18 Oktyabr 2025 09:05
15851
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Elektron ticarət saytında ödənilmiş sifariş çatdırılmırsa, məhkəməyə müraciət etmədən hansı hüquqi yollarla elektron ticarət saytından ödədiyim pulu geri ala bilərəm?


Fərqanə ÇƏRKƏZOVA,

Quba rayonu


- Elektron ticarət saytında ödənilmiş sifariş çatdırılmadıqda, ilk növbədə alıcı kimi satıcıya birbaşa müraciət edərək ödənişin geri qaytarılmasını tələb etmək hüququnuz var. Bu tələb elektron ticarət iştirakçıları arasında bağlanmış müqavilə və mülki qanunvericilik əsasında irəli sürülür və satıcı bu öhdəliyi yerinə yetirməlidir. Əgər satıcı tərəfindən ödəniş geri qaytarılmazsa, alıcı istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əsaslanaraq, satıcıya yazılı və ya elektron formada müraciət edə bilər və bu halda satıcı qanunvericiliyin tələblərinə uyğun olaraq pulu geri qaytarmalıdır. Satıcı bu öhdəliyi yerinə yetirmədikdə, alıcı səlahiyyətli dövlət orqanlarına (məsələn, istehlakçı hüquqlarının müdafiəsi orqanına - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə) şikayət edə bilər. Bu halda satıcıya qarşı inzibati məsuliyyət tədbirləri tətbiq oluna bilər. Praktikada birinci addım kimi satıcıya rəsmi müraciət göndərmək, daha sonra isə dövlət orqanlarına şikayət etmək tövsiyə olunur. Məhkəməyə müraciət sonuncu vasitə kimi istifadə edilir.


- Faktiki işə başladığım gündən elektron sistemdə yaranmış texniki problemlərlə əlaqədar əmək müqaviləsini vaxtında imzalamaq mümkün olmayıb. Bu səbəbdən əmrdə və müqavilədə işə başlama tarixi müqavilənin təsdiqləndiyi günə uyğun göstərilib. Bilmək istəyirəm, bu, qanunla necə olmalıdır?


Şahin DADAŞOV,

Bakı şəhəri


- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və hüquqi qüvvəyə minmiş hesab olunur. Yəni müqavilənin hüquqi qüvvəyə minməsi üçün əsas meyar onun elektron qaydada imzalanmasıdır və müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, işə başlama tarixi kimi də bu tarix əsas götürülür. Faktiki işə başlama tarixi texniki səbəbdən müqavilənin təsdiqlənmə tarixindən əvvəl olsa belə, əmək münasibətləri yalnız müqavilənin elektron imza ilə təsdiqləndiyi gündən hüquqi qüvvəyə minir və əmrdə, müqavilədə həmin tarix göstərilməlidir. Əks halda, əmək qanunvericiliyinin pozulması və işçinin müqaviləsiz işə cəlb edilməsi halları yarana bilər və bu, qanunla qadağandır. Praktikada texniki problemlər səbəbindən gecikmə olduqda, işəgötürən işçinin əmək müqaviləsinin elektron imza ilə təsdiqləndiyi günü işə başlama tarixi kimi rəsmiləşdirməlidir və bu tarixdən əvvəl faktiki işə başlama hüquqi əsas yaratmır. Alternativ kimi işəgötürən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron bazasının operatoruna müraciət edə bilər.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!