21 İyun 2025 08:55
895
Mədəniyyət
A- A+
Unudulmaz aktyor

Unudulmaz aktyor


Əsl soyadı Məlikov olsa da, Azərbaycan mədəniyyəti, incəsənəti tarixində, teatr aləmində "Qəmərlinski" kimi tanındı. O, yüz qırx beş il öncə, 1880-ci ildə Bakıda dünyaya göz açdı. Uşaqlıq illəri bu şəhərin əsrarəngiz İçərişəhər hissəsində keçdi. Atası tacir Haşımın niyyəti Moskva, Varşava şəhərləri ilə ticarət əlaqələri qurmaq idi. Oğlu Əhmədin də bir gün onun əlindən tutacağına ümid edirdi. Hələliksə oğlu ilə bağlı düşüncələrində əsas yeri Əhmədin oxuması tuturdu. Haşım təhsilin, elmin dəyərini bilir, övladının da savadlı olmasını arzulayırdı.

Əhməd Məlikovun on yaşı olanda atası onu İçərişəhərdə tanınmış qazi Axund Mirzə Cavadın molla məktəbinə apardı. Çox keçmədi ki, müəllimi həm iti hafizəsinə, dərin zəkasına, həm də oxuyub öyrənmək marağına görə Əhməddən razılıq etməyə başladı. Onun təhsilini türk-rus məktəbində davam etdirməsini də Haşıma Axund Mirzə Cavad məsləhət gördü.

Həmin məktəbdə də seçilib fərqlənməsi uzun çəkmədi. Dərslərini əla qiymətlərlə oxuyan Əhməd müəllimlərin təşəbbüsü ilə görkəmli maarif xadimi, pedaqoq, yazıçı, tərcüməçi, publisist Sultan Məcid Qənizadənin məktəbinə köçürüldü. Əhməd gələcəyin səhnə xadimləri Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə birlikdə bu məktəbdə təhsil aldı.

O, dərslərini yaxşı oxuması, bacarığı, çalışqanlığı və məsuliyyətli ilə bu məktəbdə də rəğbət qazanan şagirdlərdən biri oldu. 


Hüseyn Ərəblinskinin təklifi...


Hələ uşaqlıq illərində cazibəsinə düşdüyü səhnəyə Əhməd Məlikov ilk dəfə 1907-ci ildə Balaxanıda həvəskar aktyorların hazırladıqları "Adı var, özü yox" adlı tamaşada Cənnətəli rolu ilə çıxdı. O, həm də xalq mərasim, oyun və əyləncələrində fəal iştirak etməyə başladı.

Sonralar "Nicat" Cəmiyyətinin nəzdindəki teatr truppasında yer aldı. "Adı var, özü yox" tamaşasını həmin teatr truppası da səhnəyə qoydu. 1909-cu il yanvarın 2-də Əhməd Məlikov yenə Cənnətəli rolunda tamaşaçıların qarşısına çıxdı. 

Teatr sənətində ilk addımlarını atan gənc aktyorun növbəti rolu dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərindəki İblis oldu. 1912-ci ildə hazırlanan afişa və proqramlarda onun da bu rolda şəkli var idi.

İstedadlı aktyorlar arasında özünəməxsus üslubu ilə seçilməyə başlayan gənc aktyor Əhməd Məlikovu yalnız Bakının teatrsevərləri tanımırdılar. O, 1908-ci ildən aktyor yoldaşları ilə birlikdə Azərbaycanın bir sıra kənd və rayonlarına gedərək tamaşalarda iştirak edirdi.

Belə qastrol səfərlərindən biri də Qəmərli kəndinə oldu. Həmin kənddən geri qayıdarkən Hüseyn Ərəblinski dostuna Qəmərlinski təxəllüsünü götürməyi təklif etdi. O vaxtdan Əhməd Məlikov bu adla - Əhməd Qəmərlinski kimi səhnəyə çıxdı, tanındı.


Bənzərsiz aktyor oyunu, tamaşaçı alqışları...


Paytaxtdakı teatr truppaları 1919-cu ildə birləşdirildi, Dövlət Dram Teatrı yaradıldı. Həmin aktyor truppasına qəbul edilənlərdən biri də Əhməd Qəmərlinski oldu. O, 1921-1924-cü illərdə Dövlət Dram Teatrı ilə bərabər, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da çalışdı.

İstedadlı aktyorun zəngin repertuarında müxtəlif xarakterli rollar var idi. Əhməd Qəmərlinski "Xırs quldurbasan"da Bayram, "Lənkəran xanının vəziri"ində Mirzə Həbib, "Məşədi İbad"da Rüstəm bəy, "Pəri cadu"da Əcinnə, Təlxək, İblis, Əmrah, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, Mirzə Qoşunəli, "Ac həriflər"də Süleyman, "Dursunəli və ballıbadı"da Dursunəli, "Dəmirçi Gavə"də Zöhhak, "Otello"da Brabansio, Kassio, "Qaçaqlar"da Şpigelberq, "Dövləti-bisəmər"də Hacı Fərəc, "Xalid ibn Valid"də Romas, "Şeyx Şamil"də Amul bəy, "Əl Mənsur"da Əli, "Nadir şah Əfşar"da Gürcü bəy və Mirzə Mehdi xan, "Şəd ibn Vəqqas"da Yəzdcürd, "Qəzavat"da Molla Hüseyn və başqa rollarda səhnəyə çıxırdı. Bu rolların hər birini öz bənzərsiz aktyor oyunu ilə təqdim etdi, tamaşaçıların alqışlarını qazandı.

O, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 1938-1939-cu illərdə fəaliyyət göstərdi. Əhməd Qəmərlinski bu teatrda "Məşədi İbad"da Rüstəm bəy, "Ər və arvad"da Kəblə Qubad, "Lənkəran xanının vəziri"ndə Səməd bəy və başqa rolları ifa etdi.

Əhməd Qəmərlinski səhnə sənətindəki xidmətlərinə görə, 1940-cı ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldü.

Onun aktyorluq məharətinə kinorejissorlar da biganə qalmadılar. Əhməd Qəmərlinskini filmlərə dəvət etdilər. "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "İsmət" (1934), "Almaz" (1936), "Səbuhi" (1941), "Sovqat" (1942) filmlərində canlandırdığı rollar Əhməd Qəmərlinskinin həm də istedadlı kinoaktyor olduğunu təsdiq etdi.


Dramaturq Əhməd Qəmərlinski...

 

Azərbaycan teatr sənətinin inkişafında Əhməd Qəmərlinski dramaturq kimi də xidmət göstərdi. O, tarixi və müasir mövzularda "Cavanlar", "Tufani-Kərbəla", "Rüstəm və Söhrab", "Vətən uğrunda", "Eşq-məhəbbət", "Məkri-zənən", "Ziyarət nəticəsi", "Maymaq", "Tamahkarlıq, yaxud cavanlar məişəti", "Partizan oğlu", "Qazi", "Oxumayacağam", "Bəhlul Danəndə", "Molla Zaman", "Usta Qəni", "Yusif və Züleyxa", "Tahir və Zöhrə", "Uşaq duası", "Arşın malı" və başqa vodevillər, məzhəkələr, pyeslər, təbdillər qələmə aldı. Molyerdən etdiyi "Zorən təbib" təbdili xüsusilə məşhur oldu. Əsərlərini 1910-1920-ci illərdə Hüseyn Ərəblinski, Sidqi Ruhulla və başqa görkəmli sənətkarlar səhnələşdirdilər.

Əhməd Qəmərlinski 1952-ci il martın 9-da yetmiş iki yaşında vəfat etdi. Azərbaycan mədəniyyəti, incəsənəti tarixində adı və gördüyü işlər unudulmaz oldu.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!