Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 dekabr tarixli 244 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı məzmunda 55-4-cü hissə əlavə edilsin:
"55-4. Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
55-4.1. əmlaka zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına münasibətdə:
55-4.1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
55-4.1.2. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından - bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
55-4.2. əhalinin sağlamlığına zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə:
55-4.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından - bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
55-4.2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından - bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
55-4.3. ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından - bu Siyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
55-4.4. qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməməsinə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından - fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə rəisi, onun müavini, idarə rəisi, onun müavini, regional mərkəzlərin rəisləri, onların müavinləri, Mülki Müdafiə Qoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunları hərbi hissələrinin komandirləri, onların müavinləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, onun müavinləri, Xüsusi Riskli Xilasetmə Xidməti hərbi hissələrinin komandirləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, onun müavinləri.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2024-cü il
Avropa Ukrayna üçün “Starlink”ə alternativ peyk şəbəkəsi axtarır
Sorğu: Ukraynalıların 39 faizi sülh naminə ərazi güzəştlərinə razıdır
XII Qlobal Bakı Forumunun ikinci günü: “Yaxın Şərq” panel iclası
Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir
Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Mladen İvaniç: Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər
Vens: Tramp Şərqi Avropada nüvə silahı yerləşdirilməsinin əleyhinədir
DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib
Baş Prokurorluqda aktual hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib
Ötən ay məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 11,1 faiz artım qeydə alınıb
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ
Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”
Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb
Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir
Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik
Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir
Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb
Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!