Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü bəndə "orqanlarının" sözündən sonra "(qurumlarının)" sözü əlavə edilsin.
2. 3-cü hissə üzrə:
2.1. 3.1-ci bəndin birinci abzasına "orqanlarının" sözündən sonra "(qurumlarının)" sözü əlavə edilsin;
2.2. 3.1.7-ci yarımbənddə "hesabatlar" sözü "məlumatlar" sözü ilə əvəz edilsin.
3. 4.1-ci bəndin birinci abzasına və 4.2.1-ci yarımbəndə "orqanlarının" sözündən sonra "(qurumlarının)" sözü əlavə edilsin.
4. 5-ci hissə üzrə:
4.1. adı, 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"5. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi
5.1. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi məqsədilə bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları), həmçinin bu Qaydanın 5.2-ci bəndində göstərilmiş meyarlarda nəzərdə tutulan digər dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrə həmin meyarlara uyğun olaraq, cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlki illə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.
5.2. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.";
4.2. 5.3-cü bənddə "hesabatları" sözü "məlumatları" sözü ilə əvəz edilsin.
5. 6-cı hissə üzrə:
5.1. 6.1.1-ci, 6.1.5-ci və 6.1.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"6.1.1. sosial xidmət müəssisələrində;";
"6.1.5. tibb müəssisələrində;";
"6.1.7. digər dövlət və qeyri-dövlət uşaq müəssisələrində.";
5.2. 6.5-ci bəndin ikinci cümləsinə "orqanlarının" sözündən sonra "(qurumlarının)" sözü əlavə edilsin;
5.3. aşağıdakı məzmunda 6.6-1-ci bənd əlavə edilsin:
"6.6-1. Monitorinqlər keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər nəzərə alınır.";
5.4. 6.8.1-ci yarımbəndə "orqanlarına" sözündən sonra "(qurumlarına)" sözü əlavə edilsin.
6. 7.1-7.3-cü bəndlərə ismin müvafiq hallarında "orqanları" sözündən sonra ismin müvafiq hallarında "(qurumları)" sözü əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2024-cü il