Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356) ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 3.8.2-ci yarımbəndində "2025-ci" sözləri "2027-ci" sözləri ilə əvəz edilsin.
2. "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2021, № 10, maddə 1099 (Cild I) 2.1-ci bəndində "2025-ci" sözləri "2027-ci" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2025-ci il
“Azərişıq” ASC-nin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Laçında işəgötürənlərlə görüş keçirilib
Arayik Harutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən aldığını bildirib
Komitə sədri: Biz artıq ən mükəmməl planlaşdırma aparırıq
Moldova portalı XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib
Bakıda və Abşeron yarımadasında temperatur 27 dərəcəyədək yüksələcək
İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru: Bakı Qlobal Forumu dünyada bir nömrəli siyasi forumdur
Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək
Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
Xocalıya köçən sakin: Fəxrlə doğma yurduma qayıtmışam
Azərbaycan əraziləri işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb
İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb
Anar Quliyev: Dövlət büdcəsindən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə böyük vəsait ayrılıb
Volkan Bozkır: Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləri nümunədir
Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq
Milli Məclis Nazirlər Kabinetinin 2024-cü il üçün illik hesabatını qəbul edib
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər” YENİLƏNİB
Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub
Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!