13 Avqust 2025 08:23
517
İQTİSADİYYAT
A- A+
Vaşinqton sənədləri Cənubi Qafqazda yeni iqtisadi imkanlar yaradacaq

Vaşinqton sənədləri Cənubi Qafqazda yeni iqtisadi imkanlar yaradacaq


Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Donald Trampın apardıqları danışıqlar ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yenidən yüksək səviyyəyə qaldırılması üçün geniş imkanlar açır. Bəs niyə yenidən? Bu sualın cavabı məlumdur.

C.Bayden administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər, yumşaq desək, birincinin günahı üzündən sərin olub. Bu sərinlik yalnız D.Tramp ABŞ-nin prezidenti seçildikdən sonra istiləşməyə başlayıb. Okeanın o tayında anlayıblar ki, Cənubi Qafqazda lider dövlət Azərbaycandır və regionda maraqların təmin olunması üçün ölkəmizlə əməkdaşlıq edilməsi vacibdir. Bu baxımdan Prezident İlham Əliyevin Vaşinqtonda apardığı danışıqlar və ABŞ lideri D.Trampla yeni siyasi və iqtisadi münasibətlərin qurulması barədə əldə olunan razılaşmalar iki ölkə arasında bütün strateji sahələri əhatə edən əlaqələrin yaranmasında yeni dövrün başlanmasından xəbər verir.

Həm də təkcə iki ölkə arasında yox. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalının rəhbəri Ayxan Qədəşov deyir ki, Azərbaycan və Ermənistan arasında ABŞ dövlət başçısının iştirakı ilə sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı, həm də ixracatçılarımız üçün yeni imkanlar yaradır: "Artıq bir neçə ildir çalışırıq ki, "Azexport" portalının imkanlarından faydalanaraq Azərbaycan məhsullarını ən qısa zamanda və ən aşağı logistik xərclə dünya bazarlarına çıxış imkanları ilə təmin edək. Bu yeni geosiyasi reallıq isə məhz buna xidmət edəcək. Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru yolu vasitəsilə birləşməsi Azərbaycan istehsalçıları üçün Türkiyə limanlarına çıxışı sürətləndirəcək ki, bu da öz növbəsində Avropa və Amerika bazarlarına daşınma müddətini əhəmiyyətli dərəcədə azaldacaq".

Portalın rəhbəri bildirib ki, "Amazon", "Etsy" və digər qlobal platformalarda elektron ticarətlə məşğul olan şirkətlər üçün logistik imkanların genişlənməsi təkcə qiymət üstünlüyü deyil, həm də ticarətdə zaman baxımından yeni imkanlar yaradır: "Azərbaycanın xüsusilə ərzaq məhsulları dünya bazarında təbii, keyfiyyətli və dadlı olması ilə seçilir. Həmçinin bu kateqoriyadan olan məhsullar əsasən məhdud istifadə müddəti ilə seçildiyindən ixracında zəruri tələblər daha sərt şəkildə nəzarətdə saxlanılır. Belə olan halda logistika imkanlarının daha əlçatan olması malların ixrac bazarında rəqabət imkanlarını genişləndirməklə yanaşı, ixracı da stimullaşdırır. Məhdud istifadə müddəti olan məhsulların, məsələn, qida, çiçək və dərmanların artıq daha qısa müddətdə və keyfiyyət itkisi olmadan ABŞ və Avropa bazarlarına çatdırılma imkanı olacaq".

Portal rəhbəri onu da əlavə edib ki, yeni imkanlar Azərbaycan məhsullarına Amerika və Avropa bazarlarında daha möhkəm mövqe tutmağa yardım etmiş olacaq: "ABŞ-yə ixracımızda artıq mühüm paya sahib olan ərzaq məhsulları (cem, mürəbbə, meyvə jelesi, meyvə püreləri), aqrar kimyəvi məhsullar (azot gübrələri), sənaye xammalı (ferrosilisium ərintiləri, ilkin polimerlər), eləcə də alüminium vərəqlər və konstruksiya qurğuları bu yeni dəhliz sayəsində daha ucuz, daha sürətli və daha rəqabətədavamlı şəkildə bazara çıxacaq. Bununla yanaşı, "OTS Made" brendinin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə istehsal-ixrac təşəbbüslərinin genişlənməsi də yeni mərhələyə qədəm qoyur. Türk dövlətlərində istehsal olunan məhsullar artıq bu imkanlardan istifadə etməklə dünya bazarlarına daha sürətli və ucuz çıxış əldə edəcək. Bu həm regional ticarət əlaqələrini möhkəmləndirəcək, həm də ixracatçıları rəqabət üstünlüyü ilə təmin edəcək. Ən önəmlisi isə odur ki, formalaşan bu yeni logistika reallığı Azərbaycanı qlobal e-ticarət platformaları üçün strateji əhəmiyyətli mərkəzə çevirir. ABŞ və Avropa bazarlarına daşınma vaxtının azalması, Türkiyə limanlarına sürətli çıxış və həm Şərq, həm Qərb bazarlarına eyni dərəcədə yaxın mövqeyimiz "Amazon", "eBay", "Alibaba" kimi nəhəng platformalar üçün ölkəmizi potensial regional logistika mərkəzinə çevirə bilər. Bu şirkətlər üçün Azərbaycanda anbar və paylama mərkəzləri qurmaq həm xərcləri azaldar, həm də Yaxın Şərq, Mərkəzi Asiya və Avropa bazarlarına eyni nöqtədən xidmət göstərmək imkanı yaradar. Belə bir mərkəz həm Azərbaycan istehsalçılarının məhsullarını daha asan ixrac etməsinə, həm də ölkəyə xarici investisiyaların artmasına xidmət edəcək".

Ayxan Qədəşov sonda onu da vurğulayıb ki, ABŞ ilə imzalanan strateji tərəfdaşlıq sənədində rəqəmsallaşma və süni intellektin inkişafı da prioritet istiqamət kimi müəyyən olunub: "Bu da öz növbəsində elektron ticarətdə innovativ həllərin tətbiqini sürətləndirəcək, Azərbaycan şirkətlərinin qlobal bazarlarda mövqeyini gücləndirəcək. İnvestisiyaların, yeni texnologiyaların və kənd təsərrüfatında müasir aqro texnologiyaların ölkəmizə gətirilməsi həm istehsal həcmini, həm də ixrac keyfiyyətini artıracaq. Formalaşan yeni reallıq təkcə sülhün deyil, eyni zamanda davamlı iqtisadi inkişafın, rəqabətədavamlı ixracın və qlobal elektron ticarət imkanlarının zəmanətçisi ola bilər. Rəhbər olduğum "Azexport" olaraq biz bu imkanların maksimum dərəcədə reallaşması üçün bütün ixracatçılarımızla birlikdə daha aktiv, daha hədəfli fəaliyyət göstərəcəyik".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!