25 Sentyabr 2026 14:37
496
SİYASƏT
A- A+
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  

İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  


Qərbi Azərbaycan İcması Ermənistanda bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin diplomatik missiyalara və beynəlxalq təşkilatlara ünvanladığı, 2020-ci ildən əvvəlki ritorika və hekayətləri xatırladan müraciəti kəskin şəkildə pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından yaydığı bəyanatda bildirilib.

Bəyanatda müraciət müəlliflərinə xatırladılıb ki, orada qeyd edilən “işğal”, “soyqırımı”, “etnik təmizləmə”, “güc tətbiq edilməsi”, “tarixi-mədəni irsin dağıdılması və başqa xalqların adına çıxarılması” məhz son 30 il ərzində Ermənistanın Azərbaycana qarşı yürütdüyü dövlət siyasətinin tərkib hissəsi olub.

“Azərbaycan hətta işğala son qoyulduqdan sonra belə, onun yaratdığı kütləvi dağıntıların, mina təhlükəsinin, itkin düşmüş şəxslərlə bağlı problemin və digər fəsadların təsirindən tam olaraq xilas ola bilmir.

Bəyanat müəlliflərinə həm də onu xatırladırıq ki, Ermənistanın Azərbaycanı ittiham edib özünün dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur. Biz, qərbi azərbaycanlılar, Ermənistan ərazisində dağıdılan və başqa xalqların adına çıxarılan tarixi-mədəni irsimizi, o cümlədən Göy Məscidi, Sərdar sarayını və Dədə Ələsgərin məzarını, habelə alban-xristian irsimizi heç vaxt yaddan çıxarmayacağıq.

Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətini sülh və normallaşma ilə tam ziddiyyət təşkil edən belə açıqlamalara və fəaliyyətə imkan verməməyə, cəmiyyəti sülhə hazırlamağa, erməni cəmiyyətini isə “Bəlkə də qaytardılar” xülyasından və revanşizmdən əl çəkməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib 

09:38
26 Oktyabr

Netanyahu: İran seçkilərdən əvvəl İsrailə hücum edə bilər  

09:11
26 Oktyabr

Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub  

09:01
26 Oktyabr

Zelenski danışıqlarda Ukraynanın “qırmızı xətlər”ini açıqlayıb

08:56
26 Oktyabr

Zelenski: Ukrayna və Rusiya enerji atəşkəsinə dair razılığa gələ bilər

23:23
25 Oktyabr

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib

21:51
25 Oktyabr

Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

20:11
25 Oktyabr

Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

19:25
25 Oktyabr

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

17:31
25 Oktyabr

Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib

14:57
25 Oktyabr

Zelenski: Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib

14:43
25 Oktyabr

Dünya çempionatı: Azərbaycan millisindən növbəti qələbə

14:01
25 Oktyabr

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

13:57
25 Oktyabr

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

12:51
25 Oktyabr

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!