28 Dekabr 2024 09:15
143
CƏMİYYƏT
A- A+
Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur


Onlardan ikisi sağ qalmışdır


Xəbər verildiyi kimi, dekabrin 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alarkən həmin şəhərin yaxınlğında qəzaya uğramışdır. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olmuşdur. 

Baş vermiş qəza ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmışdır. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar və rəqəmsal inkişaf və nəqliyyat nazirlərinin rəhbərlik etdikləri heyət Qazaxıstana yola düşmüşdür. Nazirlər hadisə yerində müşahidə aparmış, xəstəxanada yaralılarla görüşmüşlər. Bundan başqa, hadisə baş verdiyi andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyətə başlamış, Qazaxıstan tərəfi ilə əlaqəli şəkildə işbirliyi quraraq operativ tədbirlər görməyə başlamışdır.

Qəzada xəsarət alanlardan biri də Gəncə sakini Toğrul Cəfərovdur. Toğrulun atası Mahir Cəfərov deyir ki, qəzadan sonra oğlu ailəsi ilə əlaqə saxlayaraq vəziyyətinin yaxşı olduğunu bildirib. 32 yaşlı Toğrul hadisədən sonra Aktau xəstəxanalarından birinə yerləşdirilib. Atasının sözlərinə görə, o, hadisə barədə 11 radələrində eşidib: "Həmin an oğlumla əlaqə yaratdım. O, vəziyyətinin stabil olduğunu və elə bir xəsarət almadığını söylədi. Bir müddətdən sonra evə gəlib əl telefonu ilə yenidən oğlumu görüntülü  yığdım. Danışıq zamanı həkimlərin ona yüksək səviyyədə tibbi xidmət göstərdiklərini dedi. Bundan başqa, Aktau vətəndaşlarının xəstəxanaya gələrək yaralılara qan verdiklərini söylədi".

Xəsarət alanlar arasında Şəmkir rayonunun Sarıtəpə kənd sakini, 1998-ci il təvəllüdlü Zamin Alıyev də var. Anası Güllü Alıyeva oğlu barədə bunları bildirdi: "Oğlum Qroznıya işləməyə gedirdi. Bakı Hava Limanına çatanda evə zəng etdi ki, nigaran qalmayın. Bir neçə saata təyyarə yola düşəcək. Bundan sonra oğlumla əlaqə saxlaya bilmədim. Bir də eşitdim ki, təyyarə qəzaya uğrayıb. Elə bil dünya başıma uçdu. Sonra öyrəndim ki, qəzada oğlum elə bir xəsarət almayıb. Sevincimin həddi-hüdudu yox idi. Lakin qəza zamanı çoxlu sayda yaralının, eləcə də həlak olanların olduğunu eşidəndə qanım bərk qaraldı.  Allah qəzada həlak olanlara rəhmət eləsin, yaralılara isə cansağlığı arzulayıram". 

Dekabrın 25-də qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də  Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Ramin İbrahimovdur.  Atası Mahir İbrahimov deyir ki, oğlu Çeçenistana işləməyə gedirmiş: "Saat 8-də bizə mesaj göndərdi ki, gömrükdən keçmişəm, artıq yola düşmək ərəfəsindəyik. Bir neçə saatdan sonra eşitdik ki, təyyarə qəzaya düşüb və çoxsaylı həlak olanlar və yaralananlar var. Oğlum Ramin həlak olanlar arasında idi".


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağırlıqqaldıranımız “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi oldu  

00:43
29 Dekabr

“Embraer-190” təyyarəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirilib  

23:57
28 Dekabr

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub 

22:52
28 Dekabr

150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirilib

22:41
28 Dekabr

Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub  

21:37
28 Dekabr

Azərbaycan ilə Serbiya arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

21:17
28 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Braziliyada anılıb

21:15
28 Dekabr

XİN: İl ərzində normallaşma gündəliyi Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilədilib

21:02
28 Dekabr

Ceyhun Bayramov təyyarə qəzasının araşdırılması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini Lavrova bildirib  

20:42
28 Dekabr

Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

20:23
28 Dekabr

Hindistan keçmiş baş nazir Manmohan Sinqh ilə vidalaşıb

19:57
28 Dekabr

UNICEF: 2024-cü il hərbi münaqişələr səbəbindən uşaqlar üçün ən pis illərdən biri olacaq

19:39
28 Dekabr

Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb  

18:11
28 Dekabr

"Top 8" turnirində qaliblər müəyyənləşib

17:59
28 Dekabr

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

17:57
28 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

17:56
28 Dekabr

Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:54
28 Dekabr

Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib

17:53
28 Dekabr

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq - PROQNOZ  

17:52
28 Dekabr

XİN: Azərbaycan cari ildə qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini artırıb  

17:50
28 Dekabr

Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib  

17:49
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!