23 Fevral 2025 09:20
18537
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- 19 yaşım var. Körpəlikdən bu günədək xalamın himayəsində (rəsmi sənəd yoxdur) yaşayıram. Buna görə sənədimdə ana adını  dəyişdirmək istəyirəm. Bunun üçün hansı hüquqi prosedurlar mövcuddur? Xahiş edirəm xırdalıqları ilə izah edəsiniz.


Mədinə HƏSƏNOVA,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, şəxsin ad, soyad və digər əlaqəli məlumatlarının dəyişdirilməsi və bundan irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə tənzimlənir. Adıçəkilən hər iki normativ aktda şəxsin ana adının dəyişdirilməsi ilə bağlı hüququ nəzərdə tutulmamışdır. 18 yaşına çatmış şəxs yalnız öz adını, ata adını, soyadını və ya soyad sonluğunu dəyişdirmək hüququna malikdir. Göründüyü kimi, qanunvericiliklə bu hüquq ana adının dəyişdirilməsinə şamil edilməmişdir. Sual oluna bilər ki, nə üçün qanunvericilik ad, soyad və ata adının dəyişdirilməsinə imkan verdiyi halda, ana adının dəyişdirilməsinə bu imkanı tanımamışdır. Bu, onunla bağlıdır ki, şəxs müxtəlif həyati vəziyyətlərdə onun şəxsiyyətinin təsdiqi məqsədilə öz adı, soyadı və ata adı əks olunan şəxsiyyət vəsiqəsini, pasportunu və digər bu qəbildən olan sənədləri üçüncü şəxslərə təqdim edir və bununla özünü həmin şəxslərə tanıdır. Dolayısı ilə özünü hansı adla təqdim etmək şəxsin hüququdur və bu hüququn realizəsi isə həmin adların dövlət qeydiyyatına salınmasından keçir. Adları çəkilən sənədlərdə təqdim edilən məlumatlar arasında ana adı olmadığı üçün ananın kimliyinin dəyişdirilməsinin hüquqi imkanı da müəyyən edilməmişdir.


- Daşınmaz əmlak bazarı elanları arasında tez-tez "hazır ipotekada olan" mənzil satışı ilə bağlı təkliflərə rast gəlinir. İpoteka şərtlərinə əsasən ipotekada olan evin bir addan digərinə keçirilməsi imkansız görünür. Amma satıcılar iddia edirlər ki, bu, mümkündür. Bilmək istəyirəm: ipotekada olan daşınmaz əmlakı başqasının adına keçirib rəsmiləşdirmək olar? Bu sayaq sövdələşmələr nə qədər etibarlı və qanunidir?


Ehtiram ƏSƏDZADƏ,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, bəli, ipotekada olan daşınmaz əmlakın satışı mümkündür, lakin bu, kredit təşkilatının (bankın) yazılı razılığı olmadan edilə bilməz. İpoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş əmlak üzərində hüquqlar müəyyən məhdudiyyətlərlə bağlıdır və bankın razılığı olmadan alqı-satqı və ya başqasının adına keçirilməsi mümkün deyil. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən verilən ipoteka kreditlərinə gəldikdə isə ipotekada olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Həmin məhdudiyyətlər bunlardır: 

1. Borcalan ipotekada olan əmlakını bankın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirə və ya ona dair digər sərəncamlar verə bilər;

 2. İKZF-nin yazılı razılığı olmadan ipotekada olan əmlaka hər hansı dəyişiklik edildikdə və ya o, özgəninkiləşdirildikdə bu, müqavilə şərtlərinin pozulması sayılır və müəyyən hüquqi nəticələrə səbəb ola bilər. 

Qeyd olunan məhdudiyyətlərin məqsədi ipoteka olan əmlakın kreditin təminatı kimi qorunmasını təmin etmək və bankın hüquqlarını müdafiə etməkdir. Beləliklə, yalnız yuxarıda qeyd olunan şərtlərə cavab verən sövdələşmələri qanuni hesab etmək olar.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!