25 Sentyabr 2026 19:06
126
SİYASƏT
A- A+
XİN: Gürcüstan Patriarxlığının son açıqlaması tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

XİN: Gürcüstan Patriarxlığının son açıqlaması tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatında əksini tapıb.

Bəyanatda, həmçinin bildirilib: “Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil. Dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir. Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür. Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:49
25 Sentyabr

Sənaye platformaları və azad iqtisadi zonalara investisiyaların cəlbinə dair müzakirələr aparılıb  

19:38
25 Sentyabr

“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib

19:33
25 Sentyabr

Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

19:25
25 Sentyabr

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

19:20
25 Sentyabr

“Qarabağ gecəsi” xeyriyyə konserti: Laçın şəhərinə böyük konsert royalı hədiyyə edilib

19:15
25 Sentyabr

XİN: Gürcüstan Patriarxlığının son açıqlaması tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

19:06
25 Sentyabr

ANAMA: Minatəmizlənmiş ərazilər xarici keyfiyyət qiymətləndirilməsindən sonra təhvil verilir

19:00
25 Sentyabr

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq

18:47
25 Sentyabr

Bağdad Amreyev: Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi əsas hədəflərdəndir

18:40
25 Sentyabr

Milyonlarla “Volkswagen” servislərə qayıdır

18:35
25 Sentyabr

“Google Gemini” yeni rəqəmsal köməkçi funksiyasını istifadəyə verib  

17:57
25 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib

17:51
25 Sentyabr

Qərbi Nil virusu bir həftədə 4 can aldı

17:30
25 Sentyabr

Dərman istifadə etmədən ağrını azaltmağın yolu açıqlanıb

16:49
25 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş   

16:45
25 Sentyabr

Sezai Uçarmak: Azərbaycan regional nəqliyyat və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır  

16:38
25 Sentyabr

Lənkəranda narkotik əməliyyatları

16:34
25 Sentyabr

Çin yeni “Yaogan-40” peyklərini fəzaya buraxdı

16:27
25 Sentyabr

Dövlət Xidmətinin rəisi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

16:14
25 Sentyabr

Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib  

15:57
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!