15 Noyabr 2025 09:05
9747
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- İpoteka yolu ilə ev almaq istəyirəm. Güzəştli ipoteka kimlərə şamil olunur və bu imkandan yararlanmaq üçün hansı tələblər və sənədlər lazımdır?


Lamiyə SALAHZADƏ,

Ümid qəsəbəsi


- Sualınızla bağlı nəzərinizə çatdırırıq ki, güzəştli ipoteka kreditləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına, yalnız qanunvericilikdə müəyyən olunmuş güzəştli kateqoriyaya aid şəxslərə verilir. Güzəştli kateqoriyaya aid olmaq üçün şəxsin bu statusunu təsdiq edən sənəd təqdim olunmalıdır. İpoteka krediti almaq üçün əsas tələblər bunlardır: şəxsiyyət vəsiqəsi, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə, ailə tərkibi barədə sənədlər, iş yeri və gəlir barədə arayış, fərdi sahibkarlar üçün vergi bəyannaməsi, kredit tarixçəsi və sosial sığorta ödənişləri barədə məlumatlar, ipoteka qoyulan əmlakla bağlı dövlət reyestrindən çıxarış və güzəştli kateqoriyaya aid olmanı təsdiq edən sənəd. Sənədlər elektron sistem vasitəsilə təqdim edilir və müraciətlərə növbəlik əsasında baxılır. Əgər elektron sistemdə sənəd əldə etmək mümkün deyilsə, həmin sənəd birbaşa banka təqdim olunmalıdır. Müvəkkil bank 3 iş günü ərzində qərar qəbul edir və nəticəni elektron sistemdə yerləşdirir. Güzəştli ipoteka yalnız qanunvericilikdə nəzərdə tutulan şəxslərə şamil olunur və bu şəxslərin dairəsi, eləcə də tələb olunan sənədlər müvafiq qaydalarda dəqiq göstərilmişdir. Qaydalara əsasən, güzəştli ipotekadan aşağıdakı kateqoriyadan olan şəxslər yararlana bilərlər: 

a) Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: şəhidin övladları; Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları; Azərbaycanın Milli Qəhrəmanının övladları; məcburi köçkün və ya ona bərabər tutulan şəxs; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs; fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs. 

b) Elmlər doktoru elmi dərəcəsi olan şəxs; 

c) Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; 

d) Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları; 

e) Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs; 

f) Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər; 

g) Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs; 

h) Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs; 

i) Şəhid ailəsinin üzvü (əri/arvadı); 

j) Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı). 

k) Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı). 

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.


- Anamın pensiya yaşına az qalıb, amma bu günə qədər heç bir yerdə işləməyib, sığorta stajı yoxdur. Atam 3 il əvvəl vəfat edib,  təqaüdə çıxa bilməsə də, fərdi hesabında müəyyən vəsait var. Belə halda anamın pensiyası necə hesablanacaq və ümumiyyətlə, pensiya almaq hüququ yaranacaqmı?


Sabir BİLALOV,

Oğuz rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, əgər ananızın sığorta stajı yoxdursa və heç bir yerdə işləməyibsə, yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Yaşa görə əmək pensiyası üçün qanunvericilikdə müəyyən edilmiş pensiya yaşına çatmaq və ən azı tələb olunan sığorta stajına malik olmaq şərtdir. Sığorta stajı olmayan şəxslərə əmək pensiyası təyin edilmir və bu halda Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya təyinatından imtina edilir. Atanız vəfat etdiyindən və şəxsi hesabında müəyyən vəsait toplandığından, ananızın yalnız ailə başçısını itirməyə görə əmək pensiyası hüququna baxıla bilər. Lakin bunun üçün də vəfat etmiş şəxsin (atanızın) sığorta stajı olmalıdır. Əgər atanızın sığorta stajı yoxdursa, ananızın ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ da yaranmır. Bu halda, ananız yalnız sosial müavinət almaq hüququna malik ola bilər. Qanunvericiliyə əsasən, əmək pensiyası hüququ üçün əsas şərt sığorta stajının olmasıdır və bu şərt yerinə yetirilmədikdə əmək pensiyası təyin edilmir. Təcrübədə belə şəxslərə sosial müavinətlərin verilməsi nəzərdə tutulur.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!