27 Dekabr 2024 17:03
169
CƏMİYYƏT
A- A+
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb

Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb


Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını təqdim edib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

Yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yerin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Gündüz və gecənin uzunluğu ekvatorda ilboyu dəyişməyib 12 saat qalır, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik yay, Cənub yarımkürəsində isə astronomik qış başlayır. 2025-ci ildə yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olacaq.

Payız bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomik yaz başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana sentyabrın 22-si saat 22:19-da daxil olacaq.

Qış günəşduruşu günü isə Yerin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Həmin gün Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır. 2025-ci ildə qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olacaq.

Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal yarımkürəsində qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə yay fəsli daha mülayim keçir. Bu il Yer kürəsi perihelidən yanvarın 4-ü saat 17:28-də (147 103 686 km), afelidən isə iyulun 3-ü saat 23:54-də (152 087 738 km) keçəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

10:43
28 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:16
28 Dekabr

Azərbaycanın Kubadakı səfirliyində başsağlığı kitabı açılıb

10:00
28 Dekabr

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNƏCƏK

09:30
28 Dekabr

Niyə bəzi insanlar daha çox xəstələnirlər?

09:20
28 Dekabr

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

09:15
28 Dekabr

O, kətana duyğularını köçürürdü

09:10
28 Dekabr

Su və kanalizasiya problemimiz həll olunmamış qalır

09:05
28 Dekabr

Kəndimizin tibb məntəqəsində həkim yoxdur

09:00
28 Dekabr

Yolumuz bərbad vəziyyətdədir

08:55
28 Dekabr

Kiçik bağçanın böyük sorağı

08:50
28 Dekabr

Təhlükə aradan qaldırıldı

08:45
28 Dekabr

Kənd məktəbi təmir olunub

08:40
28 Dekabr

Tək ailəsinin yox, bütün elimizin qüruru

08:35
28 Dekabr

Azərbaycan sürətlə inkişaf edən sənaye ölkəsinə çevrilir

08:30
28 Dekabr

Hüquqların müdafiəsindən ədalətə gedən yol

08:25
28 Dekabr

Aviaqəza ilə bağlı bütün lazımi tədbirlər görüləcək

08:20
28 Dekabr

Son ümid, son nəfəs, son uçuş...

08:15
28 Dekabr

Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib

08:10
28 Dekabr

Hərbi çağırış prosesi təkmilləşdirilir

08:05
28 Dekabr

İnkişaf büdcəsi

08:00
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!