12 Mart 2025 01:35
1706
Fərmanlar
A- A+
"Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292 (Cild I) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin: 

1.1.  2.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.2.15. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi";";

1.2.  3.2.2-ci yarımbənddə "Nazirliyi yanında" sözləri "Nazirliyinin tabeliyində" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2087 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə"nin 5.2-ci bəndinin ikinci cümləsində "Nazirliyi yanında" sözləri "Nazirliyinin tabeliyində" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 167 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287) aşağıdakı dəyişikliklər edilsin: 

4.1. 5-ci hissədən "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi," sözləri çıxarılsın;

4.2. 8-ci hissə ləğv edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu"nun 4-cü hissəsi ləğv edilsin.

5. "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 958 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 13-cü hissəsinin "Göstərdiyi xidmətlər" sütununa aşağıdakı məzmunda 19-cu bənd əlavə edilsin:

"19. mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərin verilməsi".

7. "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 - "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" üzrə:

7.1.1.  28-ci hissə ləğv edilsin;

7.1.2.  aşağıdakı məzmunda 29.10-2-ci bənd əlavə edilsin:

"29.10-2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri;";

7.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 - "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" üzrə:

7.2.1.  27-ci hissə ləğv edilsin;

7.2.2.  aşağıdakı məzmunda 29.2-1-ci bənd əlavə edilsin:

"29.2-1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri;".

8. "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın və "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047 (Cild I); 2024, № 5  (I kitab), maddə 529) aşağıdakı dəyişikliklər edilsin:

8.1. həmin Fərmanla təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası"nın 3.1-ci bəndində "yanında" sözü "tabeliyində" sözü ilə əvəz edilsin;

8.2. həmin Fərmanla təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın 4.2.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"4.2.4. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi";".

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə  899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 23 yanvar tarixli 289 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"na aşağıdakı məzmunda 17-3-cü hissə əlavə edilsin:

"17-3. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 mart 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!