13 Dekabr 2025 09:53
5861
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qaz xətləri çəkilərkən əgər hər hansı bir evin və yaxud obyektin  qapısından keçirsə, boru hündürlüyə qaldırılaraq çəkilməlidir, yoxsa torpağın altından keçirilməlidir? Hər dəfə kəndə gedəndə darvazaların qarşısından keçən borunun torpaq altında olması məni narahat edir, çünki üzərindən maşın da keçir, bəzən yağışlı-qarlı havada  su da yığılır. Bu, texniki normalara uyğundurmu? Bilmək istədiyim odur ki, qeyd etdiyim hallarda boru qayda-qanunla necə çəkilməlidir?


Minurə BABAYEVA,

Ağsu rayonu


- Qanunvericiliyə - "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, qaz kəmərləri binaların divarı boyu çəkilərkən qapı və pəncərə boşluqları ilə kəsişməməlidir. Yüksəktəzyiqli qaz kəmərləri yalnız qapı, pəncərə və sair boşluğu olmayan bütöv divarlarla və ya istehsalat binalarının yuxarı mərtəbələrinin pəncərələrinin üstü ilə çəkilə bilər. Yəni qaz borusunun birbaşa qapıdan və ya pəncərədən keçirilməsi qadağandır. Əgər belə bir vəziyyət yaranarsa, boru ya divarın bütöv hissəsindən, ya da torpağın altından, xüsusi futlyarda keçirilməlidir. Qapıdan və ya pəncərədən borunun keçirilməsi yalnız istisna hallarda, texniki əsaslandırma olduqda və müvafiq normativ tələblərə uyğun olaraq mümkündür, lakin əsas prinsip - qapı və pəncərə boşluqları ilə kəsişmənin yolverilməzliyidir. Bu qaydanın pozulması inzibati məsuliyyətə səbəb ola bilər. Praktikada təhlükəsizlik və istismar qaydalarına uyğun olaraq, qaz boruları qapıdan keçməməli, ya divarın bütöv hissəsindən, ya da yeraltı xüsusi qoruyucu futlyarda çəkilməlidir. Beləliklə, sualınıza cavab olaraq bildiririk ki, əgər normativlərə uyğun çəkilmişdirsə, qaz borusunun torpaq altından çəkilməsi qanunvericiliklə qadağan deyildir.


- Yaşadığımız mənzil özəlləşdirilib. Qonşularda da  özəlləşmiş mənzildir. Amma Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS)  işçiləri hər həftə qapı-qapı gəzərək "ev pulu" tələb edirlər. Bu hərəkət nə dərəcədə doğrudur? Biz onların tələbini yerinə yetirməyə məcburuq? MKİS, demək olar ki, heç kimlə müqavilə bağlamayıb. Qanuna görə, bu məsələ necə tənzimlənir?


Yeganə XUDİYEVA,

Bakı şəhəri


  - Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq, özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri yalnız xidmət göstərən təşkilatla yazılı müqavilə bağladıqları halda, həmin təşkilata "ev pulu" və digər xidmət haqları ödəməyə borcludurlar. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları (el arasında - "JEK"-lər) özəlləşdirilmiş mənzillərə yalnız müqavilə əsasında xidmət göstərə bilər və sakinlər istənilən təşkilatı sərbəst seçmək hüququna malikdirlər. Müqavilə olmadan Mənzil Kommunal İdarəsinin pul tələb etməsi qanunsuzdur və sakinlər bu tələbi yerinə yetirməyə məcbur deyillər. Praktikada yalnız müqavilə bağlandıqdan sonra xidmət haqqı ödənilməlidir və bu, Mənzil Məcəlləsi və aidiyyəti qərarlarla təsdiqlənir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!