26 Dekabr 2024 08:55
148
Elm və texnika
A- A+
Qocalma "siqnalları"

Qocalma "siqnalları"


Daha sağlam yaşlanmaq üçün nə etməliyik?


Uzun ömür sürmək hər kəsin arzusudur. Bu zaman əsas hədəf yalnız yaşamaq deyil, həm də yaxşı və sağlam yaşamaq olmalıdır. Bunun üçün ən təsirli yol düzgün həyat tərzi seçməkdir. İnsan necə və ya nə vaxt öləcəyini bilməsə də, necə yaşayacağının, ona verilən bu şansı necə dəyərləndirəcəyinin qərarını özü verməlidir. Tədqiqatlar göstərir ki, insanın sağlam və uzun yaşamağının yalnız 20 faizi genetik faktorlardan (son illər bu rəqəm 7 faizə düşüb), qalanı isə qidalanma, yuxu, idman və sosial əlaqələrdən asılıdır. 

Mütəxəssislər bildirirlər ki, qocalma təkcə fiziki və mənəvi proses deyil. Bədən və ruh yaşlandıqca daxilimizdəki bir çox sistem də qocalmadan əziyyət çəkir. İmmun, hormonal və metabolik qocalma bunlardan ən mühümləridir.


İmmunitet sistemimiz də qocalır


Doğuşdan etibarən DNT-miz daim xarici və daxili hücumlara məruz qalır. Uşaqlıq və yeniyetməlik dövrlərində bu hücumları asanlıqla dəf etsək də, zamanın və ətraf mühitin zərərli təsirləri hüceyrələrimizdəki təmir mexanizmlərini getdikcə zəiflətdiyi üçün, xüsusilə 50 yaşdan sonra bu pozulmaları düzəltmə şansı getdikcə azalır.

Genetik kodlarımızı hüceyrələrimizdə saxlayan 46 xromosomun hər birində hər gün ən azı 2 trilyondan çox qırılma, pozulma baş verir. Üstəlik, bunlar yalnız hüceyrələrin təbii çoxalması zamanı baş verən qırıqlardır. Yaşlandıqca fərqli qırılma səbəbləri meydana çıxır və problemi daha da artırır. Qəbul edilən qida, tənəffüs edilən hava və ya dəri vasitəsilə bədənimizə daxil olan kimyəvi toksinlər, təbii şüalanma, kompüter tomoqrafiyası, hətta hava limanlarında təhlükəsizlik dəhlizlərindən keçərkən məruz qalınan rentgen şüaları DNT-ni zədələyir. Digər tərəfdən, yaşlandıqca DNT-dəki bu aşınmaları təmir edəcək ferment sistemləri də qocalır və azalır.

Qocalığı təyin edən ən mühüm dəyişikliklərdən biri immun yaşlanmasıdır. Yaşlandıqca xarici (mikroblar, allergenlər, toksinlər) və daxili (xərçənglər, otoimmün hücumlar) təsirlər immun sistemində zəiflik və balanssızlıqları meydana gətirir. Bundan əlavə, eyni dəyişikliklər qan, hüceyrə, toxuma və orqanlarda iltihabi prosesləri aktivləşdirir. Nəticədə orqanizm gözlənildiyindən daha tez qocalma prosesinə daxil olur. Buna görə də, gənclik illərində ayaqüstü keçirilən adi soyuqdəymələr qocalıqda ciddi pnevmoniyaya səbəb olur.

ABŞ-nin Cənubi Kaliforniya Universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində sosial stresin immunitetə güclü mənfi təsir göstərdiyi qənaətinə gəliblər. Layihənin məlumat bazasına yaşı 50-dən yuxarı olan insanlar arasında aparılan genişmiqyaslı sorğunun nəticələri daxil edilib. Tədqiqata cəlb edən 5744 iştirakçının göstəriciləri araşdırıldıqdan sonra alimlər müəyyən ediblər ki, yüksək səviyyədə stres keçirən insanların immun sisteminin əvvəllər təmasda olmadığı naməlum patogenlərlə mübarizə aparmaq üçün lazım olan gənc T hüceyrələri daha azdır. Alimlər belə nəticəyə gəliblər ki, güclü stres immunitet sisteminin fəaliyyətini pozur. Onlar sağlam həyat tərzinin, düzgün qidalanmanın və fiziki fəaliyyətin stresə bağlı riskləri kompensasiya etməyə kömək edəcəyini vurğulayıblar.


Rəf ömrü uzun olan məhsullardan uzaq durun


Yaşlandıqca maddələr mübadiləsi zəifləməyə başlayır. Yaş artdıqca insanların qaraciyər yağlanması, insulin müqaviməti və ya şəkərli diabet, xolesterin balansının pozulması və buna bənzər digər səhhət problemləri ilə qarşılaşmasının səbəbi, əslində, maddələr mübadiləsindəki kövrəklikdir. Maddələr mübadiləsi normal olan insanların qəbul etdiyi qidalar sağlam şəkildə kimyəvi proseslərdən keçir, orqanizmdəki doğru hüceyrə, toxuma, orqan və sistemlərə yönəldilir.

Xüsusən son illərdə böyük bir qida və kalori hücumu ilə üzləşmişik. Üstəlik, bu kalorilərin əhəmiyyətli bir hissəsi yanlış və zəhərli kalorilərdir. Bu, rəf ömrü uzun olan  hazır məhsullardakı fruktoza, palma yağı, un, konservant kimyəvi maddələr, qızardılmış qidalar, marqarinlə hazırlanmış tortlar, xəmir, bulka və digər məhsullardan qaynaqlanır. Ancaq qocalma prosesinə daxil olmuş insanların orqanizmi hər birimiz üçün zərərli olan bu "yük"lə mübarizə aparmağa qadir deyil. Metabolik qocalmanın qarşısını almağın yolu düzgün həyat tərzindən keçir. Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma və müntəzəm idman bu prosesi əsaslı dərəcədə gecikdirə bilər.


Sağlam qidalanma, balanslı  yuxu, fiziki məşq, stresin idarə edilməsi 


Yaşlanma prosesində həm kişilərdə, həm də qadınlarda bir sıra hormonal itkilər baş verir. Bu itkilər menopoz dövrü səbəbiylə qadınlar üçün xüsusilə sərt olsa da, hormonal yaşlanma kişilərə də təsir edir. Kişilərdə 30 yaşından başlayaraq testosteron istehsalı ildə təxminən 1-2 faiz azalır. Hormonal qocalmanın nəticələri reproduktiv yaşlanma ilə məhdudlaşmır, bu, yorğunluq, depressiya, yuxu itkisi, narahatlıq, tərləmə və isti basmalar, qəzəbi idarə etməkdə çətinlik, əzələ azalması, boy qısalması, qarın ətrafında qalınlaşma və digər yaşlanma problemlərinə səbəb olur.

Qocalıq əlamətləri üzə çıxan zaman bərpa olunmayan proseslərin başlanmasını gözləməkdənsə, bunun qarşısını almaq lazımdır. Sağlam yaşamaq üçün həyat tərzində yol verilən səhvləri azaltmaq və yaxşı vərdişləri artırmaq məsləhətdir. Sağlam qidalanma, balanslı  yuxu, fiziki məşq və stresin idarə edilməsi kimi sadə və məlum həqiqətlər tətbiq edilsə, daha yaxşı yaşamaq və daha yaxşı yaşlanmq olar.

Tədqiqatlar göstərir ki, sağlam qidalanma vərdişinə 60 yaşında başlayanda ömür müddətini 8 ildən çox, gənc yaşlarda başlayanda isə 13 ilə qədər uzatmaq mümkündür. Məsələn, ağ unlu makaron əvəzinə, tam taxıllı makaron seçmək diabet riskini 30 faiz azalda bilər. Elmi cəhətdən sübut edilmişdir ki, şəkər istehlakının məhdudlaşdırılması da bioloji qocalmanın sürətini azaldır, metabolik qocalmanı cilovlayır, ürək-damar xəstəlikləri riskini azaldır.

Fiziki və psixoloji sağlamlıq üçün yuxu rejiminə də diqqət yetirməyin faydası var. Gecələr 5 saatdan az yatmaq ömrü azalda bilər. Çox yatmaq da eyni dərəcədə təhlükəlidir. 30 min insan üzərində aparılan araşdırma 9 saatdan çox yatanlarda insult riskinin yüzdə 23 faiz daha çox olduğunu ortaya qoyub.

Gündə cəmi 15 dəqiqəlik məşq vərdişi ilə yaşlanma prosesini gecikdirmək və ömrü 7 ilə qədər uzatmaq olar. Həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyətlə məşğul olan şəxslərdə ölüm riski 28 faiz azalır. Oturaq həyat tərzi ilə mübarizədə kiçik addımlar atmaqla da kifayətlənmək olar. Məsələn, lift əvəzinə, pilləkənlərdən istifadə etmək, mobil telefonla danışarkən, oturmaq əvəzinə, otaqda gəzmək. İlk baxışdan əhəmiyyətsiz və kiçik görünən bu addımlar tədricən böyük nəticələrə səbəb ola bilər.

İdarə olunmayan xroniki stres qocalmanı əhəmiyyətli dərəcədə sürətləndirir. Araşdırmalar göstərir ki, xroniki stres gözlənilən ömür müddətini 2-8 ilə qədər azalda, immun reaksiyalarını zəiflədə və ürək-damar xəstəlikləri riskini 40 faiz artıra bilər. Stresdən yayınmaq və yaşlanmanı yavaşlatmaq üçün ailə və dostlarla vaxt keçirtmək lazımdır. Sosial əlaqələr erkən ölüm riskini 200 faizdən çox azalda bilər.

Mütəxəssislərin dediklərinə əməl edərək uzun və sağlam ömür sürmək elə də çətin deyil. Bədənlə ruh, insanla ətraf mühit, digər insanlarla münasibətlər harmoniyada olduqda yaş uzanacaq. Unutmamalıyıq ki, dünyaya bir dəfə gəlirik və həyat bizə yalnız bir dəfə verilir. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!