25 Sentyabr 2026 19:15
1003
Mədəniyyət
A- A+
“Qarabağ gecəsi” xeyriyyə konserti: Laçın şəhərinə böyük konsert royalı hədiyyə edilib

“Qarabağ gecəsi” xeyriyyə konserti: Laçın şəhərinə böyük konsert royalı hədiyyə edilib


Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilati dəstəyi ilə Laçın şəhərində “Qarabağ gecəsi - Laçın” adlı xeyriyyə konserti keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Laçın rayonunun sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq prosesindən, xüsusən də Laçının inkişafı və şəhərin mədəni həyatının canlandırılması istiqamətində görülən işlərdən danışıb. “Qarabağ gecəsi - Laçın” xeyriyyə konsertinin təşkilində əməyi keçən bütün təşkilatçılara təşəkkürünü bildirən Məsim Məmmədov belə tədbirlərin Laçının mədəni potensialının nümayiş etdirilməsi və burada mədəni tədbirlərin təşkilinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək “Qarabağ gecəsi - Laçın” xeyriyyə konsertinin məqsəd və əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, mədəni həyatın inkişafı və tarixi-mədəni irsin qorunması da Qarabağın dirçəliş prosesinin mühüm istiqamətlərindəndir.

“Qarabağ gecəsi - Laçın” xeyriyyə konserti çərçivəsində Fondun və onun donor və tərəfdaşlarının adından Laçın şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalının təqdim edildiyini diqqətə çatdıran Rəhman Hacıyev bildirib ki, bu təşəbbüs şəhərin mədəni həyatının zənginləşməsinə və musiqi ənənələrinin yaşadılmasına xidmət edəcək. Bu günədək beş dəfə keçirilən “Qarabağ gecəsi” xeyriyyə konsertlərinin təşkilinə və həyata keçirilməsinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirən Rəhman Hacıyev onların bu təşəbbüsə verdiyi dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ gecəsi - Laçın” xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq qeyd edib.

Çıxışlardan sonra bədii hissə ilə davam edən tədbirdə tanınmış musiqiçilərin ifasında Azərbaycan və dünya musiqisindən əsərlər səsləndirilib. Mustafa Mehmandarovun dirijorluq etdiyi konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli və Yeganə Axundova, Əməkdar artist Emil Əfrasiyab (piano), Nəzrin Aslanlı (violin), solistlər Mahir Tağızadə və Aysun Mahmudzadə dinləyicilərə unudulmaz anlar bəxş ediblər.

Xatırladaq ki, daha öncə “Qarabağ gecəsi” xeyriyyə konsertindən əldə edilən ianə hesabına Qarabağ Dirçəliş Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşa şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalı hədiyyə edilmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!