Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 82.4-cü maddəsinin dördüncü və beşinci cümlələrində, 88-1.2-ci maddəsində, 88-3.1-ci maddəsinin birinci cümləsində, 88-6.3-cü və 88-11.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
1.2. həmin Məcəllənin 88-6.9-cu maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); 2024, № 11, maddə 1200; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 275 nömrəli Fərmanı) aşağıdakı məzmunda 5.18-1-ci bənd əlavə edilsin:
"5.18-1. həmin Məcəllənin 88-6.9-cu maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2025-ci il
Senatın sədri: Azərbaycanla Pakistan arasında sıx qardaşlıq münasibətləri mövcuddur
Külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edilib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
Türkiyə parlamentarisi: Azərbaycan regional sabitlik üçün mühüm mərkəz rolunu oynayır
AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı yaralanan şəxslərdən sonuncusu xəstəxanadan evə buraxılıb
Gömrükçülər 1,4 tondan çox müxtəlif növ narkotik vasitələri və psixotrop maddələri məhv ediblər
Tailand nümayəndəsi: Azərbaycan regionda əməkdaşlığın və dialoqun inkişafına böyük töhfələr verir
Trampın xüsusi nümayəndəsi Ukraynadadır
Kremldə Putinlə Tramp arasında danışıqların fevralın sonunadək baş tutacağını istisna etmirlər
Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 illiyi ilə bağlı dəyirmi masa keçirilib
BƏƏ rəsmisi: Parlamentlərarası əməkdaşlıq qlobal çağırışların həllində mühüm rol oynayır
Natalya Koçanova: Gənclərimiz dostluq edərsə, ölkələrimiz də dostluq edəcək
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb
Oman Sultanlığı Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci sessiyasını yüksək qiymətləndirir
Tənzilə Narbayeva: Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşir
Tacikistanlı nümayəndə: Buzlaqların qorunması və qlobal təhlükəsizlik üçün beynəlxalq əməkdaşlıq vacibdir
Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Sabah ölkə ərazisində sulu qar, qar yağacaq
Pakistan Senatının sədri: APA çərçivəsində əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıracaq
İran İslam Şurası Məclisinin sədri: Asiya xalqlarının həmrəyliyi regionun firavan gələcəyinə töhfə verəcək
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!