№ 538
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757 (Cild I); 2024, № 7, maddə 910) ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə üzrə:
1.1. 3.8-ci bənddə “Azərsutikinti” Xəstəxanası” sözləri “Nizami Tibb Mərkəzi” sözləri ilə əvəz edilsin;
1.2. 3.9-cu bənddə “Neyrocərrahlıq” sözü “Respublika Neyrocərrahiyyə” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.5-ci bənd əlavə edilsin:
“6.5. Yeni Klinika”.
3. 7-ci hissə üzrə:
3.1. 7.75-ci bənddə “6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” sözləri “Binəqədi Tibb Mərkəzi” sözləri ilə əvəz edilsin;
3.2. 7.98-ci bənddə “2 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Xətai Tibb Mərkəzi” sözləri ilə əvəz edilsin;
3.3. 7.99-cu bənddə “3 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Sabunçu Tibb Mərkəzi” sözləri ilə əvəz edilsin;
3.4. 7.100-cü bənddə “5 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Nərimanov Tibb Mərkəzi” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 58.1-1-ci bənd əlavə edilsin:
“58.1-1. Siyəzən Rayon Mərkəzi Xəstəxanası”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 25 ” “ dekabr ” 2024-cü il