30 Aprel 2026 08:40
153
CƏMİYYƏT
A- A+
Bakı WUF13 ərəfəsində

Bakı WUF13 ərəfəsində


Vaxt yaxınlaşdıqca beynəlxalq tədbirə hazırlıq işləri sürətlənir


Bakının evsahibliyi ilə Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işə başlamasına sayılı günlər qalır. Bir neçə gündən sonra Azərbaycan - onun paytaxtı Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq.

Tanınmış ekspertlər çox haqlı olaraq yaşadığımız dünyanı narahat edən qlobal problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin ölkəmizin paytaxtında keçirilməsini Azərbaycanın mühüm beynəlxalq platformalara evsahibliyi etmək imkanlarının artdığının nəticəsi kimi qiymətləndirirlər. Bu baxımdan BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsinə qərar verilməsi Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunu, yüksələn rolunu bir daha nümayiş etdirir. 

Xəbər verildiyi kimi, bu il yanvarın 15-də Cenevrədə BMT-nin ofisində WUF13-ə həsr olunmuş brifinq keçirilmişdir. Brifinqə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiyanın nümayəndələri qatılmışlar. Brifinq WUF13-ün əsas məqsədi və məramlarını təqdim və diplomatik dəstəyi təşviq etmək, Azərbaycanın qlobal şəhərsalma gündəmlərini irəli aparmaq üçün əhəmiyyətli platforma rolunu oynamışdır. 

5 gün dünyanın diqqətini özünə çəkəcək WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə zəruri hazırlıq tədbirləri görülür. Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin rəhbərliyi altında hazırlıq işləri ardıcıllıqla və yüksək səviyyədə icra olunur.

Sessiyanın keçiriləcəyi günlərdə simsiz cihazların fasiləsiz işini təmin etmək üçün "Radiospektrin İdarə Edilməsi Portalı" istifadəyə verilib. Tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə nizamlanacaq. Portal vasitəsilə sessiyada istifadə olunacaq müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək. Xatırladaq ki, oxşar yanaşma 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunmuşdu. 

Sessiya yalnız Bakını deyil, ölkəmizin digər regionlarını da (Gəncə, Xankəndi, Sumqayıt, Quba) əhatə edəcək. Tədbirin davam etdiyi günlərdə maarifləndirmə məqsədilə məlumatlandırma festivallarının keçirilməsi də  nəzərdə tutulub. Həmçinin forum çərçivəsində nazirlər toplantısı, tematik dialoqlar və xüsusi sessiyalar vasitəsilə qlobal mənzil böhranı və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunacaq.

Onu da qeyd edək ki, son illər Azərbaycanda başqa sahələrlə yanaşı, şəhərsalma sahəsində də bir çox diqqətçəkən yenilik olub. BMT ilə birgə müvafiq layihələr həyata keçirilib və gözlənildiyi kimi, uğurlar əldə olunub. Bu cür layihələrin icrası indi də davam edir. Azərbaycan son illər həyata keçirilən müasir infrastruktur layihələri, xüsusən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları ilə beynəlxalq aləmin diqqət mərkəzinə gəlib. Bu layihələr WUF13-də dayanıqlı inkişaf və innovativ şəhər idarəetməsi baxımından nümunə kimi təqdim olunmağa layiqdir.

BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsinin mühüm tarixi əhəmiyyəti də qeyd edilməlidir. Sessiyada şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və onların əməli şəkildə həlli yollarının beynəlxalq səviyyədə təqdim olunmasına əlverişli şərait yaradılacaq. Ən başlıcası isə odur ki, iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparacaq, qarşılıqlı əməkdaşlıq quracaq, zəngin təcrübə qazanacaqlar. Bütün bunlar isə şəhərsalmanın gələcəyinə böyük töhfələr verəcək, yeniliklərə qapı açacaq.

Ölkəmizdə keçirilən həm yerli, həm də beynəlxalq tədbirlərdə Azərbaycan könüllüləri fəal şəkildə iştirak edirlər. 1-ci Avropa və İslam Həmrəyliyi oyunlarını, eləcə də COP29-u xatırlatmaq kifayətdir. Şübhəsiz ki, WUF13-də də könüllülər fəal iştirak edəcəklər. Onlar xarici və yerli qonaqların qarşılanması, məlumatlandırılması və aidiyyəti üzrə istiqamətləndirilməsi prosesində təşkilatçılara yardımçı olacaqlar.

İştirakçılar və qonaqlar sessiyanın davam etdiyi günlərdə Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və inkişaf strategiyası ilə yaxından tanış olmaq imkanı da qazanacaqlar. Təbii ki, bu da qarşıdakı illərdə ölkəmizə yeni investisiyaların cəlb olunmasına və turizmin inkişafına böyük töhfələr verəcək. 

WUF13 Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbirin başlanmasına sayılı günlərin qalması stadionda hazırlıq işlərini xeyli sürətləndirib. Görülən işlərin kəmiyyət və keyfiyyəti bu məkana qədəm qoyan kimi hiss olunur. Artıq indidən demək olar ki, Azərbaycanın evsahibliyi ilə keçiriləcək bu qlobal beynəlxalq tədbir də öz standartları ilə  mümkün olacaq.  


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!