25 Dekabr 2024 08:40
290
SİYASƏT
A- A+
Hər bir azərbaycanlının Prezidenti

Hər bir azərbaycanlının Prezidenti


İlham Əliyevin 5-ci sosial paketi 3 milyon insanı əhatə edəcək


Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açıb. 

Dövlət başçısının dediyi kimi, Azərbaycan sosial dövlətdir, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır. Bu sözlər Prezident İlham Əliyevin tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən sosial islahatlarda bir daha aydın təsdiqini tapır.


4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi


Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlarla 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb. Nəticədə minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləği 2,7 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyədək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3 dəfə artıb, 10 yeni sosial ödəniş növü təsis edilib. 

Bu dövrdə əmək müqavilələrinin sayı 609 min və ya 48 faiz artaraq 1,9 milyona çatıb. Müsbət məqamdır ki, özəl sektorda əmək müqavilələrinin sayında 2 dəfə artım özünü göstərib. 

Sosial dövlətin mühüm cəhətlərindən biri olaraq dövlət büdcəsində sosialyönlü xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün  15,5 mlrd. manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd. manat və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir.


İlham Əliyevdən növbəti sosial dəstək


Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.

Belə ki, sərəncama əsasən,  2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.

Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunur.

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. 

Qeyd etdiyimiz kimi, 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək.

Həmçinin sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək. Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. 

Yeni sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.


Özünüməşğulluq proqramı çərçivəsində 2018-2024-cü illərdə 635 min nəfər işlə təmin olunub


Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri sosial rifahda mühüm önəm kəsb edən məşğulluğun təminatıdır. Ona görə də çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2018-2024-cü ilin 11 ayı da daxil olmaqla 635 min nəfəri işlə təmin edib. Gələn il üçün işədüzəltmə hədəfi isə 130 min nəfər təşkil edir. 

Dövlət başçısının göstərişi ilə icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyədək artıb. Bu proqram çərçivəsində xeyli sayda işsiz və işaxtaran şəxs üçün kiçik təsərrüfatlar qurulub və onlar üçün kiçik biznesə çıxış imkanları yaradılıb. Onu da qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunanların sayı gələn il 100 mini ötəcək. 


Əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2,1 dəfə artıb


Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı əlilliyi olan şəxsləri də əhatə edir.  Sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb. 

Son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması, reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib. Ümumilikdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb. Təkcə bu ilin 11 ayında həmin mərkəzlərdə 113 min şəxsə xidmət göstərilib. 


Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min mənzil və fərdi ev təqdim edilib


2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. 

Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram daim genişlənir, postmüharibə dövründə isə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib.  Həmçinin 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil təqdim edilib və bu istiqamətdə tədbirlər də davam edəcək. 


Şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 24,8 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib


Eyni zamanda sosial dəstək tədbirləri çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır. Postmüharibə dövründə Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 24,8 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 12,1 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, digərləri isə münasib işlə təmin edilib. Həmçinin 1033 şəxs peşə hazırlığına cəlb olunub. 

Eyni zamanda  həmin sosial dəstək paketi üzrə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Həmin aylıq sosial ödənişlərin də orta hesabla 2 dəfəyədək artırılması təmin edilib. 44 günlük Vətən müharibəsindən sonra həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 68,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 

Müharibə ilə əlaqədar əlilliyi olan 2249 şəxs 61,7 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 600 ədəd yüksəktexnologiyalı müasir protezlə təmin olunub. Ümumilikdə, postmüharibə dövründə nazirliyin şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 366 min xidmət göstərilib.


DOST mərkəzlərində ötən dövrdə 3 milyon 150 min vətəndaşa xidmət göstərilib  


Dövlət başçısının uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətlərindən biri də dövlət sosial xidmətlər sistemində DOST  konsepsiyasının tətbiqidir. 2019-cu il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST Mərkəzinin açılışı olub. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. İndiyədək Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, Şuşa şəhərində isə Qarabağ Regional DOST Mərkəzinin filialı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3 milyon 150 min vətəndaşa xidmət göstərilib  və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,4 faizdir. 

DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si "Good practice awards of Europe", yəni "Avropa üçün yaxşı təcrübə mükafatı"dır. 

DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayı daim artır və artıq Özbəkistan bu təcrübəni tətbiq edir, Moldova da bu sahədə pilot işlər aparır. Serbiya və Rumıniyada isə DOST mexanizmi əsasında elektronlaşma həyata keçirilir. Beləliklə, DOST artıq dünyada Azərbaycanın yeni brendi kimi tanınır.

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların ümumilikdə 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.  

Əhaliyə dövlət xidmətlərinin vətəndaş məmnunluğuna yönəlik yüksək keyfiyyət və şəffaflıq səviyyəsinə çatdırılmasında, xidmətlərin vətəndaşlara  əlçatanlığının və onlardan rahat istifadənin, nəticə etibarilə vətəndaş məmnunluğunun  təmin edilməsində, ümumən ölkədə innovativ inkişafa nail olunmasında İKT-nin  geniş tətbiqi ən sərrast və effektiv vasitələrdən biridir. 


160 xidmətin 90 faizindən çoxu elektron platformada təqdim edilir


Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illər əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində e-texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması yaranmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. Ümumilikdə, 2018-2024-cü illərdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində geniş elektronlaşma proqramı nəticəsində bu gün nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu elektron platformada təqdim edilir. 50-dən çox proaktiv xidmət, "e-sosial" portalı, "Əmək və Məşğulluq" altsistemi yaradılıb. 

Hazırda nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.  Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11  ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 623 milyon olub. 2019-cu ilin əvvəlindən 830 mindən çox proaktiv sosial ödəniş təyinatı aparılıb.

Bütün qeyd edilənlər ölkədə sosial inkişafın davamlı xarakter aldığını, Azərbaycanın sosial dövlət olmasının sosial uğurlarda öz təcəssümünü tapdığını göstərir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

01:18
26 Dekabr

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında

01:18
26 Dekabr

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:17
26 Dekabr

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:16
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protocol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:16
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də və 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:15
26 Dekabr

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:14
26 Dekabr

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 102-VIIQD nömrəli Qanununun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:14
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:13
26 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

01:10
26 Dekabr

Təyyarə qəzasında həlak olanlar üçün Avstriyadakı Azərbaycan Evində xatirə guşəsi yaradılıb  

23:57
25 Dekabr

SABC: Mozambikdə 6 minə yaxın təhlükəli cinayətkar həbsxanadan qaçıb  

23:47
25 Dekabr

Şəkidə "Tullantılardan İncəsənətə" adlı sərgi keçiriib  

23:40
25 Dekabr

 Basketbol Liqası: "Neftçi" "Sərhədçi"yə qalib gəlib  

23:38
25 Dekabr

FHN və AZAL birgə məlumat yayıb

23:30
25 Dekabr

Xəstəxana rəsmisi: Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır

23:29
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

23:28
25 Dekabr

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması Türkiyə mediasının diqqət mərkəzindədir  

23:27
25 Dekabr

Qazaxıstan Baş nazirin müavini: Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir  

23:25
25 Dekabr

Dinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir

23:24
25 Dekabr

Qazaxıstan Baş nazirinin müavini təyyarə qəzasında yaralananları ziyarət edib

23:20
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!