30 Aprel 2026 09:10
145
İQTİSADİYYAT
A- A+
Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur


İri kartofçuluq rayonu olan Tovuzun aran bölgəsində kartof əkini sürətlə davam edir. Dağlıq ərazilərdə isə əkin prosesinə havalar bir qədər mülayimləşdikdən sonra başlanacaqdır. Torpaq mülkiyyətçiləri kartofu həm əllə, həm də texnika vasitəsilə əkirlər. Sahələrdə yerli kartof toxumu ilə yanaşı, Gədəbəydən və Ukraynadan gətirilən toxumlar da əkilir. 

Havaların yağmurlu keçməsi səpini ləngitmir. Kartof əkini əsasən Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində aparılır. Xatırladaq ki, ötən il  4492 hektarda kartof əkən fermerlər hər hektardan 304,55 sentner olmaqla ümumilikdə 136 min 803,1 ton məhsul götürmüşlər. 

 Təsərrüfat sahibləri əkin zamanı əsasən xarici "Orkestra", "Arizona", "Anna Karaleva", "Silvanna", "Aqriya" və "Aqila", yerli isə "Telman", "Əmiri-600", "Vaqif", "Çənlibel", "Uğur", "Turan" sortlarına üstünlük verirlər. Fermerlərin sözlərinə görə, bu sortlar əkilən sahələrin hər hektarından 50 tondan çox məhsul götürülür.

Uzun illər kartofçuluqla məşğul olan fermer Ədalət Məhərrəmov deyir ki, son vaxtlar yerli sortlarla yanaşı, daha məhsuldar olan xarici sortlara da  üstünlük verirlər. "Hazırda "Arizona" sortu əkirik. Bu sort məhsuldar olduğundan hər il sahələrdən bol məhsul götürürük. Toxum əsasən xaricdən gətirilir", - deyə o bildirir. 

Rayonda kartof istehsalında bir neçə böyük təsərrüfat var. Onlardan "Tovuz Aqrokompleks" MMC 75, Azər Aqrar Dövlət İstehsalat və Emal Birliyi 94 hektarda kartof əkməyi planlaşdırıb. Fərdi təsərrüfatlardan Mehman İsgəndərov 23, Sakit Hüseynoov 21, Nazilə İmamverdiyeva 14,7, Mətanət Məmmədova 8,4 hektarda kartof əkiblər.

Sonda qeyd edək ki, bu ilin məhsulu üçün rayonda 5 min hektara yaxın kartof əkini proqnozlaşdırılıb. İndiyədək 3280 hektarda kartof əkilib. Tovuz fermerləri cari il 140-160 min ton məhsul götürməyi hədəfləyiblər.


S.YUNİSOĞLU,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!