23 May 2026 08:40
5669
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


 - Obyekt kişinin adınadır və şəxs bir ay əvvəl vəfat edib. Mərhumun  birinci nikahından 2, ikinci nikahından isə 1 övladı var. Birinci həyat yoldaşı boşandıqdan müəyyən vaxt sonra vəfat edib. Obyekt ikinci nikah dövründə alınıb. İndi ikinci həyat yoldaşı obyekti tam şəkildə öz adına keçirtmək istəyirsə, birinci nikahdan olan övladlarının imtina ərizəsi tələb olunacaqmı?


Tamella XƏLİLOVA,

Bakı şəhəri



- Sualınıza cavab olaraq bildiririk ki, bu halda burada həm vərəsəlik hüququ, həm də ailə qanunvericiliyinin prinsipləri kəsişir. Qeyd edək ki,  mülkiyyətin  birbaşa tam şəkildə həyat yoldaşının adına keçirilməsi sadə proses deyil.

Obyekt ikinci nikah dövründə alındığı üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, bu əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur (əgər ər-arvad arasında fərqli şərtləri nəzərdə tutan nikah müqaviləsi yoxdursa, yaxud birgə mülkiyyət hesab olunmama barədə məhkəmə qərarı mövcuddursa). Bu isə o deməkdir ki, obyektin bir hissəsi (1/2 və yaxud digər hissə) artıq sağ qalan yoldaşına məxsusdur. Digər hissə isə, yəni kişiyə aid hissə kişinin (miras qoyanın) miras payı (vərəsəlik kütləsi) hesab olunur.

Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-1159.1.5-ci maddələrinin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmçinin Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. 

Beləliklə, kişinin (miras qoyanın) həm ikinci arvadı, həm də birinci nikahından olan uşaqları, həm də ikinci nikahından doğulan uşağı onun qanun üzrə birinci dərəcəli vərəsələridir. Burada nəzərə almaq lazımdır ki, kişinin (miras qoyanın) valideynləri sağdırlarsa, o zaman onlar da qanun üzrə birinci dərəcəli vərəsə hesab olunurlar. 

Qeyd olunan şəxslər kişinin (miras qoyanın) birinci dərəcəli vərəsələri olduğu üçün onların miras əmlakdan (obyektdən) pay hüquqları vardır. Əgər kişi (miras qoyan) obyektlə bağlı vəsiyyətnamə qoymuşsa və miras əmlak üzrə vərəsəlik üzrə vəsiyyətnamə münasibətləri yaranmışsa o zaman qeyd olunan şəxslərin (uşaqların, valideynlərin və arvadın) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Mülki Məcəllənin 1202-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi paydan imtina olunması mirasdan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

Həmçinin Mülki Məcəllənin 1261-ci maddəsi ilə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

Obyektin (miras əmlakın) adına keçirilməsi ilə bağlı razılığın alınması məsələsinə gəlincə, miras əmlakın ikinci həyat yoldaşının adına  keçirilməsi üçün mütləq şəkildə miras əmlak üzrə digər vərəsələrin razılığı tələb olunur. Bu razılıq notarial qaydada miras paydan qadının xeyrinə imtina etmə kimi rəsmiləşdirilməlidir.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!