28 Dekabr 2024 08:25
328
CƏMİYYƏT
A- A+
Hüquqların müdafiəsindən ədalətə gedən yol

Hüquqların müdafiəsindən ədalətə gedən yol


Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sarsılmaz dayaqlar hazırda dövlətimizin daxili və xarici siyasətində, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlətin ali məqsədi olan insan hüquqlarının təmin edilməsində böyük uğurlar qazanılmasına gətirib çıxarmışdır. Beynəlxalq münasibətlər sistemində böyük nüfuzu olan Azərbaycan Respublikası beynəlxalq problemlərin həll edilməsi mərkəzlərindən birinə çevrilməkdədir. Bu cəhətdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakı şəhərində keçirilməsi mühüm qlobal problemlərin həllində də dövlətimizin bir daha rolunu təsdiqləmişdir.

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdır. Bununla da vəkilliyə konstitusion status verilmişdir. Həmçinin Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli qanunu ilə "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmin dövrdə konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərmişdir. Beləliklə, Azərbaycan Vəkilliyinin institutsionallaşmasına start verilmiş və onun hüquqi əsasları möhkəmləndirilmişdir. Bu dövr vəkilliyin hüquqi təminatlarının gücləndirilməsi və cəmiyyətdəki nüfuzunun artırılması üçün vacib bir mərhələ olmuşdur.

Bütün qeyd olunanların məntiqi davamı kimi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası bütövlükdə insan hüquqları amili üzərində qurulmuş, bu hüquqların təmin edilməsi dövlətin ali məqsədi elan edilmiş, beynəlxalq müqavilələrin və beynəlxalq hüququn primatlığı bütün sahələrdə tam şəkildə tanınmışdır. Bu baxımdan Konstitusiyamızın 7, 10, 12, 71, 148 və 151-ci maddələri xüsusi qeyd edilməlidir. Eyni zamanda Konstitusiyanın 2-ci bölməsi əsas insan və vətəndaş hüquq, azadlıq və vəzifələrinə həsr edilmişdir. Konstitusiyamızın 61-ci maddəsində müəyyən edilən "Hüquqi yardım almaq hüququ" beynəlxalq hüquq normalarına uyğun olmaqla bərabər, sonradan bu sahədə bir sıra əhəmiyyətli sahəvi normativ aktların qəbul edilməsinə gətirib çıxarmışdır. Konstitusiyada əksini tapmış əsas strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin realizəsini zəruri etmiş, milli qanunvericilik sisteminin daha da inkişafına təkan vermişdir. Nəticədə 28 dekabr 1999-cu il tarixli "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunla müstəqil Azərbaycan vəkilliyinin əsası qoyulmuş, ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmışdır.

Yeni qəbul edilmiş "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanundan irəli gələrək 2004-cü il noyabrın 3-də Azərbaycan Respublikasının Yeni Vəkillər Kollegiyası təsis edilmişdir. Təsis zamanı kollegiyanın 356 vəkil üzvü olmuşdur. Bu yeni struktur vəkilliyin funksional və peşəkar təşkilatlanmasında önəmli rol oynamışdır. Kollegiya bu illər ərzində yalnız hüquqi yardım göstərən qurum deyil, eyni zamanda insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və ədalət mühakiməsinin təminatçısı kimi çıxış edib. Azərbaycanın bu sahədəki liderliyi, postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olması, ölkəmizin hüquqi islahatlara sadiqliyini bir daha göstərdi. 356 vəkilin iştirakı ilə təsis edilən Vəkillər Kollegiyasının üzvlərinin sayı bu gün 2500 nəfərdən çoxdur.  

Sonradan Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunmuşdur ki, bu da Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə" 11 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan vəkilliyinin inkişafına dövlət tərəfindən verilmiş əməli dəstək kimi qiymətləndirilməlidir. Hüquqi islahatlar sırasında vəkillik fəaliyyətinin yeni inkişaf mərhələsinə təkan vermişdir. Tarixi önəm daşıyan 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" dövlət başçısının sərəncamının preambulasında qeyd olunur ki, vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Bu sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və digər məsələlər öz əksini tapmışdır. 

Eyni zamanda sərəncama uyğun olaraq müasir informasiya kommunikasiyaları texnologiyalarının tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi məsələləri də qeyd edilmişdir. Bunu nəzərə alaraq Vəkillər Kollegiyası tərəfindən 2023-cü ildən etibarən ölkəmizdə pilot layihə kimi "Elektron order"dən istifadə olunmağa başlanılmış, artıq 2024-cü ildən layihə geniş tətbiq edilmişdir. Hal-hazırda 14000-ə yaxın elektron müqavilə bağlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı vəkilliyin ölkəmizdə daha da mütərəqqi quruma çevrilməsi baxımından tarixi sənəd olmaqla yanaşı, gələcək dövr üçün onun inkişaf istiqamətlərini də müəyyən etmişdir. Həmin fərmanla 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, dövlət büdcəsində birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur. Prezident cənab İlham Əliyevin vəkilliyə diqqətinin daha bir təzahürü kimi, 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə Vəkil Günü peşə bayramı təsis edilmişdir. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında Vəkil Günü peşə bayramı kimi qeyd edilir.

Peşə bayramı münasibətilə hər il olduğu kimi, təşkil edilən tədbirlər çərçivəsində növbəti dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir. Tədbir Sumqayıt Regional Vəkil Bürosunun təşkilatçılığı, Vəkil Günü peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuşdur. Sərgidə ARVK-nin üzvü, "Kamandar Nəsibov və partnyorları" Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.

Qeyd edilən sərəncamlardan irəli gələn məsələlərdən biri də vəkil qurumlarının artırılması, onların maddi-texniki şəraitinin yaxşılaşdırılmasıdır. Belə ki, regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılmış, onlar müvafiq binalarla təmin edilmiş, müasir informasiya kommunikasiyaları texnologiyalarının imkanlarından yararlanmalarına dəstək göstərilmişdir. Gəncə şəhərində Vəkillər Kollegiyası üçün ayrılmış binanın təmiri yekunlaşmaq üzrədir, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə işlər davam etdirilir. Hazırda ölkəmizdə 138 vəkil qurumu fəaliyyət göstərir.

Konstitusion hüquq olan peşəkar hüquqi yardımı həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyət istiqaməti çoxşaxəlidir.

Burada ilk növbədə, Kollegiyanın Rəyasət Heyətinin və qurumlarının fəaliyyətinə toxunmaq istərdik.

Belə ki, 2024-cü il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilmişdir. İclaslar çərçivəsində Rəyasət Heyətinin qərarları ilə xəstəlikləri ilə əlaqədar olaraq 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilmiş, 59  vəkil analıq məzuniyyəti, təhsil və digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilmişdir. Hal-hazırda kollegiyanın nəzdində 11 komitə fəaliyyət göstərir ki, onlardan ikisi - "icra hüququ" və "deontologiya" komitələri bu il yaradılmışdır.

Vəkillər Kollegiyasının Azərbaycan Respublikasının dövlət və ictimai həyatında iştirakı xüsusi qeyd edilməlidir. 

Belə ki, dövlət başçısının 28 dekabr 2023-cü il tarixli sərəncamına əsasən, Vəkil Günü peşə bayramı münasibətilə  bir qrup vəkil  "Tərəqqi" medalı ilə təltif edilmiş, ilk dəfə yaradılan Məhkəmə Ekspertizası Şurasında təmsil olunmuşdur. 

Eyni zamanda 2024-cü ildə Vəkillər Kollegiyası dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində 40-dan çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər vermişdir. Konstitusiya Məhkəməsi ilə əldə olunmuş razılığa əsasən cari ildə 24 işə mütəxəssis mülahizəsi təqdim edilmişdir.

Vəkillər Kollegiyasının fəaliyyət istiqamətlərindən biri kimi beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafı xüsusi qeyd edilməlidir.

Ötən illər ərzində kollegiya özündə vəkilləri birləşdirən müxtəlif beynəlxalq təşkilatlara üzv kimi qəbul edilmiş, beynəlxalq tədbirlərin iştirakçısı olmuşdur. Respublikamızda səfərdə olan beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən xarici dövlətlərin Vəkillər Kollegiyalarının rəhbər şəxsləri ilə görüşlər keçirilmiş, fikir və təcrübə mübadiləsi aparılmışdır.

Kollegiyanın fəaliyyət istiqamətlərindən biri də vəkillik institutunda müasir İKT-nin tətbiqidir.

Belə ki, Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında "Elektron vəkil orderi" cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq istifadə edilməsi barədə qərar qəbul edilmişdir. Aprel ayının 3-də Vəkillər Kollegiyasının təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı keçirilmişdir. Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verilmiş, bu sahədə müəyyən layihələrə imza atılmış, o cümlədən  "Pro Bono ChatBot" süni intellektin təqdimatı olmuşdur. 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının digər fəaliyyət istiqamətlərindən biri də aktual mövzularda konfransların təşkilidir. 

Bu il apreldə Vəkillər Kollegiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə "Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu" mövzusunda seminar keçirilmişdir. Kollegiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 8 may 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasında "Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi" mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuşdur. Səfər çərçivəsində vəkillər tərəfindən Naxçıvan şəhər Vəkil Bürosunda pulsuz hüquqi yardım aksiyası təşkil edilmiş və Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimi keçirilmişdir. 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində 04-05 iyun tarixlərində "Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya" mövzusunda və 16 dekabr tarixində "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilmiş beynəlxalq konfranslar çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası təmsil olunmuş, kollegiyanın sədri məruzə ilə çıxış etmişdir. 

Sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə "Law and climate" adlı beynəlxalq konfransda Vəkillər Kollegiyası geniş tərkibdə iştirak etmişdir, kollegiyanın sədri və üzvləri müxtəlif məzmunlu məruzələrlə çıxışlar etmişdir.

Bundan başqa, 10 oktyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və kollegiyanın dəstəyi ilə vəkillər və hakimlər üçün "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərərçəkmiş şəxslərlə davranış" mövzusunda təlim keçirilmişdir.

Əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksəkkeyfiyyətli hüquqi yardım göstərilməsini təmin etməkdən ibarət olan Vəkillər Kollegiyası respublikamızda hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığına həssas yanaşaraq, bu istiqamətdə ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurur. Bununla da, hüquq sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətə daim töhfə verir.

Belə ki, 20.05.2024-cü il tarixində Bakı Dövlət Universitetində Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində kollegiya rəhbərliyinin "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla görüş keçirilmişdir. 

Cari ilin fevral-mart aylarında Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilən "Biz gələcəyin vəkilləriyik" adlı növbəti qış məktəbinin açılış mərasimi keçirilmişdir. 

Noyabr-dekabr aylarında Vəkillər Kollegiyası və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Qalib Azərbaycan" adlı II Hüquq Olimpiadası təşkil edilmişdir. Üç mərhələdən ibarət olimpiadada ölkə üzrə bütün hüquq fakültələri - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışmışdır. Olimpiadanın məqsədi tələbələrin hüququn müxtəlif sahələrindəki bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən onların inkişafına töhfə verməkdən ibarətdir. 

Gənclərlə iş kollegiyanın prioritet  məqsədlərindən biridir. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün Kollegiya və "Femida Könüllüləri" Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.  Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin Rəyasət Heyətinin Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.

Gənc hüquqşünaslarla iş sahəsində Kollegiyanın gördüyü tədbirlərdən biri də, Hüquq fakültəsi tələbələrinin və gənc hüquqşünasların müxtəlif vəkil bürolarındatəcrübə keçməsinə dəstək göstərilməsidir. 

Rəyasət Heyətinin iclaslarında ADA və Bakı Dövlət universitetlərinin müraciətləri nəzərə alınaraq, ABŞ-də keçiriləcək "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə, habelə Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində "EduEmpower" layihəsinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müsbət qərar qəbul olunub.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixdə imzaladığı sərəncamla təsis olunan "Yüksəliş" müsabiqəsində Vəkillər Kollegiyası rəhbərinin mentor qismində iştirakı, kollegiyanın qeyri-dövlət təsisatı kimi mühüm rola malik olmasının göstəricisidir. 

Vəkillər Kollegiyası və hüquq tələbələrinin sıx birləşdiyi ELSA ilə Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, hər il üç instansiya məhkəməsində təşkil edilən Milli Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyaları və digər müxtəlif formatlarda səhnələşdirilmiş məhkəmə müsabiqələrinə kollegiya tərəfindən maddi və təşkilati dəstək verilir. Qeyd olunanlardan əlavə ELSA ilə birgə əməkdaşlıq çərçivəsində bir sıra digər layihələr də təşkil edilir.

İxtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi kollegiyanın əsas məqsədlərindən biridir.

22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq kollegiya tərəfindən vəkilliyə qəbul müntəzəm həyata keçirilməyə başlanılmışdır. Belə ki, vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 ildə isə 14 yazılı test imtahanı keçirilmiş və bunun nəticəsi olaraq vəkillərin sayı 3 dəfədən çox artmışdır. 2024-cü ildə isə  vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı keçirilmişdir. Belə ki, birinci test imtahanında ümumilikdə 555 nəfər iştirak etmiş, onlardan 139 nəfəri uğur qazanmışdır. İkinci test imtahanında isə 361 nəfər iştirak etmiş, 238 nəfəri uğur qazanmışdır. Qeyd olunduğu kimi, ölkəmizdə son ildə vəkillərin sayı artıq 2500-dən çox olmuşdur.

2024-cü il iyun ayının 21-də "İnsan hüquqları aylığı" ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir. 

Vəkil köməkçiləri institutunun inkişafı da əsas hədəflərdəndir. Hazırda Vəkillər Kollegiyasında 500-dən çox vəkil köməkçisi fəaliyyət göstərir. Kollegiyada mütəmadi olaraq yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirilir, onlara vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyəti barədə məlumat verilir.

Vəkillərin peşə hazırlıqlarının artırılması və onların davamlı tədrisə cəlb olunması Vəkillər Kollegiyasının diqqətindədir. 2024-cü il ərzində kollegiya tərəfindən vəkillər üçün 90-a yaxın təlim keçirilmişdir. Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə keçirilmiş "Elektron order"lə bağlı 17 təlimdə 2000-dən çox vəkil, Ədliyyə Akademiyası ilə keçirilən ixtisasartırma təlimlərində (24 təlim) 1000-dən çox vəkil, digər yerli və beynəlxalq qurumlarla keçirilən 15 təlimdə  860 vəkil, Vəkillər Kollegiyası Akademiyası tərəfindən təşkil edilən ixtisasartırma təlimlərində (28 təlim) 1649 vəkil iştirak etmişdir. Təlimlər əyani, distant və hibrid formalarda bu sahədə tanınmış hakimlər, peşəkar vəkillər, alimlər və ekspertlər tərəfindən aparılmışdır. 

"Azərbaycan Vəkili" elmi-praktiki hüquq jurnalının 2024-cü ildə iki sayı çap edilmişdir. Kollegiyanın rəsmi nəşri olan "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı məzmun, forma və istiqamət baxımından tamamilə yenilənərək oxuculara təqdim edilir. Jurnalın əsas məqsədi vəkillik institutunun inkişafı ilə bərabər, vəkillərin elmi bazasının gücləndirilməsi, bu istiqamətdə ən mühüm hüquqi məsələlərin təhlili və həlli yollarının müəyyən olunmasıdır.  

Şəxslərin keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək məqsədilə Vəkillər Kollegiyası tərəfindən vətəndaşlara pulsuz hüquqi yardım göstərilir.

Hər il olduğu kimi, 2024-cü ildə də kollegiya tərəfindən Pro Bono - ödənişsiz hüquqi yardımlar həyata keçirilməsi davam etdirilmişdir. Belə ki, respublikamızın bütün ərazilərində 2000-dən çox aztəminatlı şəxsə və məhkumlara pulsuz hüquqi yardım göstərilib. 

Qeyd olunanlar vəkillik sahəsində görülmüş işlərin çox az bir hissəsini əhatə edir. Azərbaycan vəkilliyinin 105 illik tarixi, kollegiyaya tam müstəqillik verən qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsisinin 20 illiyi vəkillik fəaliyyətinin məqsədəuyğun şəkildə formalaşmasını və təkmilləşməsini təmin edir. Bu yubileylər Azərbaycanda vəkilliyin hədəflərini əks etdirir və özündə keçmişin nailiyyətlərini xatırlatmaqla, gələcəkdə daha mükəmməl nailiyyətlər üçün yeni istiqamətlər müəyyən edir.


Anar BAĞIROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Serbiya arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

21:17
28 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Braziliyada anılıb

21:15
28 Dekabr

XİN: İl ərzində normallaşma gündəliyi Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilədilib

21:02
28 Dekabr

Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb  

18:11
28 Dekabr

"Top 8" turnirində qaliblər müəyyənləşib

17:59
28 Dekabr

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

17:57
28 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

17:56
28 Dekabr

Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:54
28 Dekabr

Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib  

17:53
28 Dekabr

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq - PROQNOZ  

17:52
28 Dekabr

XİN: Azərbaycan cari ildə qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini artırıb  

17:50
28 Dekabr

Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib  

17:49
28 Dekabr

XİN: Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb  

17:48
28 Dekabr

Baş Prokurorluqda 2024-cü ilin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib

17:46
28 Dekabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

17:45
28 Dekabr

UNICEF: Bu il 64 min uşaq Bolqarıstanda himayə üçün müraciət edib  

16:51
28 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:48
28 Dekabr

Dövlət Xidməti sahibkarlara müraiciət edib

16:40
28 Dekabr

Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur  

16:38
28 Dekabr

Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

16:14
28 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:12
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!