27 Dekabr 2024 17:39
172
DÜNYA
A- A+
BMT 2025-ci ili “Beynəlxalq buzlaqların qorunması ili” elan edib

BMT 2025-ci ili “Beynəlxalq buzlaqların qorunması ili” elan edib


Tacikistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 2022-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq 2025-ci il “Beynəlxalq buzlaqların qorunması ili” elan edilib. Bu barədə AZƏRTAC “BMT-nin xəbərləri” saytına istinadla xəbər verir.

Buzlaqların əriməsi ciddi qlobal problemə çevrilib. Son 20 ildə Qərbi Tyan-Şanda Qazaxıstan, Qırğızıstan və Özbəkistanı əhatə edən buzlaqlar 27 faiz kiçilib. Antarktida hər il orta hesabla 150 milyard ton, Qrenlandiya isə 270 milyard ton buz itirir.

UNESCO-nun 50 dünya irsi obyektinin üçdə birinin ərazisində 2050-ci ilə qədər buzlaqların yox olacağı gözlənilir. Bu ərazilər hər il 58 milyard ton buz itirir ki, bu da Fransa və İspaniyanın illik su istehlakına bərabərdir. Nəticədə dənizin səviyyəsi 5 faiz artıb.

Buzlaqlar 2 milyarda yaxın insanın su təchizatı, kənd təsərrüfatı və su enerjisi ilə təmin edilməsində əsas rol oynayır. Tacikistanda 14 min buzlaqdan mindən çoxunun əriməsi problem daha da aktuallaşdırır. Ölkənin buzlaqları Mərkəzi Asiyanın su ehtiyatlarının 60 faizə qədərini təmin edir.

“Beynəlxalq buzlaqların qorunması ili” buzlaqların əhəmiyyəti və gələcək nəsillər üçün onların qorunması zərurəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Gələn il Tacikistanda bu məsələyə həsr olunmuş konfrans keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Xiaomi”dən superkompüter

10:51
28 Dekabr

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

10:43
28 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:16
28 Dekabr

Azərbaycanın Kubadakı səfirliyində başsağlığı kitabı açılıb

10:00
28 Dekabr

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNƏCƏK

09:30
28 Dekabr

Niyə bəzi insanlar daha çox xəstələnirlər?

09:20
28 Dekabr

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

09:15
28 Dekabr

O, kətana duyğularını köçürürdü

09:10
28 Dekabr

Su və kanalizasiya problemimiz həll olunmamış qalır

09:05
28 Dekabr

Kəndimizin tibb məntəqəsində həkim yoxdur

09:00
28 Dekabr

Yolumuz bərbad vəziyyətdədir

08:55
28 Dekabr

Kiçik bağçanın böyük sorağı

08:50
28 Dekabr

Təhlükə aradan qaldırıldı

08:45
28 Dekabr

Kənd məktəbi təmir olunub

08:40
28 Dekabr

Tək ailəsinin yox, bütün elimizin qüruru

08:35
28 Dekabr

Azərbaycan sürətlə inkişaf edən sənaye ölkəsinə çevrilir

08:30
28 Dekabr

Hüquqların müdafiəsindən ədalətə gedən yol

08:25
28 Dekabr

Aviaqəza ilə bağlı bütün lazımi tədbirlər görüləcək

08:20
28 Dekabr

Son ümid, son nəfəs, son uçuş...

08:15
28 Dekabr

Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib

08:10
28 Dekabr

Hərbi çağırış prosesi təkmilləşdirilir

08:05
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!