23 İyun 2026 19:39
277
DÜNYA
A- A+
Çin günəş paneli sektorunda liderdir

Çin günəş paneli sektorunda liderdir


Bərpaolunan enerji sahəsində fosil yanacaqlardan asılılığı azaltmaq istəyən elm dünyası günəş enerjisindən daha səmərəli istifadənin yollarını tapıb. Çinin aparıcı günəş enerjisi şirkətlərindən biri olan “Trinasolar” ikiqat laylı günəş paneli texnologiyası ilə işığı elektrik enerjisinə çevirməkdə 29.2 faiz səmərəlilik dərəcəsinə çataraq yeni dünya rekordu qırıb. Bununla da Asiya nəhəngi ötən il 28.6 faiz səmərəliliklə liderliyi ələ keçirən Cənubi Koreyanı geridə qoyaraq qlobal birinciliyi bərpa edib.

“The İndependent” nəşrinin məlumatına görə, ənənəvi günəş panelləri yalnız silisium hüceyrələrlə işləyir və günəş işığının böyük bir hissəsini itirir. Sektorda “möcüzə material” kimi adlandırılan perovskit isə işıq spektrini daha geniş diapozonda udmaq qabiliyyətinə malikdir. Yeni ikiqat günəş paneli dizayn sayəsində üst qatda yerləşən perovskit yüksək enerjili qısa dalğalı şüaları sıxışdırıb elektrikə çevirir, alt qatdakı silisium isə perovskitdən yayınan digər işıq dalğalarını yaxalayır. Bu birləşmə nəticəsində panellərin enerji hasilatı kəskin şəkildə artaraq 907 vatta çatdırılıb ki, bu da hazırda istifadə olunan standart panellərin göstəricilərindən xeyli yüksəkdir. Alimlərin fikrincə, bu texnologiya nəzəri olaraq səmərəliliyi 40 faizə qədər qaldıra bilər.

Perovskit materialı xammal və istehsal xərclərinin ucuz olması ilə fərqlənir. O, silisium hüceyrələrlə müqayisədə daha az enerji sərfiyyatı və daha sadə sənaye prosesləri ilə hasil edilir. Lakin texnologiyanın kütləvi ticarətə çıxarılması qarşısında hələ də mühüm bir maneə var - həssaslıq. Ənənəvi silisium panellər onilliklər boyu açıq havada problemsiz işlədiyi halda, perovskit strukturları rütubət və yüksək temperatur kimi ətraf mühit amillərinə qarşı dözümsüzdür və tez sıradan çıxır. Hazırda mütəxəssislər perovskit və silisiumun sinerjisindən istifadə edərək bu dözümlülük problemini aradan qaldırmağa çalışırlar. Son laboratoriya uğurları və müstəqil sınaqlar bu texnologiyanın yaxın gələcəkdə real həyata və kütləvi istehsala tam inteqrasiya olunacağını göstərir.

Təhminə VERDİYEVA.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!