29 Yanvar 2025 00:59
290
Fərmanlar
A- A+
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən"və Fondun saxlanılması xərclərinin" sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1.2.1.1-ci yarımbənddə "tarif və qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözləri "satışından bu Qaydanın Əlavəsində müəyyən edilən məbləğdə Fonda köçürülən vəsait" sözləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində nəzərdə tutulan vəsait bu Qaydanın Əlavəsinə uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldıqdan sonra) ilə ölkədaxili satışından, ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldıqdan sonra) ölkədaxili satışından həmin enerji resurslarının istehsalçıları (elektrik enerjisini bərpa olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübün ilk ayının 15-dən gec olmayaraq Fonda köçürülür.";

1.3.həmin Qaydaya Əlavə - "Satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği (ƏDV-siz)" aşağıdakı redaksiyada verilsin:


Satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği


Sıra

№-si

Enerji resursları

Köçürülən vəsaitin məbləği

faizlə

manat/ton ilə

 1.

Elektrik enerjisi

0,03

-

 2.

Təbii qaz

0,03

-

 3.

Dizel yanacağı

0,5

-

 4.

Avtomobil benzini (Aİ-92)

0,5

-

 5.

Avtomobil benzini (Aİ-95, Aİ-98)

-

0,5

 6.

Reaktiv mühərrik yanacağı

-

0,5

 7.

Maye qazlar

-

0,25

 8.

Mühərrik yanacaqları

-

0,25

 9.

Soba mazutu

-

0,25


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  27 yanvar 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!