22 Noyabr 2025 09:10
9993
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Əvvəl çalışdığım zavoda qayıtmışam və məni sınaq müddəti ilə işə götürüblər. Bu nə dərəcədə düzgündür? Bilmək istəyirəm ki, sınaq müddəti nə qədər ola bilər, sınaq müddəti ərzində əməkhaqqı verilməlidirmi və sınaq müddəti bitəndə işə davam etməyimə zəmanət varmı, yoxsa işə götürməyə bilərlər?


Mətin İSMAYILOV,

Xırdalan şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, əmək müqaviləsi bağlanılarkən, işçinin peşəkarlıq səviyyəsini və əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddəti altı ayadək bağlanmış müqavilələrdə ən çoxu iki həftə, digər hallarda isə ən çoxu üç ay ola bilər. Sınaq müddəti ərzində işçi faktiki işlədiyi günlər üçün əməkhaqqı almalıdır və bu dövr əmək stajına daxil edilir. Sınaq müddəti bitənədək tərəflərdən biri üç gün əvvəl yazılı xəbərdarlıq etməklə müqaviləni poza bilər. Əgər heç bir tərəf müqaviləyə xitam verməzsə, işçi sınaqdan çıxmış hesab olunur və əmək münasibətləri davam edir. Lakin sınaq müddəti ərzində işəgötürən əsaslandırılmış əmrlə əmək müqaviləsinə xitam verə bilər və bu halda işçinin işdə qalmasına zəmanət yoxdur. Sınaq müddəti göstərilməyən müqavilə isə sınaqsız bağlanmış sayılır və bu halda sınaq müddəti tətbiq edilə bilməz.


- 1989-cu ildən fasiləsiz işləyirəm. 2006-cı ilə qədər iş stajım 17 ildir. Hazırda əmək fəaliyyətim davam edir və şəxsi fərdi hesabıma vəsait yığılır. Sualım belədir: pensiyaya çıxdıqda hesabıma yığılan pensiya kapitalı üzrə veriləcək pensiyanın üzərinə 2006-cı ilə qədər olan əmək stajım nəzərə alınaraq minimal pensiya məbləği də əlavə ediləcəkmi, yoxsa yalnız yığılan vəsait əsasında pensiya hesablanacaq?


Lalə MUSTAFAYEVA,

Bakı şəhəri


- Bildiririk ki, əmək pensiyasının məbləği əsasən fərdi şəxsi hesabınızda toplanan pensiya kapitalına əsasən hesablanır və 2006-cı il yanvarın 1-dək olan əmək stajınız bu kapitala çevrilərək fərdi hesabınızda nəzərə alınır. Həmin dövr üzrə hər il üçün müəyyən edilmiş məbləğ (hazırda 306 manat) pensiya kapitalı kimi hesablanır və bu, pensiya məbləğinizin hesablanmasına təsir edir. Əgər hesablanmış pensiya məbləğiniz qanunla müəyyən olunmuş minimum əmək pensiyası məbləğindən az olarsa, bu halda pensiyanız minimum məbləğə çatdırılır və sizə həmin məbləğ ödənilir. Yəni 2006-cı ilə qədər olan stajınız birbaşa əlavə kimi deyil, kapitala çevrilməklə nəzərə alınır, lakin yekunda pensiyanız minimumdan az olarsa, dövlət tərəfindən minimum pensiya təmin edilir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!