23 Sentyabr 2026 11:26
156
İQTİSADİYYAT
A- A+
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətinin əsas istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafının sürətləndirilməsi və regionlarda yeni istehsal imkanlarının yaradılmasıdır. Sənaye parklarının və məhəllələrinin formalaşdırılması, sahibkarlar üçün infrastrukturun yaradılması, investisiya təşviqlərinin tətbiqi və istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi bu siyasətin əsas alətlərindən birinə çevrilib. Nəticədə sənaye siyasəti istehsal zəncirlərinin, yeni iş yerlərinin və özəl investisiyanın formalaşmasına yönələn daha geniş iqtisadi mexanizmə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu siyasətin əhəmiyyəti işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpası prosesində daha aydın görünür. Burada məqsəd dağıdılmış infrastrukturun yenidən qurulması ilə yanaşı, regionların uzunmüddətli iqtisadi fəaliyyətə qoşulması, istehsal və xidmət sahələrinin yaradılması, özəl kapitalın cəlb edilməsi və əhalinin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan sənaye zonaları dövlətin yaratdığı imkanların özəl sektorun investisiya və istehsal fəaliyyəti ilə birləşdiyi əsas platformalardan biri kimi çıxış edir.

Bu modelin nümunələrindən biri Ağdam Sənaye Parkıdır. Parkın son illərdəki inkişaf dinamikası göstərir ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası təkcə infrastrukturun bərpası ilə məhdudlaşmır. Prosesin növbəti mərhələsində əsas məsələ regionda davamlı iqtisadi fəaliyyətin, istehsal zəncirlərinin və özəl sektorun formalaşdırılmasıdır. Ağdam Sənaye Parkı məhz bu keçidin ən mühüm nümunələrindən biri kimi çıxış edir. 2021-ci ildə 190 hektar ərazidə yaradılan park regionun inkişafı baxımından mühüm mexanizmlərdən biridir. Park rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikincidir. Ağdam Sənaye Parkında 36 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 175 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.


İnvestisiyanın artması yeni iqtisadi mərhələyə işarədir

Park üzrə ümumi investisiya portfelinin 175 milyon manatdan çox olması parka investor marağının artdığını göstərir. Dövlət tərəfindən sənaye infrastrukturu yaradılır, güzəştlər təqdim olunur, bundan sonra isə özəl kapital istehsal layihələrinə yönəlir.


İstehsalın diversifikasiyası parkın üstünlüyünü artırır

Ağdam Sənaye Parkında tikinti materialları, metal məmulatları, elektrik paylayıcı avadanlıqlar, dam və fasad örtükləri, divar kağızları, xüsusi təyinatlı işçi ayaqqabıları, beton yarımstansiyaları və digər məhsullar istehsal edilir. Bu müxtəliflik parkı tək bir sektordan asılı olan sənaye zonası modelindən uzaqlaşdırır.


Məşğulluq iqtisadi reinteqrasiyanın əsas göstəricilərindəndir

Ağdam Sənaye Parkının əhəmiyyəti yalnız investisiya və istehsal rəqəmləri ilə ölçülmür. Bu ilin avqustuna qədər parkda 1000-dən çox daimi iş yerinin yaradılması regionun sosial-iqtisadi reinteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı üçün insanların regiona qayıtması qədər həmin ərazilərdə iqtisadi fəaliyyət imkanlarının yaradılması da vacibdir. Sənaye müəssisələri bu baxımdan gəlir mənbəyi yaratmaqla yanaşı, əhali üçün uzunmüddətli məşğulluq bazası formalaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

11:44
23 Sentyabr

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  

11:43
23 Sentyabr

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

11:42
23 Sentyabr

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında

11:39
23 Sentyabr

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

11:37
23 Sentyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
23 Sentyabr

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda  

11:34
23 Sentyabr

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

11:33
23 Sentyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

11:32
23 Sentyabr

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub 

11:30
23 Sentyabr

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

11:29
23 Sentyabr

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı  

11:28
23 Sentyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

11:27
23 Sentyabr

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

11:26
23 Sentyabr

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

11:25
23 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!