10 Sentyabr 2024 08:45
2164
Elm və texnika
A- A+
Daha çox yaşaya bilərik

Daha çox yaşaya bilərik

 

Bunun yolu düzgün həyat tərzi vərdişlərindən keçir

 

İnsan doğulur, böyüyür, yaşlanır və bu dünyaya vida edir. Bu, tarix boyu belə davam edib. Hüceyrələrimiz, toxumalarımız, orqanlarımız təbiətin qanununa uyğun olaraq yaşlanır və qocalma başlayır. Amma bu təbii prosesi yavaşlatmaq da mümkündür. 
1900-cü illərin əvvəllərində yeni doğulmuş körpə üçün "gözlənilən ömür" təxminən 30-40 il idi. 2000-ci illərə qədəm qoyduqda bu rəqəm demək olar ki, iki dəfə artdı və 70-80 ilə çatdı. Bu, müasir tibbin təkcə dərmanlar, peyvəndlər və yeni texnologiyalar sayəsində əldə etdiyi nailiyyət deyil. Su və qida gigiyenası, kanalizasiya sistemləri, ictimai təşkilatlar, iqtisadi inkişaf və bir çox digər faktor da bu uğurda rol oynayır.
Hər yaş müxtəlif səbəblərdən fiziki və mənəvi qocalmanı sürətləndirə biləcək bəzi dəyişikliklərə yol açır. Bu dəyişikliklər bədənə və ruha müxtəlif dərəcədə təsir göstərir. Bununla belə müəyyən yaş mərhələlərində qocalmanın gözləniləndən daha sürətli ola biləcəyi də məlumdur.
Türkiyəli professor Osman Müftüoğlunun sözlərinə görə, insanlar 40-50 yaşlarından etibarən "ən az zərərlə" yaşlanmağın yollarını araşdırmalı, tapmalı və tətbiq etməlidirlər. Onlar "niyə, necə və hansı səhvlərə görə sürətlə yaşlanırıq?", "xroniki xəstəlikləri necə aradan qaldıra və ya idarə edə bilərik?" kimi suallara cavab tapmalıdırlar.
Əslində, texnoloji yenilikləri nəzərə alsaq, müasir insanların əcdadlarından 50-100 il daha çox yaşamaq şansı var. Belə ki, əvvəllər insanların kütləvi ölümünə səbəb olan virus mənşəli xəstəliklər artıq o gücdə deyillər, üstəlik onların təsirli müalicə üsulları da var. Ölümlərin əksəriyyəti daha çox şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri, Alsheymer, piylənmə və xərçəng kimi xəstəliklər nəticəsindədir. Elmi araşdırmalar göstərir ki, insan həyatının orta hesabla 20 faizi, xüsusilə 50-60 yaşdan sonrakı dövrü sağlamlıqlarındakı problemlərlə keçir. Buna görə də xəstəlikləri necə müalicə etməkdənsə, onların qarşısını necə alacağımızı araşdırıb öyrənməliyik.
ABŞ-nin Stenford Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, yavaş və davamlı bir proses olan qocalma insan ömrü boyu iki dəfə sürətlənir. Bu hal 40 və 60 yaşlarında baş verir. Mütəxəssislər xüsusilə bu yaşlarda qidalanmaya, yuxuya, damar sağlamlığına, hiss orqanlarının və yaddaşın qorunmasına, aktiv və stressiz həyat tərzinə diqqət etməyi tövsiyə edirlər.
Orqanizmin yaşlanmasını sürətləndirən hər şey ilk olaraq hüceyrələrin zədələnməsi ilə başlayır. Bu hüceyrələrin sayı artdıqca qocalma sürəti də artır, tezliklə xroniki xəstəliklər bir-bir "qapını döyməyə" başlayır. Buna görə də sağlam yaşlanmaq üçün yaxşı genləri stimullaşdıraraq, pis genləri susdurmalıyıq. Bunun üçün gündəlik həyat tərzində edilən  səhvləri müəyyənləşdirərək onlardan uzaq durmaq lazımdır. Gen və DNT orqanizmin sirlərinin saxlanıldığı "polad seyf"lərdir. Bu "seyf"ləri açmağın yolu düzgün həyat tərzi vərdişlərindən keçir.
O.Müftüoğlu bildirib ki, orqanizmin yaşlanmasının qarşısını almaq üçün biokimyəvi/genetik qan analizləri, epigenetik yaş testləri, koqnitiv/zehni qiymətləndirmələr, fizioloji biomarker, Doppler, MRT, USM və s. kimi görüntüləmə testləri həyata keçirilməlidir.
Daha sonra mütəxəssislər tərəfindən pasiyentin şəxsi sağlamlıq tarixi, qidalanma, yuxu, yaxşı və pis vərdişləri haqqında ətraflı sorğu aparılmalıdır.  Orqanizmin ehtiyacı olduğu vitaminlər, minerallar, fitoterapevtik molekullar, antioksidantlar və s. müəyyən edilməli, gen, kök hüceyrə/PRP, ekzozom, LED işıq, soyuq və isti şok terapiyaları həyata keçirilməlidir.
İnsanın ən böyük sərvəti onun sağlamlığıdır. Buna görə də onu qorumaq ən böyük vəzifəmizə çevrilməlidir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!