25 Dekabr 2024 02:36
160
Qanunlar
A- A+
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 175-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına aşağıdakı qaydada çağırıla bilərlər:

birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq; 

ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq; 

üçüncü dərəcəli ehtiyatda olanlar - bir ayadək müddətə bir dəfə.";

1.2. üçüncü - onuncu hissələr müvafiq olaraq dördüncü - on birinci hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən hərbi təlim toplanışları ilə yanaşı, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər dəfə 40 günədək müddətə beş dəfəyədək toplanışa çağırılırlar.";

1.3. altıncı hissədə "günlük" sözü "günədək müddətə" sözləri ilə əvəz edilsin;

1.4. yeddinci hissədə "Hərbi toplanışların" sözləri "Toplanışların" sözü ilə əvəz edilsin;

1.5. səkkizinci hissə aşağıdakı redaksiyada verilsin: 

"Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.";

1.6. doqquzuncu hissə aşağıdakı redaksiyada verilsin:

"Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.";

1.7. onuncu hissədə "ay müddətinə" sözləri "ayadək müddətə" sözləri ilə əvəz edilsin;

1.8. on birinci hissəyə "və" sözündən əvvəl "təlim" sözü əlavə edilsin və həmin hissədə "ay müddətinə" sözləri "ayadək müddətə" sözləri ilə əvəz edilsin. 

Maddə 2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363) 45-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 45.2.1-ci maddəyə "dəfəyədək," sözündən sonra "müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək," sözləri əlavə edilsin;

2.2. 45.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"45.6. Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 noyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Astanada yad edilir

15:39
25 Dekabr

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

15:38
25 Dekabr

Argentinada 6 bal gücündə zəlzələ qeydə alınıb

15:36
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb

15:24
25 Dekabr

TDT: Bütün dualarımız təyyarə faciəsindən təsirlənən qardaşlarımızladır

15:19
25 Dekabr

“Niva Sport”un istehsalına başlanılıb

15:12
25 Dekabr

Xarici İşlər Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb  

14:55
25 Dekabr

Qazaxıstanın Səhiyyə Nazirliyi təyyarə qəzasında xəsarət alanlarla bağlı açıqlama yayıb  

14:54
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNƏCƏK  

14:49
25 Dekabr

Baş Prokurorluq: AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb  

14:32
25 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:23
25 Dekabr

Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib  

14:17
25 Dekabr

Medianın İnkişafı Agentliyi jurnalistləri təyyarə qəzası ilə bağlı təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırıb  

14:07
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verirlər YENİLƏNİB

14:00
25 Dekabr

Türkiyə XİN: Azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq  

13:59
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!