04 İyul 2026 08:55
5438
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Kirayədə yaşayıram. Ev sahibi ilə müəyyən problemlər yaranıb. Bilmək istəyirəm, mənzil sahibi kirayəçiyə xəbərdarlıq etmədən evə daxil ola bilərmi? Bir də mülkiyyətçinin kirayəçinin evə qonaq qəbul etməsinə qadağa qoyması nə dərəcədə doğrudur?


Səxavət FƏRZƏLİYEV,

Masazır qəsəbəsi


- Sualınıza cavab olaraq bildiririk ki, məsələyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və mənzil qanunvericiliyinin fundamental prinsipləri, xüsusən də mülkiyyət hüququ ilə istifadə (kirayə) hüququnun balansı çərçivəsində yanaşmaq zəruridir.

Təcrübədə mənzil sahibləri (mülkiyyətçilər) çox vaxt elə hesab edirlər ki, mülkiyyət sənədi (çıxarış) onlardadırsa, evə istədikləri vaxt daxil ola və ya istədikləri qaydanı qoya bilərlər. Lakin hüquqi baxımdan bu, tamamilə yanlış yanaşmadır.

Nəzərə almaq lazımdır ki, mənzil kirayə müqaviləsi bağlandığı andan etibarən, mülkiyyətçi həmin mənzili sahiblik və istifadə hüququ ilə birlikdə kirayəçiyə ötürür. Bu andan etibarən həmin mənzil kirayəçinin toxunulmaz yaşayış sahəsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin yaşayış sahəsinin toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kim yaşayış sahəsinə orada yaşayanların iradəsi ziddinə daxil ola bilməz. Həmçinin kirayə müqaviləsi qüvvədə olduğu müddətdə mülkiyyətçi mənzilə yalnız kirayəçinin razılığı və öncədən xəbərdar edilməsi şərtilə, özü də ağlabatan vaxtlarda (məsələn, mənzilin vəziyyətinə baxış keçirmək üçün) daxil ola bilər.

Unutmaq olmaz ki, ev sahibinin kirayəçi evdə olmadığı vaxt qapını öz açarı ilə açıb içəri girməsi həm mülki-hüquqi öhdəliklərin pozulmasıdır, həm də müvafiq hüquqi məsuliyyət yarada bilən amildir.

Mülkiyyətçinin "evə qonaq qəbul etməyə qadağa qoyması" hüquqi baxımdan əsassız və şəxsi həyata müdaxilə hesab oluna bilər. Belə ki, kirayəçi mənzili, sadəcə, gecələmək üçün deyil, faktiki olaraq yaşamaq üçün kirayələyir. Yaşamaq isə sosial həyatın tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququnu təsbit edir. Kirayəçinin öz mənzilinə yaxınlarını, dostlarını və ya ailə üzvlərini qonaq qəbul etməsi onun şəxsi həyat hüququnun tərkib hissəsidir. Mülkiyyətçi bu hüququ məhdudlaşdıra bilməz.

Bundan başqa, tərəflər arasında bağlanmış kirayə müqaviləsinə bəzən ev sahibləri  "qonaq gələ bilməz" kimi bəndlər daxil etmək niyyətinə düşə bilərlər. Lakin mülki hüququn əsas prinsiplərinə görə, insan hüquq və azadlıqlarını kökündən məhdudlaşdıran və ya qanunun imperativ normalarına zidd olan müqavilə şərtləri əhəmiyyətsiz (etibarsız) sayılır.

Gələcəkdə bu növ xoşagəlməz mübahisələrin qarşısını almaq üçün kirayə müqaviləsi bağlanarkən bəzi bəndlərin dəqiq yazılması hər iki tərəf üçün faydalıdır. Məsələn, ilk növbədə baxış hüququnu qeyd etmək olar və tərəflər belə bir müddəanı müqavilə şərtlərinə daxil edə bilərlər: "Mülkiyyətçi mənzilin texniki vəziyyətinə nəzarət etmək üçün ayda 1 (və ya 2 ayda 1) dəfədən çox olmayaraq, ən azı 1 gün öncədən kirayəçiyə xəbərdarlıq etməklə və onun iştirakı ilə mənzilə baxış keçirə bilər". Yaxud toxunulmazlıqla bağlı: "Kirayəçinin icazəsi və xəbəri olmadan mülkiyyətçinin mənzilə daxil olması qadağandır" bəndi, eləcə də istifadə qaydası ilə bağlı zəruri hesab edilən halları, o cümlədən "Mənzildə yalnız müqavilədə adları qeyd olunan şəxslərin daimi yaşayacağı xüsusi olaraq qeyd edilməlidir.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!