka, strateji planlaşdırma, liderlik, idarəçilik, kommunikasiya və digər bacarıqlarını inkişaf etdiriblər.

Öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə tədris edilən modullar qrup işi, real hadisə analizi, simulyasiya kimi interaktiv formatlarda təşkil edilib.

Xatırladaq ki, “Biznesin idarəedilməsi üzrə kompleks bacarıqların gücləndirilməsi proqramı” ADA Universiteti və Veysəloğlu Şirkətlər Qrupu ilə arasındakı əməkdaşlıq memorandumdan irəli gələrək həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!