09 Noyabr 2025 09:40
11262
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- "Torpaq sahəsini icarəyə götürüb əkinçilik və ya bitkiçiliklə məşğul olmaq istəyirəm. Lakin mənə bildiriblər ki, qanunvericiliyə əsasən, həmin sahədəki ağac və kolları - yaşıllıqları qırmaq qadağandır. Bu, həqiqətənmi belədir?


Tofiq MƏMMƏDOV,

Abşeron rayonu


Bu məsələ "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Digər əsas normativ sənəd isə Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydaları"dır.

Qanunvericiliyə əsasən, istər ağac, istər kol, istərsə də digər bitkilər yaşıllıq hesab olunur.

Əgər yaşıllıqlar və ya torpaq sahəsi şəxsin öz xüsusi mülkiyyətindədirsə, o zaman mülkiyyətçi yaşıllıqlarla bağlı öz ərazisində istədiyi dəyişiklikləri edə bilər. Bununla belə əgər torpaq sahəsi dövlət və ya bələdiyyə mülkiyyətində olub icarə əsasında götürülübsə, bu halda həmin ərazidə yerləşən yaşıllıqların kəsilməsi və ya götürülməsi yalnız müvafiq icazə ilə mümkündür. Belə hallarda icarəçi (yəni torpaq sahəsini dövlət və ya bələdiyyədən icarəyə götürən şəxs) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinə müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə olunur:

1. Ərizəçinin şəxsiyyətini və hüquqi statusunu təsdiq edən sənədlər (fiziki şəxsdirsə, şəxsiyyət vəsiqəsi, hüquqi şəxsdirsə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.);

2. Torpaq sahəsinin icarəyə götürülməsini təsdiq edən sənəd (icarə müqaviləsi);

3. Yaşıllığın götürülməsinə dair əsaslandırılmış müraciət - yəni hansı səbəbdən yaşıllığın götürülməsinin zəruri olduğu göstərilməlidir.

Bu sənədlər təqdim edildikdən sonra nazirliyin yerli şöbəsi məsələ ilə bağlı rəy verir. Yalnız müsbət rəy olduqda yaşıllıqların götürülməsi həyata keçirilə bilər.

Əgər şəxs yaşıllıqları özbaşına kəsərsə və ya götürərsə, bu hal inzibati xəta sayılır və müvafiq inzibati məsuliyyət daşıyır.

Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqavilədə əgər xüsusi olaraq göstərilməyibsə ki, icarəçi yaşıllıqları sərəncamına alıb kəsə və ya dəyişdirə bilər, icarəçinin belə bir hüququ yaranmır. Dövlətin və ya bələdiyyənin mülkiyyətində olan torpaqlarda yaşıllıqlar dövlət əmlakı hesab olunur və onların qorunması zəruridir.

Yalnız o hallarda icarə müqaviləsində sahənin istifadə məqsədi aydın şəkildə göstərilibsə (məsələn, istirahət zonasının, ticarət mərkəzinin və s. tikintisi üçün) və layihənin icrası üçün bəzi yaşıllıqların götürülməsi zəruridirsə, o zaman bu, Qaydalara uyğun olaraq razılaşdırıla bilər.

Digər halda yaşıllıqların özbaşına götürülməsi qadağandır və hüquqi məsuliyyətə səbəb olur.



Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!