17 Sentyabr 2024 09:00
1972
Təhsil
A- A+
Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi


Xeyli vaxt idi ki, Zaqatala rayonunun Muğanlı kəndində də daha geniş, müasir tədris vasitələri və texnologiyalarla təmin olunmuş kompleksə ehtiyac yaranmışdı. 

Pedaqoji və şagird kollektivi 1985-ci ildə tikilmiş, həm 40 illik istismar müddəti, həm də davamlı zəlzələlər nəticəsində qəzalı vəziyyətə düşmüş binadan istifadə etmək məcburiyyətində idilər.  

Yeni orta məktəbin inşasına ötən ilin dekabrında başlanıldı və inşaatçıların gərgin zəhməti sayəsində artıq yeni tədris ilinin ilk günü müəllim və şagirdlərin ixtiyarına verildi. Şəhid Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbin açılış mərasiminə təhsil ocağının pedaqoji və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri və digər qonaqlar qatılmışdılar. Məktəbin direktoru Xacay Əlizadə iştirakçıları salamlayaraq təhsil ocağının fəaliyyəti, ötən tədris ilində qazanılan uğurlar barədə məlumat verdi. Bildirdi ki, məktəbin 380 şagirdinin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Cari il birinci sinfə 24 şagird qəbul edilib. 432 şagirdlik yeni tədris binası isə 3 mərtəbə və 3 korpusdan ibarətdir. Sinif otaqlarından əlavə, fənn kabinetləri, tədris-təcrübə sahəsi və otaqları, idman zalı var. 


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı əməkdaşlığının gücləndirilməsi müzakirə edilib  

15:17
11 Mart

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

15:05
11 Mart

Səhiyyə Nazirliyində beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşmış məşhur ingilis alimi ilə görüş olub  

15:01
11 Mart

ATƏT-in Baş katibi Rusiya XİN-in rəhbəri ilə danışıqlar aparacaq

14:47
11 Mart

Türkiyə ötən il 59 ixrac bəndi üzrə tədarük həcmini artırıb

14:41
11 Mart

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməyə çağırıb  

14:29
11 Mart

ABŞ Fond Birjası 4 trilyon dollar itirir

14:21
11 Mart

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub  

14:11
11 Mart

Türkiyədə daha bir terror təşkilatının 32 üzvü saxlanılıb

14:02
11 Mart

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana gətirilib

13:49
11 Mart

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub  

13:30
11 Mart

Paytaxtda 17, bölgələrdə 23 dərəcə isti olacaq - PROQNOZ

13:29
11 Mart

Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planı imzalanıb  

13:27
11 Mart

Media: NATO Avropa İttifaqı-Türkiyə əməkdaşlığını dərinləşdirməyə çağırır  

13:26
11 Mart

İlon Mask: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib

13:15
11 Mart

Azərbaycan minimum və orta aylıq pensiya məbləğlərinə görə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə sıralamada 1-ci yerdədir  

13:02
11 Mart

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

12:50
11 Mart

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü olub

12:38
11 Mart

Xarici işlər naziri Ceyhun Bayramov təyyarə qəzası zamanı göstərilən yardıma görə Qazaxıstana təşəkkür edib  

12:33
11 Mart

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:16
11 Mart

Deputat: Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi milli yaddaşımızın bərpasına xidmət edir

12:08
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!