24 Dekabr 2024 09:55
236
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qədim Nizami yurdu gündən-günə gözəlləşir

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qədim Nizami yurdu gündən-günə gözəlləşir


Son illər ölkəmizdə vüsət alan sosial-iqtisadi inkişaf respublikanın ikinci ən böyük şəhəri olan qədim Gəncədə də müşahidə edilməkdədir. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin bütün bölgələri kimi, Gəncə şəhəri də sürətlə inkişaf edir. Xüsusən Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində Gəncə şəhəri tarixi-mədəni şöhrətini bərpa edir, nəinki Azərbaycanın, bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilir.  

Dövlət başçısının qədim Nizami yurduna göstərdiyi diqqət və qayğı nəticəsində həyata keçirilən layihələr Gəncənin simasını tanınmaz dərəcədə dəyişmişdir. Təkcə onu demək kifayətdir ki, 2011-2023-cü illər ərzində 1600 layihə həyata keçirilmişdir ki, bu da Gəncənin inkişafına təkan verən amillərdəndir.  

İkinci Dövlət Proqramının icra edildiyi müddətdə Gəncənin və şəhərətrafı qəsəbələrin, yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin kommunal xidmətlərə olan ehtiyaclarının yüksək səviyyədə ödənilməsi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, tarixi-memarlıq abidələrinin bərpası və yenidən qurulması, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, sakinlərin məşğulluğunun təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirilmişdir. 

Gəncə şəhərinin su təchizatı məsələsinə baxılması, şəhər daxilində ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli hava elektrik xətlərinin yeraltı kabellə əvəz olunması, şəhərin prospekt və küçələrinin, yeni park və meydanlarının işıqlandırılması üçün 2800 müasir tipli işıq dirəklərinin və fanarların quraşdırılması, 212 min 656 kvadratmetrdən çox asfalt örtüyünün salınması, 700-dən çox yüksək mərtəbəli yaşayış binalarının dam örtüyünün mansard formasında təzələnməsi və fasadlarının daşla üzlənməsi Gəncənin simasını daha da dəyişib. Bu abadlıq və quruculuq işlərinin şəhərin tarixi-memarlıq üslubuna uyğun aparılması görülən işlərin estetik keyfiyyətindən xəbər verir. Hazırda bu işlər uğurla davam etdirilir. Bütün bunlarla yanaşı, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət, Məhəmməd Hadi, İstiqlal və Əziz Əliyev adına mədəniyyət və istirahət parklarının salınması, bünövrəsi Prezidentin xeyir-duası ilə qoyulmuş Gəncə Dövlət Filarmoniyasının fəaliyyətə başlaması və Uğurlu xan karvansarasının yenidən qurulması Gəncənin müasir quruculuq mərhələsində və mədəni həyatında baş verən ən mühüm hadisələr oldu.

Gəncə çayının sağ sahilində inşa edilən Bayraq meydanının yaradılması şəhərdə aparılan ən mühüm layihələrdən biridir. Meydanda 110 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentinin hündürlüyü isə 4 metrdir.

Digər bir mühüm layihə isə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Abidə-kompleksidir. Kompleks şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilib. Yol genişləndirilərək 22 metrə çatdırılıb. Qala divarlarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, Qala qülləsinin hündürlüyü isə 22 metrdir. 

Yol boyu Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan və adları həkk olunmuş 5 nəhəng daş kitabə memarlıq elementini seyr etmək qürurvericidir.

Gözəlliyi ilə göz qamaşdıran Nizami Gəncəvinin məqbərəsi önündə dahi şairin adını daşıyan Nizami Gəncəvi Muzeyi inşa edilib. Yuxarıda qeyd etdiyimiz kimi dünyanın müxtəlif milli kitabxanalarından gətirilmiş nadir nüsxələr Nizami Gəncəvi Muzeyini elmi eksponat kimi bəzəyir. Bununla yanaşı, Nizami Gəncəvinin sələflər və xələflərinin əlyazmaları və şəkilləri, dünyanın tanınmış nizamişünaslarının şəkilləri, bioqrafiyaları və əsərləri, dahi mütəfəkkirin dövrü ilə bağlı tarixi əşyalar  da Nizami Gəncəvi Muzeyinin eksponatları sırasına daxil edilmişdir.

Doğrudur, indi insanları heyrətləndirmək və valeh etmək çox çətindir. Lakin Gəncədə görülən quruculuq işləri, tarixini özündə əks etdirən abidələrə göstərilən qayğı və ən başlıcası yüksəksəviyyəli qonaq qarşılamaq mədəniyyəti insanları sözün həqiqi mənasında valeh edir. 

Aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biri də şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidən qurulması ilə bağlıdır. Nəqliyyatın intensiv hərəkəti üçün küçələrin əksəriyyəti genişləndirilmiş, bəzi yerlərdə hətta 20-24 metrə çatdırılmışdır.

Dövlət başçısının göstərişi ilə şəhərdə yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, mühafizəsi, onlara aqrotexniki qaydada qulluq göstərilməsi daim diqqət mərkəzindədir. Uzun illər yalnız şəhərin mərkəzi meydanı gül-çiçək və yaşıllığı ilə  diqqəti cəlb edirdisə, indi şəhərin küçə və prospektləri, park və xiyabanları rəngarəng çiçəklər, milli ornamentli güldan, buta, xalça rəmzli çiçəklərlə bəzədilir.

Qısa zaman kəsiyində Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Odur ki, Prezident İlham Əliyevin söylədiyi: "Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır" - sözlər bu qədim şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət kimi gəncəlilərin razılığına səbəb olmuşdur.

2014-cü il yanvarın 21-də Gəncəyə səfəri zamanı Prezident İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsini seyr etdi. Daha sonra dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu. Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev dedi: "İndi Gəncə şəhəri də görün necə gözəlləşibdir. Müasir şəhərə çevrilibdir. Bax bu ərazilər artıq şəhərə, şəhərin mərkəzinə çevrilir, gözəl magistral yol çəkilib, iş yerləri açılır. Gələcəkdə Gəncədə böyük sənaye komplekslərinin tikintisi, digər layihələr nəzərdə tutulur. Yəni yaxın gələcəkdə bəlkə də başqa rayonlardan buraya işləməyə gələcəklər. Ona görə Gəncə də gözəlləşir, siz də gözəl qəsəbədə yaşayırsınız. Mən buna çox sevinirəm, çox şadam".

Bəli, Gəncə sürətlə inkişaf edir. Mədəniyyət mərkəzləri, möhtəşəm binalar ərsəyə gəlir, tarixi abidələr yenidən bərpa olunur, yeni parklar salınır, əhalinin işlə təmin olunması üçün sənaye obyektləri istifadəyə verilir. Bir sözlə, Gəncə Ulu Öndər Heydər Əliyevin qayğısından bəhrələnən, möhtərəm Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına, onun qayğısına layiq olmağa özündə güc tapan, tarixinə sonsuz məhəbbət və qayğısı ilə seçilən bir şəhər olduğunu öz əməli işi ilə sübuta yetirir və bundan qürur duyur. Gəncədə inkişafdan danışanda bu yaxınlarda istifadəyə verilən idman sarayının, eləcə də Qafqazda yeganə olan Ekoloji Parkın, Gəncə Dövlət Milli Dram Teatrının adını çəkməmək olmaz. İstər şəhərdə idmanın inkişafına, istərsə də insanların sağlamlığına və mədəni inkişafına xidmət göstərəcək bu nəhəng obyektlərin açılışı Gəncə üçün əlamətdar hadisəyə çevrildi. 

Prezident İlham Əliyevin 2011-ci il 13 dekabr tarixli "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Sərəncamı ilə Gəncə şəhərində Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şeyxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verildi.

Dövlət başçısının "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamı ilə Məhsəti, Sadıllı, Natəvan, Şeyxzamanlı və Cavad xan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 km olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrıldı. Yeni yaradılmış qəsəbələrdə bütün infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər görüldü. Eyni zamanda bu qəsəbələrdə üç 640 yerlik məktəbin, beş 140 yerlik və iki 280 yerlik məktəbəqədər tədris müəssisələrinin tikintisi aparıldı. 

Şəhərdə bir sıra qlobal problemlərin kompleks şəkildə həllinə də ölkə rəhbəri diqqətlə yanaşdı. Bu işlərin sistemli və dövlət proqramına uyğun aparılması məqsədilə şəhərin baş planı təsdiq edildi. Plana əsasən 2030-cu ilədək şəhərin ərazisi inkişaf perspektivlərinə uyğun olaraq iki dəfə artırılaraq 17 min hektara çatdırılması nəzərdə tutulmuşdur. Burada yeni məhəllələr, çoxmərtəbəli binalar, küçə və prospektlər, yeni müəssisələr, habelə təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət ocaqlarının, eləcə də istirahət zonalarının ünvanları da göstərilmişdir. Şəhərdə mövcud olan yaşıllıq sahəsi genişləndirilərək 2251 hektara çatdırılmaqla, Gəncə çayının sağ və sol sahilləri boyunca park-bulvar zonası yaradıldı. Ən əsası budur ki, baş planda milli memarlığın qədim üslubu ilə yanaşı, müasir şəhərsalmanın son nailiyyətləri də özünə yer almışdır.

Həyata keçirilən yenidənqurma və abadlıq işləri əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərlə paralel aparılır. İnsanların maddi-rifah halının yüksəldilməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlər də uğurla həyata keçirilir. Bunun üçün fəaliyyəti dayanmış müəssisələrin işini bərpa etmək məqsədilə güzəştli kreditlər verilir. Ölkə səviyyəli sənaye obyektləri işə salınır. Nəticədə şəhərin iqtisadiyyatı yüksəlməklə yanaşı, insanların gəliri də artır. 

Prezidentin diqqəti ilə şəhərdəki tarixi abidələrə də qayğı artmışdır. İllərlə baxımsız qalmış tariximizin bu yadigarları bərpa olunur. Şəhər kimi ən azı 4 minillik tarixə malik olan Gəncənin qədimliyinin, onun tarixi simasının müəyyən edilməsində tarixi abidələrimiz mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan tarixi abidələrin bərpası Azərbaycan mədəniyyətinin zənginləşməsi üçün çox vacibdir. Çünki tarixin müxtəlif dövrlərini əhatə edən xeyli sayda abidələr keçmişimizə işıq sala bilir. 

Prezident İlham Əliyevin təhsil sistemində gerçəkləşdirdiyi islahatlar Gəncədə də bu sahədə böyük uğurlara nail olunmasına imkan yaradıb. Şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, təhsilə qayğı da diqqət mərkəzindədir. Belə ki, məktəb infrastrukturunun müasirləşdirilməsi, təhsil ocaqlarının əsaslı surətdə yenidən qurulması və təmir edilməsi, yeni tikiləcək məktəblərin layihələrinin gerçəkləşdirilməsi istər təhsil işçilərinin, istər şagirdlərin, istərsə də valideynlərin ürəyincədir. 

Şəhid məzarları torpağımızın müqəddəsliyinə möhür vuran, onu ali məqama çatdıran əbədi bir abidədir. İndi Şəhidlər xiyabanı da əvvəlki deyil. Xiyaban və şəhid məzarları tamamilə yenidən qurulmuş, 367 adlı, 49 naməlum şəhidin şərəfinə 18 metr hündürlüyündə 8 guşəli monumental abidə ucaldılmışdır. Adı, ünvanı bəlli olan da, naməlumlar da şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri tərəfindən hər an hörmət və məhəbbətlə anılır. 

Son illər Azərbaycan Prezidentinin Gəncəyə unudulmaz səfərlərinin hər biri möhtəşəm tikililərin təməlinin qoyulması və inşası başa çatan sənaye müəssisələrinin, muzeylərin, məktəb və uşaq bağçasının, eləcə də digər mühüm obyektlərin açılışı ilə müşayiət olunub. 

Möhtərəm Prezident İlham Əliyevin tövsiyə və göstərişlərini çevik və məqsədyönlü şəkildə həyata keçirən şəhər rəhbərliyi yüksəliş yolunu daha möhtəşəm şəkildə davam etdirmək əzmindədir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə

02:39
25 Dekabr

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:38
25 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında

02:38
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:37
25 Dekabr

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:35
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 

02:34
25 Dekabr

“Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 Dekabr

“Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)”nin təsdiq edilməsi haqqında

02:32
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:31
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:30
25 Dekabr

Specific Procurement Notice Request for Bids Goods

02:28
25 Dekabr

Təkliflər üçün Dəvət Mallar

02:25
25 Dekabr

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!