09 Oktyabr 2024 08:20
245
CƏMİYYƏT
A- A+
Daha 16 ailə Şuşaya qayıtdı

Daha 16 ailə Şuşaya qayıtdı


Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa dünən növbəti köç karvanını qarşıladı. Bu mərhələdə şəhərə respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 16 ailə - 60 nəfər geri dönüb. Bununla da Şuşada 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarabağ və Şərqi Zəngəzur indi nəhəng tikinti meydanını xatırladır. Füzulidən Kəlbəcərə, Zəngilandan Suqovuşana kimi böyük bir ərazi dövlətimizin öz imkanları, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti ilə yenidən qurulur, bərpa edilir. Düşmənin 30 ilə yaxın davam edən işğal dövründə daşı daş üstə qoymadığı doğma yurd yerlərimizə yeni həyat verilir, şəhər və kəndlərimizdə yenidən həyat qaynamağa başlayır. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarındakı zəfərlərinin quruculuq meydanındakı davamıdır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda aparılan kompleks bərpa və yenidənqurma işləri Prezident İlham Əliyevin azad edilmiş əraziləri ən müasir standartlar səviyyəsində bərpa etmək əzminin, dövlətimizin iqtisadi gücünün təcəssümüdür.

Qarabağın quruculuğunun və Böyük qayıdışın ünvanlarından biri də Şuşadır. Şuşa xalqımızın elə bir mənəvi xəzinəsidir ki, işğal dövründə düşmən nə qədər cəhdlər göstərsə də, bu şəhərin qəddini əyə bilməyib. İşğalçılar nə qədər çalışsalar da, şəhərin tarixi simasını dəyişə, onu erməniləşdirə bilməyiblər. Şuşanın keçmişini silmək üçün düşmənin bütün cəhdləri uğursuz alınıb. Buna görə ermənilər Şuşada insanlığa ləkə gətirən vandallıq ediblər, şəhərin xalqımızın keçmişini özündə əks etdirən tarixi binalarını, mədəniyyət abidələrini, məscidlərini dağıdıblar.  

Qala şəhərimizdə 4 ilə yaxın dövrdə aparılan bərpa və quruculuq işlərinin miqyası olduqca möhtəşəmdir. Şəhər kompleks bərpa edilir. Həm yeni infrastrukturlar yaradılır, həm tarixi binalar və mədəniyyət abidələri bərpa edilir, həm də yaşayış kompleksləri salınır.  Bir sözlə, Şuşa tarixi şöhrətini özünə qaytarır.

Bu ilin may ayından isə şuşalılar doğma şəhərlərində yaşamağa başlayıblar. Mayın 10-da Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak ediblər və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Həmin vaxtdan etibarən şuşalıların mərhələli şəkildə doğma şəhərə qayıdışı başlayıb.

Dünən doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək 2163 ailə - 8330 nəfər əzəli yurdlarına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində,  36 ailə (117 nəfər) Cəbrayıl şəhərində məskunlaşıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!