30 Aprel 2026 08:20
177
İQTİSADİYYAT
A- A+
Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır


Milli Məclisdə "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi birinci oxunuşda təsdiq olunub. Belə bir qanunun qəbul edilməsini zəruri edən əsas amil maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını müəyyən etmək və bu sahədə münasibətlərin sistemli şəkildə tənzimlənməsidir. 

Qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, maliyyə icarəsi iqtisadi mahiyyətinə görə investisiyayönümlü maliyyələşmə alətidir. İkitərəfli bank kreditləşməsindən və icarə münasibətlərindən fərqli olaraq, maliyyə icarəsi  icarəyə verən, satıcı və icarəçinin iştirak etdiyi üçtərəfli sxemə əsaslanır. Bu mexanizm vasitəsilə sahibkar, yəni icarəçi böyük həcmli ilkin kapital qoyuluşu etmədən istehsal və ya xidmət fəaliyyəti üçün zəruri olan avadanlığı, texnikanı və digər əsas vəsaitləri əldə etmək imkanı qazanır.

Qeyd edək ki, qanun layihəsi 5 əsas fəsildən ibarətdir. Birinci fəsildə ümumi müddəalar müəyyən edilir, əsas anlayışlar izah olunur, maliyyə icarəsi fəaliyyətinin hüquqi əsasları və tətbiq dairəsi göstərilir. Burada maliyyə icarəsinin subyektləri - icarəyə verən, icarəçi və satıcı müəyyən olunur, maliyyə icarəsinin obyekti kimi sahibkarlıq fəaliyyətində istifadə olunan əsas vəsaitlər nəzərdə tutulur. İkinci fəsildə maliyyə icarəsi müqaviləsi üzrə münasibətlər, ödəniş mexanizmi, tərəflərin hüquq və vəzifələri, subicarə imkanları və müqavilənin vaxtından əvvəl ləğvi halları müəyyən edilir. Üçüncü fəsildə maliyyə icarəsi subyektlərinin əmlak hüquqlarının qorunması, risklərin bölüşdürülməsi və sığorta mexanizmləri nəzərdə tutulur. Bu yanaşma maliyyə bazarında etibarlılığı və hüquqi sabitliyi gücləndirir. Dördüncü fəsil maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarət məsələlərinə həsr olunur. Maliyyə icarəsi ilə məşğul olan şirkətlər maliyyə bazarının subyektləri hesab edildiyinə görə, onlar bu bazarın requlyatoru olan Mərkəzi Bankın tənzimləmə və nəzarət dairəsinə daxil edilir. Beşinci fəsil qanunvericiliyin pozulmasına görə məsuliyyəti və keçid müddəalarını əks etdirir.

Qanun layihəsi maliyyə icarəsini yerinə yetirən şirkətlərin fəaliyyətinə ciddi nəzarət sistemini təmin edir. Belə ki, maliyyə icarəsi xidməti göstərmək istəyən hüquqi şəxslər Mərkəzi Bankın yaradacağı xüsusi reyestrdə qeydiyyatdan keçməlidirlər. Reyestr sisteminin tətbiqi isə bu sektorda şəffaflığın artırılmasına, risklərin öncədən müəyyən edilməsinə və müştəri hüquqlarının qorunmasına münbit şərait yaradacaq. 

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, sözügedən qanun müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə mühüm yenilikləri özündə ehtiva edir: "Lizinqin "maliyyə icarəsi" kimi terminləşdirilməsi müsbət haldır və bu, bazarın hüquqi əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Bu qanun maliyyə icarəsi bazarının formalaşmasına töhfə verməklə yanaşı, sahibkarların alternativ maliyyə mənbələrinə çıxışını genişləndirir. Bu isə həm iqtisadi dövriyyənin, həm də investisiya aktivliyinin artmasına səbəb olacaq".

İqtisadçının fikrincə, bu qanun həm də maliyyə intizamının güclənməsinə səbəb olacaq. Doğrudur, indiyə qədər sahibkarlar kredit alarkən ağır girov şərtləri ilə üzləşirdilər, lakin maliyyə icarəsi bu problemi kökündən həll edir. Belə ki, maliyyə icarəsi zamanı əmlakın özü girov rolunu oynadığı üçün əlavə təminat tələbi aradan qalxır.

E.Əmirov diqqətə çatdırıb ki, yaxın illərdə bu mexanizmin tətbiqi nəticəsində kreditlərə alternativ maliyyə alətləri daha da güclənə bilər. Sahibkarlar üçün ilkin böyük vəsaitə ehtiyac yarandıqda maliyyə icarəsi bu boşluğu qismən doldura biləcək. 

Xüsusilə qeyd etmək olar ki, kənd təsərrüfatı və emal sənayesi kimi sahələrdə bahalı texnikaların əldə olunması kiçik və orta biznes subyektləri üçün əlçatan olacaq. Əlbəttə ki, bu da ölkədə qeyri-neft sektorunun inkişaf sürətinə birbaşa təsir göstərəcək. "Bu sistem eyni zamanda avadanlıq və texnologiyalara çıxışı asanlaşdıracaq, kiçik və orta biznesin investisiya imkanlarını genişləndirəcək və banklardan asılılığı müəyyən qədər azaldacaq. Risklərin idarə olunması və aktivlərin dövriyyəsinin sürətlənməsi baxımından da bu qanunun maliyyə sektoruna müsbət təsirləri gözlənilir", - deyə Eldəniz Əmirov əlavə edib.

"Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra maliyyə bazarında daha rəqabətli, şəffaf və dinamik bir mühit yaranacaq. Görünən odur ki, dövlətin bu istiqamətdəki siyasəti həm daxili istehsalın stimullaşdırılmasına, həm də müasir texnologiyaların ölkəyə gətirilməsinə geniş qapılar açacaq. Bu qanun ölkəmizdə maliyyə bazarlarının inkişafı, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, real sektorun investisiya fəaliyyətinin dəstəklənməsi və dayanıqlı iqtisadi artım baxımından mühüm əhəmiyyət kəsb edəcək.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!