16 May 2026 09:00
5416
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


Şəxsi dronumu həyətimdə və ya şəhər daxilində heç bir rəsmi icazə almadan uçursam, bu, qanun pozuntusu sayılırmı? Əgər sayılırsa, hansı hallarda məsuliyyət yaranır və məni hansı məbləğdə cərimə və ya digər hüquqi sanksiyalar gözləyə bilər?


Məhəmməd  ƏLİZADƏ,

Sumqayıt şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyi pilotsuz uçuş aparatlarının (PUA) istifadəsini dispozitiv (sərbəst) deyil, imperativ (məcburi) normalarla tənzimləyir. Nəzərə almalısınız ki, sizin mülkiyyət hüququnuzun olması (həyətyanı sahəyə sahiblik) həmin sahə üzərindəki hava məkanından sərbəst istifadə hüququ vermir.

"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci bəndinə əsasən, mülki pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) Mülki Məcəlləyə uyğun olaraq, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalar siyahısına daxildir və xüsusi icazə əsasında dövriyyədə ola bilər. 

Xüsusi icazə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının (Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi) rəyləri nəzərə alınmaqla verilir.

Qeyd edək ki, qanunvericilikdə mülki PUA sistemlərinin icazəsiz istismarı, əldə edilməsi və satılması inzibati məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 294-3.1-ci maddəsi ilə müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyasının fəaliyyət göstərməsinə görə -fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində; 294-3.2-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə -fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər on beş min manat məbləğində və 294-3.3-cü maddəsinə görə, məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə -fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər on yeddi min manat məbləğində cərimə edilirlər.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki pilotsuz uçuş aparatlarının (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) əldə edilməsi və ya satılmasına görə -mülki pilotsuz uçuş aparatları müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Bununla yanaşı nəzərə almalısınız ki, əgər şəhər daxilində uçuş həyata keçirirsinizsə, bu, təkcə inzibati xəta kimi deyil, həm də şəxsi və ictimai təhlükəsizliyə müdaxilə kimi də qiymətləndirilə bilər. 


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!