27 Dekabr 2024 16:42
122
CƏMİYYƏT
A- A+
Səhiyyə naziri Aktau yaxınlığında təyyarə qəzası nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib  

Səhiyyə naziri Aktau yaxınlığında təyyarə qəzası nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib  


Səhiyyə naziri Teymur Musayev “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir müalicə almaq üçün Bakıya gətirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb.

Səhiyyə nazirinə məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksəksəviyyəli müayinə-müalicə prosesi həyata keçirilir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyasının yaradıldığını vurğulayan nazir deyib: “Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə müvafiq tədbirlər görmək üçün zəruri tapşırıqlar verilib. Qazaxıstanda baş verən təyyarə qəzasında yaralanan həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib”.

Nazirin sözlərinə görə, həmin tibbi heyət artıq Bakıya qayıdıb. Yaralanan 14 Azərbaycan vətəndaşı dünən Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti stabil və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir.

Səhiyyə naziri qeyd edib ki, qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə bu gün Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək.

Sonda Teymur Musayev yaralıların tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayaraq deyib: “Aviaqəzada xəsarət alan bütün Azərbaycan vətəndaşlarına Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində psixoloji və ehtiyac olduqda, tibbi reabilitasiya xidmətləri göstəriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNƏCƏK

09:30
28 Dekabr

Niyə bəzi insanlar daha çox xəstələnirlər?

09:20
28 Dekabr

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

09:15
28 Dekabr

O, kətana duyğularını köçürürdü

09:10
28 Dekabr

Su və kanalizasiya problemimiz həll olunmamış qalır

09:05
28 Dekabr

Kəndimizin tibb məntəqəsində həkim yoxdur

09:00
28 Dekabr

Yolumuz bərbad vəziyyətdədir

08:55
28 Dekabr

Kiçik bağçanın böyük sorağı

08:50
28 Dekabr

Təhlükə aradan qaldırıldı

08:45
28 Dekabr

Kənd məktəbi təmir olunub

08:40
28 Dekabr

Tək ailəsinin yox, bütün elimizin qüruru

08:35
28 Dekabr

Azərbaycan sürətlə inkişaf edən sənaye ölkəsinə çevrilir

08:30
28 Dekabr

Hüquqların müdafiəsindən ədalətə gedən yol

08:25
28 Dekabr

Aviaqəza ilə bağlı bütün lazımi tədbirlər görüləcək

08:20
28 Dekabr

Son ümid, son nəfəs, son uçuş...

08:15
28 Dekabr

Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib

08:10
28 Dekabr

Hərbi çağırış prosesi təkmilləşdirilir

08:05
28 Dekabr

İnkişaf büdcəsi

08:00
28 Dekabr

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında

02:33
28 Dekabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

02:32
28 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında

02:30
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!