30 Aprel 2026 08:30
130
CƏMİYYƏT
A- A+
Polad iradəli qəhrəmanlar

Polad iradəli qəhrəmanlar


Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 27 illik şanlı salnaməsi


Aprelin 30-u Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış bir gün, düşməni lərzəyə salan, dostların qürur mənbəyi olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümüdür. 

İşğal altında olan torpaqlarımıza ilk qədəm basan, düşmənin illərlə qurduğu istehkamları bir göz qırpımında yerlə yeksan edən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Qarabağ zəfəri ilə adlarını bəşəriyyətin hərb tarixinə əbədi həkk etdilər.

Otuz il boyunca hər bir azərbaycanlının qəlbində bir ümid çırağı kimi yanan vətən həsrəti xüsusi təyinatlılarımızın polad iradəsi, ölümün gözünə dik baxmaları nəticəsində sona çatdı. Qar-boran, sel-su demədən, dərin dərələrə, uca sıldırımlara baxmadan, düşmənin qurduğu tikanlı məftillərə, basdırdığı minalara məhəl qoymadan ildırım sürəti ilə vətənin harayına şığıyan bu "görünməz qəhrəmanlar" Qarabağın incisi Şuşanı yüngül silahlarla, əlbəyaxa döyüşlərlə azad edərək hərb tarixində bənzəri olmayan bir möcüzəyə imza atdılar. Bu igidlərin hər addımı bir dastan, hər zəfəri bir məktəb oldu. Vətən müharibəsinin ilk günündən son saniyəsinə qədər adları gələndə belə düşməni xof içində arxasına baxmadan qaçmağa məcbur edən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri - polad biləkli aslanlarımız təkcə torpaqlarımızı azadlığına qovuşdurmadılar, onlar həm də haqq-ədalətin zəfər çaldığını bütün dünyaya nümayiş etdirdilər.


Ulu Öndərin xeyir-duası ilə...


Xüsusi Təyinatlı Qüvvələr Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1999-cu il aprelin 30-da yaradılıb. Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistandakı yarışlarda yüksək nailiyyətlər qazanıblar.

Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ hər adama nəsib olmur. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi çox vacib şərtlərdəndir. Həmin qüvvələrin üzvlərinə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.

Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin inkişafına hər zaman böyük önəm verib. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir. XTQ-nin peşəkarlıq səviyyəsinin artırılmasına göstərilən ali səviyyədə diqqətin təzahürüdür ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən fərmanı ilə təməli qoyulan bu yenilməz ordu korpusu, ötən illər ərzində, sözün əsl mənasında, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün polad qalxanına çevrildi. Birinci Qarabağ müharibəsinin od-alovundan keçmiş təcrübəli zabit və gizirlərin rəhbərliyi ilə formalaşan bu qüvvələr, Türkiyənin elit xüsusi təyinatlılarının zəngin təcrübəsi və dünya standartlarına cavab verən təlimlərlə güclənib müasir dövrün ən qüdrətli döyüşçülərindən oldular. 


Rəşadət zirvəsi


XTQ mənsubları "görünməz qəhrəmanlar" olsalar da, onların peşəkarlığı 2016-cı ilin Aprel döyüşlərində özünü bütün dünyaya nümayiş etdirdi. Düşmənin illərdir qurduğu "keçilməz müdafiə xətti"ni bir göz qırpımında darmadağın edən xüsusi təyinatlılarımız, o zaman həm də böyük qələbənin anonsunu verdilər. 4 günlük Aprel döyüşlərində onlar düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək göstərdilər ki, Azərbaycan döyüşçüsü üçün aşılmaz sədd, alınmaz qala yoxdur. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Xüsusi Təyinatlı Qüvvələrin rəşadətinin zirvəsi oldu. XTQ mənsubları 44 günlük müharibənin bütün əsas həlledici əməliyyatlarında ön sırada idilər. Yenilməz Azərbaycan aslanlarının Şuşanın xilaskarları kimi tarixin yaddaşına həkk etdiyi qəhrəmanlıq isə dünya hərb elminin çərçivələrinə sığmır. 

Şuşanın sıldırım qayalarını dırnaqları ilə qazıyaraq dırmaşan, hər qayadan bir qartal kimi boylanan XTQ mümkünsüzü mümkün etdi. Meşələrdən, dərələrdən sızaraq dumanın içindən peyda olan cəngavərlər düşməni yuvasında boğdular. İşğalçı nə baş verdiyini anlamadan qaçmağa başladı. Azərbaycan döyüşçülərinin "Vətən, sənə canım fəda!" sədası sıldırım qayalarda əks-səda verdi və bu nida bir millətin 30 illik torpaq həsrətinə son qoydu.

Ağır texnikanın keçə bilmədiyi yolları öz sinələri ilə açan bu igidlər tankın qarşısına atılaraq, topa qarşı sarsılmaz inamla döyüşərək Şuşanın dar küçələrində əlbəyaxa döyüşün şərəfli dastanını yazdılar. 


Ali Baş Komandan:  "Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var"

 

Xüsusi Təyinatlı Qüvvələrimizin bu misilsiz qəhrəmanlığı, göstərdikləri hərbi möcüzələr dövlətimizin rəhbərinin də daim diqqət mərkəzindədir. XTQ-nin hər bir uğurunu, hər bir fədakarlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu igidlərin döyüş meydanındakı rolunu hər zaman xüsusi qürurla vurğulayır. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə 2022-ci il aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" saylı hərbi hissəsində olduğu zaman xüsusi təyinatlıların dünya hərb tarixinə dərslik kimi düşən fəaliyyətlərini və onların sarsılmaz iradəsini belə ifadə edib: "Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm... ...Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı... ... Bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə".

Müzəffər Ali Baş Komandan vurğulamışdı ki, bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar: "Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən-dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər.

Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz". 

Bəli, Şuşanın sıldırım qayalarına dırmaşaraq, əlbəyaxa döyüşdə tankı-topu olan düşməni diz çökdürən xüsusi təyinatlılarımız Qarabağı azad edərək milli qürurumuzu ucalara qaldırdılar. 

Ölkə rəhbərinin xüsusi təyinatlılarımızın keçdiyi şanlı yolu, xüsusilə də Şuşanın azadlığındakı əfsanəvi fəaliyyətlərini göstərən bu fikirləri, əslində, hər bir Azərbaycan əsgərinin döyüş ruhunun göstəricisidir. 

Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə Prezidentin müvafiq sərəncamları ilə "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin ən müasir silahları və texnikaları ilə silahlanmış, ABŞ-dən Pakistana qədər ən çətin təlimlərdə təcrübəsini artıran peşəkarlardan ibarət ordu bölməsidir. Onları yenilməz edən isə, sadəcə, müasir texnika, silah-sursat deyil, həm də qəlblərindəki sonsuz Vətən sevgisi və sarsılmaz iradələridir.

27 illik şərəfli yolunuz mübarək, Azərbaycanın polad biləkli aslanları! 

Siz azadlıq bayrağımızı uca zirvələrə sancan, xalqımızı qalib edən, bizə bütöv vətən bəxş edən yenilməzlik rəmzimiz və qürur mənbəyimizsiniz. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!