25 Dekabr 2024 02:35
162
Fərmanlar
A- A+
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 175-ci maddəsinin səkkizinci hissəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (birinci halda) və doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

1.3. həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (ikinci halda) və doqquzuncu hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir;

1.4. həmin Qanunun 175-ci maddəsinin səkkizinci hissəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

1.5. həmin Qanunun 175-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

1.6. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45.2.1-ci (birinci halda) və 45.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir; 

1.7. həmin Qanunun 45.2.1-ci (ikinci halda) və 45.6-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasdan "səkkizinci," sözü çıxarılsın və həmin abzasda "və 164-cü maddəsinin ikinci abzasında" sözləri ", 164-cü maddəsinin ikinci hissəsində (hər iki halda), 175-ci maddəsinin səkkizinci hissəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində" sözləri ilə əvəz edilsin;

3.2. yeddinci abzasa "və 187-ci" sözlərindən əvvəl ", 175-ci maddəsinin səkkizinci hissəsinin birinci cümləsində (birinci halda)" sözləri əlavə edilsin;

3.3. on ikinci abzasdan "175-ci maddəsinin üçüncü və altıncı hissələrində," sözləri çıxarılsın;

3.4. iyirmi birinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda iyirmi ikinci - iyirmi altıncı abzaslar əlavə edilsin:

"həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (birinci halda) və doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir; 

həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (ikinci halda) və doqquzuncu hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir;

həmin Qanunun 175-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər; 

həmin Qanunun 175-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

həmin Qanunun 175-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.".

4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529) 5-ci hissəsinə aşağıdakı məzmunda 5.11-1-ci və 5.11-2-ci bəndlər əlavə edilsin:

"5.11-1. həmin Qanunun 45.2.1-ci (birinci halda) və 45.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

5.11-2. həmin Qanunun 45.2.1-ci (ikinci halda) və 45.6-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir;". 


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Astanada yad edilir

15:39
25 Dekabr

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

15:38
25 Dekabr

Argentinada 6 bal gücündə zəlzələ qeydə alınıb

15:36
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb

15:24
25 Dekabr

TDT: Bütün dualarımız təyyarə faciəsindən təsirlənən qardaşlarımızladır

15:19
25 Dekabr

“Niva Sport”un istehsalına başlanılıb

15:12
25 Dekabr

Xarici İşlər Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb  

14:55
25 Dekabr

Qazaxıstanın Səhiyyə Nazirliyi təyyarə qəzasında xəsarət alanlarla bağlı açıqlama yayıb  

14:54
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNƏCƏK  

14:49
25 Dekabr

Baş Prokurorluq: AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb  

14:32
25 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:23
25 Dekabr

Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib  

14:17
25 Dekabr

Medianın İnkişafı Agentliyi jurnalistləri təyyarə qəzası ilə bağlı təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırıb  

14:07
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verirlər YENİLƏNİB

14:00
25 Dekabr

Türkiyə XİN: Azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq  

13:59
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!