25 Sentyabr 2026 14:56
109
CƏMİYYƏT
A- A+
Lənkəranda kənd sakinlərinin qayğı və problemləri dinlənilib  

Lənkəranda kənd sakinlərinin qayğı və problemləri dinlənilib  


Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şağlakücə kənd inzibati ərazi dairəsinə daxil olan Şağlakücə və Ballabur kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə birlikdə icra hakimiyyəti Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Səyyar görüş-qəbulun 27 Sentyabr Anım Günü ərəfəsində keçirildiyini bildirən Taleh Qaraşov çıxışında 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib və onların göstərdiyi şücaətin heç vaxt unudulmayacağını vurğulayıb.

ŞİH başçısı çıxışında regionların sosial-iqtisadi inkişafı çərçivəsində kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası vəziyyətinə də toxunub. O qeyd edib ki, dövlət proqramı çərçivəsində Lənkəranda, o cümlədən Şağlakücə və Ballabur kəndlərində aqrar sektorun dirçəldilməsi, yerli istehsalın artırılması və fermerlərə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Müasir suvarma sistemlərinin qurulması, subsidiyaların verilməsi və intensiv təsərrüfat metodlarının tətbiqi kənd zəhmətkeşlərinin rifahını daha da yüksəldəcək.

İcra başçısı həmçinin dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin önəmini vurğulayaraq "Rəqəmsal İcra Hakimiyyəti" layihəsi və bu istiqamətdə qəbul edilmiş yol xəritəsinin icrasından danışıb. Qeyd olunub ki, ölkədə geniş vüsət alan rəqəmsallaşma prosesi vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin tam şəffaf və çevik şəkildə qurulmasına xidmət edir. Sakinlər artıq bir çox müraciətlərini və təkliflərini elektron platformalar vasitəsilə birbaşa ŞİH-yə ünvanlaya bilirlər ki, bu da bürokratiyanın aradan qaldırılmasına və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinə zəmin yaradır.

Daha sonra icra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb, şəhər icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib. İcra başçısı Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşıldığını, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün mümkün imkanlardan istifadə olunduğunu vurğulayıb. 

Şağlakücə və Ballabur kəndlərinin sakinləri səyyar görüş-qəbulda qaldırdıqları məsələlərə səmimi yanaşma gördüklərinə, həmçinin kənd təsərrüfatının inkişafı və müasir rəqəmsal xidmətlərin tətbiqi ilə bağlı görülən işlərə görə icra başçısına təşəkkür ediblər.

Yerli insanlar yeni iqtisadi islahatların nəticələrini qalib xalqın nümayəndələri kimi gündəlik həyatlarında da hiss etdiklərini və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Mina xəritələrindəki qeyri-dəqiqliklər minatəmizləmə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir  

15:26
25 Sentyabr

Formula 2 zamanı zəncirvari qəza olub, yarışda fasilə yaranıb

15:24
25 Sentyabr

Formula 1 pilotları azarkeşlərlə görüşüb

15:23
25 Sentyabr

Formula 2: “Prema” komandasının daha bir pilotu mübarizəni dayandırıb

15:22
25 Sentyabr

Avstraliya süni intellektlə bağlı texnologiya şirkətlərinə qarşı sərt mövqe nümayiş etdirir  

15:19
25 Sentyabr

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

14:58
25 Sentyabr

Lənkəranda kənd sakinlərinin qayğı və problemləri dinlənilib  

14:56
25 Sentyabr

Ələtdə yeni texnologiya ilə silisium istehsal olunacaq

14:55
25 Sentyabr

Formula 2: Əsas yarışda qəza baş verib

14:42
25 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir  

14:41
25 Sentyabr

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyib

14:40
25 Sentyabr

Jonathan Bar: Orta Dəhlizin inkişafı yeni investisiya imkanları yaradır

14:39
25 Sentyabr

İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  

14:37
25 Sentyabr

Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub  

14:35
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub  

14:34
25 Sentyabr

Azərbaycan və Türkiyə DİN-ləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

14:34
25 Sentyabr

Özbəkistanlı nazir: Azərbaycanla yaşıl enerji sahəsində birgə layihələr həyata keçiririk

14:33
25 Sentyabr

Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq 

14:32
25 Sentyabr

Formula 1: Maks Ferstappen üçüncü sərbəst yürüşün qalibi olub - YENİLƏNİB

14:29
25 Sentyabr

Ərazi bütövlüyümüz, Böyük Qayıdış Vətən müharibəsinin möhtəşəm nəticəsidir  

14:24
25 Sentyabr

İtaliyada məktəblərdə burqa və niqab qadağası  

14:18
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!