25 Sentyabr 2026 15:57
118
CƏMİYYƏT
A- A+
Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib  

Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib  


Masallı Rayon İcra Hakimiyyətində 27 Sentyabr Anım Günü ilə əlaqədar “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib.

Prezident-Xalq-Ordu birliyi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və vətənpərvərlik konsepsiyasına uyğun təşkil olunan tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq və fədakarlıq nümunəsini gənc nəslə çatdırmaq, milli birlik və vətənpərvərlik dəyərlərini təbliğ etmək olub.

Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov açıb. O, çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət, hərbi qulluqçularımızın qəhrəmanlığı və şəhidlərimizin canı bahasına əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələnib. Bildirilib ki, Vətən müharibəsi Azərbaycan xalqının dövlətçilik iradəsini, milli həmrəyliyini və Prezident-Xalq-Ordu birliyini bütün dünyaya nümayiş etdirib. Xalqımızın Vətən sevgisi, Ordumuza göstərdiyi mənəvi dəstək və dövlət ətrafında sıx birliyi Zəfərə aparan mühüm amillərdən olub.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Zahid Sadıxov və böyük məsləhətçisi Sənan Sadıqov çıxış ediblər. Çıxışlarda ölkəmizdə vətənpərvərlik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin xalqımızın Prezidentin ətrafında sıx birləşməsinin, dövlət və xalq birliyinin, Azərbaycan Ordusuna olan inam və dəstəyin tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, şəhidlərimizin həyat yolu və Vətən uğrunda göstərdikləri qəhrəmanlıq hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Onların əziz xatirəsinin yaşadılması, keçdikləri şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.

Tədbirdə vurğulanıb ki, 27 Sentyabr – Anım Günü şəhidlərimizin qarşısında ehtiramımızı ifadə etməklə yanaşı, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs amalını gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı, onların Vətənə sədaqət və qəhrəmanlıq nümunəsinin gələcək nəsillər üçün əbədi örnək olacağı bildirilib. 


Seyran CAVADOV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sezai Uçarmak: Azərbaycan regional nəqliyyat və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır  

16:38
25 Sentyabr

Lənkəranda narkotik əməliyyatları

16:34
25 Sentyabr

Çin yeni “Yaogan-40” peyklərini fəzaya buraxdı

16:27
25 Sentyabr

Dövlət Xidmətinin rəisi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

16:14
25 Sentyabr

Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib  

15:57
25 Sentyabr

Formula 2: İrlandiyalı pilot birinci əsas yarışın qalibi olub - YENİLƏNİB

15:50
25 Sentyabr

Şahmat taxtasının səssiz qəhrəmanına beynəlxalq mükafat

15:45
25 Sentyabr

ANAMA: Mina xəritələrindəki qeyri-dəqiqliklər minatəmizləmə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir  

15:26
25 Sentyabr

Formula 2 zamanı zəncirvari qəza olub, yarışda fasilə yaranıb

15:24
25 Sentyabr

Formula 1 pilotları azarkeşlərlə görüşüb

15:23
25 Sentyabr

Formula 2: “Prema” komandasının daha bir pilotu mübarizəni dayandırıb

15:22
25 Sentyabr

Avstraliya süni intellektlə bağlı texnologiya şirkətlərinə qarşı sərt mövqe nümayiş etdirir  

15:19
25 Sentyabr

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

14:58
25 Sentyabr

Lənkəranda kənd sakinlərinin qayğı və problemləri dinlənilib  

14:56
25 Sentyabr

Ələtdə yeni texnologiya ilə silisium istehsal olunacaq

14:55
25 Sentyabr

Formula 2: Əsas yarışda qəza baş verib

14:42
25 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir  

14:41
25 Sentyabr

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyib

14:40
25 Sentyabr

Jonathan Bar: Orta Dəhlizin inkişafı yeni investisiya imkanları yaradır

14:39
25 Sentyabr

İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  

14:37
25 Sentyabr

Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub  

14:35
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!